Ey həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.Kəsilibdir, yoxdur səbrü qərarım,Bir saətim olub uzun illər hey.

Heç bilmədim dövran necə dolandı,Yandı cismim atəşlərə qalandı.Könül şəhri gündən-günə talandı,İndi oldu bir xərabə çöllər hey.

Həsrətindən əlif qəddim büküldü,Cismim bəndi yerbəyerdən söküldü,Gözüm yaşı yol-yol oldu töküldü,Üzüm üstdən axdı qanlı sellər hey.

Nə şirindir, məhəbbət tək zad olmaz,Ölənətən könül ondan yad olmaz,Müddətdir ki, məlul könlüm şad olmazMəgər əsməz dost kuyindən yellər hey?

Vidadi xəstəyəm günlər sanaram,Dərd əhliyəm qəm hərfini qanaram,Qəriblikdə yada düşər yanaram:Aşna, yoldaş, yar, müsahib, ellər hey.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов