Mən səni göndərdim salam duayla,Ərzi-halım yara dedin, nə dedi?Ömrüm qara keçdi, yenə ah-vayla,Çəkən intizara dedin, nə dedi?

Özü əl çəkmədi zövqü-səfadan,Mən də qurtulmadım cövrü-cəfadan,Bəs nə üçün döndü əhdi-vəfadan?Sən o biilqara dedin, nə dedi?

Məhəmmədəm, dərdə çarə bilməsə,Ağlar ikən didəm yaşm silməsə,Mən də ölləm yardan dərman gəlməsə,Bəs dərdimə çarə dedin, nə dedi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви