Страница 2 из 2 · 50%

İvan bəy. Tel vur oğlun gəlsin, əldən qoyum... İskəndər, apar damla...

Hacı Qurban (İskəndərə). Gəl gedək balam. Eybi yoxdur, a bəylər, Allah sizə insaf versin. Artıq sözüm yoxdur... Ancaq görəsən o dünyada Allahın divanında necə cavab verəcəksiniz? (Gedir.)

İbrahim bəy. Məlun o biri dünyadan dəm vurur... Özün öləsən, ay hacı!..

İsmayıl bəy (İvan bəyə). Yeridir, İvan, əldən qoyma. Hacı çox yağlıdır, yaxşı yerdən tutmusan.

İbrahim bəy. Bir adamın ki qapısında hər səhər camaat qatar-qatar dura, bir adam ki basa, kəsə, vuruşdura, barışdıra, heç kəs də cürət edib cavab qaytara bilməyə – onun cavabı nə qayda gərək olsun? Əlbət, qudurğan...

İbrahim bəy (ağzını silə-silə yaxınlaşıb). Bizim qonşudan bir at getmişdi. Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. Mən də yazdım verdim. Üç gün keçmiş at qayıtdı yeyəsinə.

İsmayıl bəy. Oğlu atasından da qudurğandır...

İsmayıl bəy. Necə də qudurğan olmasınlar ki, tamam uyezd onların əlindədir. (Zəngi vurur, İskəndər daxil olur.)

İvan bəy. Bəyləri çağır gəlsinlər (sükut).

İskəndər (qapını açıb). Buyuruz...

Camal bəy, Şahmar bəy və Bəkir daxil olurlar.

Camal bəy. Cənab naçalnik, bizi nə işdən ötəri çağırtdırmısınız?

İvan bəy. Sizi nə işdən ötəri çağırtdırmışam, bilirsiniz, hm?

Camal bəy. Xeyr, bilmirik

İvan bəy. Sənin evin olub qaçaqlar yatalqası... Nökərlərin gündüzlər qapıda yasavul əvəzi, gecələr oğurluqda, quldurluqda. Bundan artıq nə iş ola bilər?

Camal bəy. Belə təqsirnaməyə mənim gülməkdən başqa qeyri cavabım ola bilməz, cənab naçalnik və hərgah bu sual-cavab ağaların qulluğunda “daznaniyadır”. yazınız qol çəkim, artıq danışmaq olmasın.

İvan bəy. “Daznaniya” sonra olacaq. Bu gün mən sizi göndərirəm dustaqxanaya. Əhval cəm edənədək qalarsınız orada.

Camal bəy. Hərgah siz şərir adamların sözünə baxıb, inanıb iş görsəniz, uyezdi xaraba qoyarsınız və aqibəti sizin özünüz üçün də yaxşı olmaz, ağa naçalnik.

İvan bəy (acıqlı). Mənə yol göstərirsən?.. Dilini yerindən qopartdıraram!.. Gözünü sil, mənə dürüst bax!

Camal bəy. Mən sizə qaraqoyunlu deyiləm, mənə hərbə gələsiniz. Nə bacarırsınız müzayiqə etməyin...

İvan bəy (bəylərə). Bunun nökərləri dörd nəfər çodarı qırıb, pullarını alıb, bir naxır mallarını o taya keçirib, gəliblər bu bəyin qulluğuna... Hələ bunun dili də var danışmağa, görürsünüz?

Camal bəy. Cənab naçalnik, məni Sibirə göndərmək olar, amma ağır söz demək olmaz... Onu bilməlisiniz...

İsmayıl bəy. Camal bəy, nə lazım olub artıq-əskik danışmaq? Bir az sərhesab olmaq gərək... Axır hakimi-vilayət hüzurunda...

Camal bəy (acıqlı). Təvəqqe edirəm mənə yol göstərməyəsiniz, ağıl öyrətməyəsiniz. Biz bir-birimizi yaxşı tanıyırıq... Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət.

İsmayıl bəy. Qudurğanlıq lazım deyil... Məni tanıyırsan ki! başına müsibət açaram...

Şahmar bəy. Naçalnikin böyrünə qısılıb, çox da hədyan eləmə... Səni bir İsmayıl bəy elərəm, adın da yadından çıxar... Adamını tanı.

Camal bəy. Şahmar, sakit ol, danışma, yeri deyil...

İvan bəy. İskəndər, apar bunları damla, apar!

Camal bəy. İyirmi dörd saatdan artıq bizi saxlamağa ixtiyarınız yoxdur.

İvan bəy. Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar.

Şahmar bəy. O tatarı vuranı mənə göstər görüm kimdir? Kimin ağzı nədir mənim atama yaxın gəlsin? Vallahi, iki parça edərəm!

Camal bəy. Şahmar, sənə nə dedim, sakit ol, bəri gəl...

İskəndər. Artıq baş aparmaq lazım deyil, düşün qabağıma, dinməz-söyləməz...

Bəkir. Ağa, başına dönüm, mənim taqsırım nədir?

İvan bəy. Apar üçünü də damla. Sən qaranlıq dərədə ağalıq edirsən, səninlə işim çoxdur.

Bəkir. Ay ağa, qurban olum sənə.

İvan bəy. İskəndər, eşitmirsən? Rədd elə dedim sənə, nə durmusan? Damla!..

İskəndər. Dayanmayın, düşün qabağıma, yoxsa sürütdürərəm.

Camal bəy. Cənab, yasavul başı, buyur görək o “dam” haradadır?

Şahmar bəy (gedə-gedə İskəndərə). Gədə oğlu gədə, kimə deyirdin baş aparmaq lazım deyil? Necəsən iki parça edim səni?!

Camal bəy. Şahmar! Dəli olma, bəri gəl! O işlər məkr işlərdir! Bəri gəl dedim sənə (qucaqlayıb aparır.).

İsmayıl bəy. İndi sən, İvan, Camal bəyin axırını eləyə bilərsən. Sən məni şahid yaz, mən onun anasını ağladım.

İbrahim bəy. Qudurğan oğlu qudurğan gördünüz nə hədyan elədi?

İvan bəy. Mən bu saat protokol yazım, siz də qol çəkiz.

İsmayıl bəy. Mən ikiəlli qol çəkərəm...

İbrahim bəy. Qaçaq saxlamaq barəsində nə qədər şahid lazım olsa, mən göstərərəm, sən ancaq yazmaqda ol...

İvan bəy başlayır yazmağa.

İbrahim bəy. Zakondan dəm vurur axmaq oğlu axmaq... Mən onu bir elə tələyə salım ki, ölənə qədər çıxa bilməsin...

Qıraqda səslər: ay aman, qoymayın getdilər... Vur a gədə, qorxma, qabaqlayın, tez ol a gədə, vur nə durursan? Tüfəng atılır.

İvan bəy (qışqırır). İskəndər, kazakları çağır, atımı çölə çək, tez ol! (Gedir.)

İbrahim bəy (pəncərədən baxıb). Sən öləsən ceyran kimit qaçırlar... Camal bəyə bax... Ay, ay, ay! Zalım gör necə qaçır.

İsmayıl bəy. Tüfəngləri haradan aldılar, o gədəyə bax, pah! pah! pah! Xeyr, getdilər, qabaqları meşədir, tuta bilməyəcəklər...

İbrahim bəy. Bilirsən, qardaş, nə var? Biz nahaq yerə özümüzü xataya saldıq, bundan sonra bizim dolanacağımız çətin olacaq... Bunlar aləmi qarışdıracaqlar bir-birinə.

İsmayıl bəy. Heç fikir eləmə. Arvad-uşaqlarını tutarlar, onda özləri gəlib girəcəklər ağzıbirə.

İbrahim bəy. Ağamızın kefi yavadı, “prəfrans” da düzəldə bilmədik... Bəri gəl gedək...

Gedirlər.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağıçı

Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.

18758 мин
Mənim vaqiəm

– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”

18766 мин
Paho?

– Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan?– Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam.

18842 мин
Keçmişdə qaçaqlar

Əhli-məclisİvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda*

1 мин

Стихи других поэтов