Balaca mütəfərriqələr 30
– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?
– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.
– İstiyə əlac, ağa Dərviş, palanın kölgəsi. Əyləş ayaqyalın, başda araqçın, güdəcik köynək, qarın açıq, nazik tuman, vəssalam. Onda görüm isti sənə nə edə bilər.
– Bu libasda küçədə əyləşmək nalayiq işdi, kərbəlayı. Ötən, keçən nə deyər?!
– Canı çıxsın, hər nə istəyir, desin. Mən özümü oda yandıracağam, nədir ki, filan belə deyəcək, qeyrisi elə. Bu bizim ata-baba adətimizdir, ağa Dərviş... Camaatın gözü öyrənibdir bu təhər şeyi görməyə...
– Sən deyən olsun, kərbəlayı, mən ki bu adəti namərbut hesab edirəm.
– Belə əqidələr xatalıdırlar, ağa Dərviş, danışma, yazma... Odur bax, keçən gün bir nəfər İran taciri söyləyirdi ki, hərgah ağa Dərviş! İran torpağına qədəm qoysa, o saat onun dilini yerindən qopardarlar... O nə cürət edib İran vəzirlərinə yaman deyir?!.
– Əyləş, kərbəlayı, dərdimi artırdın, Allah sənə insaf versin. Bircə mənə de görüm, kərbəlayı, üç qardaşın biri çalışqan ola, ikisi tənbəli-ərdəbili, aya, de görək o külfət sahibi güzəran edə bilər?
– Olmaz, necə ola bilər ki, adam beş-on baş külfəti saxlaya bilsin?
– Çox pakizə. İranda neçə dərviş var, neçə seyid var, neçə başı sərikli mollaya bənzər adamlar var, neçə müftəxor tiryaki vücudlar var?
– Çoooox, hesabsız.
– Atan behiştlik... Bu qədər müftəxorları saxlayan ölkə, əlbəttə, gərək kasıb olsun, xarabə olsun, necə ki İran qalıbdır.
– Bu sözün doğrudur, ağa Dərviş, mən öz gözümlən görmüşəm neçə yüz adamlar qurban olduğum İmam Rzanın qapısında müftə yeyib-içib yatırlar, tiryək də ki həmişə hazır.
– Bilirəm, kərbəlayı, hər yerdə belədir. Uzaq getmək nə lazım, buyur bizim Bibiheybətə, gör neçə yüz can əlin ağdan qaraya vurmayıb, müftə dolanır, adın da qoyurlar “ağamızın dövlətindən”. Yəqinimdir, kərbəlayı, ağalarım o adamlara gecə-gündüz lənət oxuyurlar. Bədbəxt müsəlman Məkkəyə, Mədinəyə, Xorasana, Kərbəlaya və qeyri-ziyarətgahlara daxil olan pulları bir qaydaya salsa milyonlar əmələ gələr, darülfünunlar, məktəbxanalar açılıb cəmi müsəlman qardaşları nicat yoluna salmaq olar... Heyfa, heyfa...
Ey əlində ixtiyar olub eyş-işrətə əsir olanlar! Ayılız xabi-qəflətdən, qorxuz “ağalarımızın” qəzəbindən, qorxuz dərvişin ah-naləsindən, utanız, həya ediz, bəsdir, axır islam əldən gedir, qeyrət-namusunuz olsun... İsfahan məra bəsəst deyib, milyon-milyon müsəlmanı bada verməyiz... Ya haqq, səndən mədəd!
“Həyat” qəzeti, 9 iyul 1906, №149
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-30
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur.İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!..
Balaca mütəfərriqələr 39Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...
Balaca mütəfərriqələr 40Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo**Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür.
Balaca mütəfərriqələr 41– Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq.– Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan...
Стихи других поэтов
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,