Страница 2 из 2 · 50%

Səadət. Zalım balasının gözləri ceyran gözləri kimi adamı valeh edir.

Leyla. Mikayıl, çağır gəlsin onu bir az danışdıraq... Qəribə uşaqdır...

Mikayıl. Tamaşa, gəl bura...

Tamaşa (yan otaqdan). Qardaş, sənin canın üçün ta bir də mən oraya gəlməyəcəyəm, mənə gülürlər...

Mikayıl. Ta gülməyəcəklər, bəri gəl...

Tamaşa. Necə gəlim ki, sənin canına and içdim ki, ta gəlməyəcəyəm.

Mikayıl. Mənim canıma and içdi, öldürsən də gəlməyəcək.

İbrahim, Yusif və Ələkbər gəlirlər.

İbrahim (mizə yaxınlaşıb). Zəhra bəyim! Görünür ki, siz burada sahibxanəlik etmisiniz. Bilmək istəyirəm, bu sürahılarda nə var...

Mikayıl. Mən ərz eləyirəm ki, bu moruğ şərbətidir, bu albalı, bu da zoğal.

İbrahim. Arqadaşlar, doldurunuz piyalələri.

Leyla. Zəhra, sahibxanəlik elə, tök hər kim nə istəyir...

Zəhra bəyim. Baş üstə... Kim nədən istəyir? (Zəhra bəyim doldurur piyalələri) Moruqdan, zoğaldan? Mən albalıdan istəyirəm.

İbrahim (qalxıb ayağa). Bir neçə kəlmə sözüm var, izin veriniz.

Səslər. Buyurunuz!..

İbrahim. Arqadaşlar, yer üzünün behişti hesab olunan bizim Azərbaycan çox dövlətli, sərvətli məmləkətdir... Gülzar yaylaqlar, soyuq bulaqlar, meyvəli meşələr, bağlar varımızdır. Muğan çölü, Milin düzü, Şirvan səhrası kimi qara torpaqlarımız, Kür kimi çayımız, içi dolu şahmahilər, qızıl balıqlar, qurtarmaz neft, tükənməz biyan, cürəbəcür mədənlər varımızdır. Belə sərvətdən istifadə etməməyə səbəb nə olubdur? Səbəb: olmayıbdır elmi-tərbiyə, elmi-sənaye. Kim bais olub bu müsibətə? Nikalayların siyasəti, ruhanilərimizin təsiri... Qalmışdıq qaranlıqda, mədəniyyətdən məhrum... Hal-hazırda, şükürlər olsun, Şura hökumətinin dövlətindən bu saat Avropada yüzlərcə elm oxuyan yoldaşlarımız var. Yaşasın yoldaşlar, bayramları mübarək olsun!

Cəmən. Afərin, afərin, yaşasın!..

Züleyxa. Ələkbər paxlavanın hamısını yedi qurtardı, bizə qalmadı.

Ələkbər. Sənin əlini tutan yoxdur ki! Sən də ye.

Mikayıl (boşqabı alıb verir xanımlara). Qalanı sizindir...

Yeyirlər, söhbət edirlər.

Yusif. İzin istəyirəm.

Səslər. Buyurunuz!..

Yusif. Mədəniyyətə mane olanlar, həmd olsun, fot olub getdilər. Azərbaycanda ali məktəblər açıldı, yüzlərcə elm təhsil edən tələbələr əmələ gəldi. Kimdir mədəniyyəti bu div qədəmi ilə irəli aparan? Məlumdur ki, Şura hökuməti. Yaşasın belə hökumət, yaşasın ali məktəblərin tələbələri!

Səslər. Afərin, afərin, yaşasın!

Züleyxa. Yusifdən sonra, Leyla, növbə sənindir. Başla, balam.

Leyla. Baş üstə. Mədəniyyət yolunda çalışan qocalarımız da var, biri yazı ilə, biri dili ilə. Onların cəhalət, nadanlıq ilə mübarizəsi, vaxtında çox çətin olub. Onlara bidin, biiman deyiblər. Hətta öldürmək də istəyiblər. Amma onlar meydandan qaçmayıblar. Yaşasın bizim qoca rəhnümalarımız!

Səslər. Yaşasın, yaşasın! Sən də yaşa, Leyla xanım!..

Zəhra bəyim. Səadət, qalx ayağa, görüm sən nə deyirsən?

Səadət. Baş üstə. Yoldaşlar, Azərbaycan sərvətli olmağına görə avropalılar ac qurd kimi gözlərin dikiblər bizim torpağa. Bizim xam mallarımızı aparıb, əndazəsin dəyişib, geri gətirib, bizim özü-müzə artıq qiymətə satıb, qanımızı sorub aparırdılar. Nə etmək lazımdır ki, biz onlara möhtac olmayaq? Olsaq da, bu mərtəbədə yox. Ondan ötrü bizə elmi-sənaye lazımdır. O da ki, şükür olsun, əmələ gəlib. Məktəblər açılıb, yaşasın maarif komissarı və elmi-sənayedə oxuyan cavanlarımız!

Cəmən. Yaşasın!

Tamaşa qapıda durub Mikayılı çağırır. Mikayıl onun yanına gedib qayıdır.

Mikayıl. Atam Hacı Osman və Cavad bəy buraya gəlmək istəyirlər, olarmı?

Səslər. Buyursunlar, çox xoşdur.

Mikayıl (qapıya yaxınlaşıb). Ata, buyura bilərsiniz...

Hacı Osman, Cavad bəy daxil olurlar, qonaqlar qalxırlar ayağa.

Cavad bəy və Hacı Osman. Zəhmət nöşün çəkirsiniz, əyləşüz.

Əyləşirlər.

Hacı Osman. Bayrami-şərifiniz mübarək, Allah sizi həmişə səlamət eləsin. Çox-çox belə bayramlara çatasınız.

Səslər. Sizin də bayramınız mübarəkdir!

Hacı Osman. Balalar, əziz balalar! Mən sizə bayramlıq nə verim? Hər nə istəsəniz verəcəyəm.

İbrahim. Hacı, biz üç bayram edəcəyik, yoldaşlarımız da çoxdur, özümüz də gəzməyə gedəcəyik, iki yüz nəfər tələbə.

Hacı Osman. Çox yaxşı, belə olanda mən sizə beş qoyun verərəm, kəsib kabab elərsiniz.

Səslər. Sağ olun, Hacı!

Ələkbər. Hacı, üzüqaralıq eləyirəm, bağışlayınız!

Hacı Osman. Heç utanma, sözünü de. De qadan alım, sözünü de... Mən bir sadə adamam, varın verən inciməz. Utanma, sözünü de...

Ələkbər. Bu süfrədəki pendir özgə cürə şeydir.

Hacı Osman. Bildim nə istəyirsiniz... Motal. Baş üstə, bir motal da verdim.

Zəhra bəyim. Hacı əmi, bizim darülfünunda üç yüzdən artıq tələbə var, onların içində kasıbları çoxdur.

Hacı Osman. Pul... Nə qədər verim, qızım, pul?.. De, qorxma, de... Nər kimi durmuşam, de... Sənin qadanı alım, məndən incimə... Atanın acığına verəcəyəm...

Məxfi səslər: çox istə, ay qız, çox istə.

Zəhra bəyim. Hacı əmi, beş yüz manat necədir, çox deyil ki?

Hacı Osman. Bax, belə mənim bu gözlərim üstə. Sabah gəl apar et, əziz balam.

Cavad bəy (ayağa qalxıb). İzin istəyirəm.

Səslər. Buyurunuz, buyurunuz!..

Cavad bəy. Əziz balalar, hər bir insanın ömründə iki təsəllisi var: biri ümid – gələcəyin yaxşı olmağına, biri yuxu. Həmçinin hər bir millətin yenə də iki təsəllisi var: biri elm oxuyan cavanlardır, biri də yuxu. Elm oxuyan cavanlar olmayanda, qalar xalqa bir təsəlli – yuxu. Xatalı yuxu, xalqı bəlalara düçar edən yuxu... On il bundan əqdəm, camaatımız xatalı yuxuda olan zaman, ünas məktəbinə uşaq cəm etmək üçün mən dilənçi kimi qapılara düşüb yalvarırdım. Kişilərdən nalayıq, avam sözlər eşidib, olardan ümidimi kəsib, arvadlara yalvarırdım. Axırda küçələrdən yetim qızları tutub məktəbə toplayanda, elə bilirdim ki, dünyayi-aləmi mənə verdilər. Hal-hazırda, şükürlər olsun, hara baxırsan məktəb. Kəndlərdə, şəhərlərdə... Sizin bu ittifaqınızı görüb, tələbə qızları, oğlanları bir yerdə, keçmiş halımızı yada salıb, mən aciz qalmışam, söz tapmıram öz şadlığımı sizə bəyan edim.

Səslər. Yaşasın, yaşasın!

Cavad bəy. Əziz balalar! Xalqımızın ümidi balalar! Nicat sizin əlinizdədir, qoymayınız camaatımız zülmətdə qalıb, ayaq altında tapdalansınlar.

Səslər. Afərin, afərin, yaşasın Cavad bəy! Yaşa, sox yaşa!

Cavad bəy (əyləşib). Hacı, biz gedək, cavanları darıxdırmayaq... Balalar, səlamət qalınız.

Səslər. Xoş gəldiniz! (Gedirlər.)

Zəhra bəyim. Ta bəsdir, qalxınız ayağa, bu gün bayram günüdür. Leyla, başla... Kim nə istəyir çal... “Dərbəndi”, “Azərbaycan”, “Brilyant”, “Mustafa Kamal”, “Tamara”...

İbrahim. Əvvəl ev sahibi başlasın, Mikayıl, gəl görək. Zəhra sən də... Bir yerdə... Əl vurunuz... Leyla, “Dərbəndi”...

Leyla çalır, Mikayıl və Zəhra bəyim oynayırlar.

Cəmən. Yaşa, yaşa!

İbrahim. Ələkbər, Səadət xanım! Ya Allah! Əl vurunuz... “Brilyant”...

Ələkbər ilə Səadət oynayırlar.

Zəhra bəyim. İndi mən çalaram, Leyla gəl bəri, Yusif, başla görək.

Zəhra bəyim çalır, Leyla ilə Yusif oynayırlar.

Cəmən. Ura, ura, ura!..

İbrahim. Zəhra, çal “Mustafa Kamal”. Səadət xanım, gəl... İndi növbə bizimdir. Əl vuruz...

Oynayırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü məclis

Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.*Bəkir** (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.

12 мин
Dördüncü məclis

Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!

8 мин
Beşinci məclis

Vaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.*Pirverdi** (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...

5 мин
“Əkinçi” qəzetindəki məqalələr

1Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.

11 мин

Стихи других поэтов