Namərd ilə işim yoxdu, mən həcətakram deyər.Nə yükü yox, nə mətaı, şahü-xodkaram deyər.Kamallıya nə lazımdı gizli sirri car edə.Hər yetənə bildiribən, açıq-aşkarım deyər.

Öz zatımdan xəbərdaram, abu-atəş, badu-xak.Qəlbim təsdiq, dilim idrak, inanmışam sidqi pak,Bir sevdaya giriftaram, başımda var yüz kələk.Hələ mən ustad xakpayam, o ustadkaram deyər.

Mənəm eşqin kamandarı, oxu, yayı neylərəm?Güvənmərəm bu dünyaya, sultan, bayı neylərəm.Kamalım ki var qumaşdı, don, darayı neylərəm.Məhəmmədəm, bu arada bir müsafirəm deyər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости