Girib Şah dağının qoynuna sarıGetdikcə gözlərdən uzaqlaşdınız;Qartallı Qafqazın mərd oğulları,O qarlı dağları asan aşdınız.O boz dumanlarda qanad salır quş,Soyuqdan od kimi qızarır üzlər.Deyirlər sizə bir əyləncə olmuşYuxusuz gecələr, yorğun gündüzlər.O dar keçidlərin qucağında sizÇaldnız ilk dəfə "Budyonnu marşı".Dildə dastan olan tunc iradənizNələr vəd eylədi düşmənə qarşı?!Qatır dırnaq salan qayalıqlarıBir yeni qüdrətlə yanb keçdinız.Əridi hirsindən dağların qarı,Bulaqlar başında yeyib içdiniz.Dönüb qaçmadınz borandan, qardanVar olsun qəhrəman böyüdən ana!Gelir sorağınız manevralardan,Alqış ananıza - Azərbaycana!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов