Təğafül eyləmə, ey badi-səba,Bəlkə o gül üzlü yarı görəsən.Şərh edəsən ona dərdi-dilimi,Bir vosilə sala tarı görəsən.

Dolanıb başına sərvi-rəvanın,Döşən ayağına qaşı kamanın.Xəbər alsa səndən: o binəvanınNecə keçir ruzigarı görəsən?

Söylə ki, göz yolda könül, intizar,Şəm tək oturub sübhədən ağlar,Bu gün-sabah ölər, ixtiyarın var,Nə olur gedəsən, barı, görəsən.

Əmanətim budur, bir kənanrə çək,Yalvarıb, yapışıb, eylə əl-ətək;Gəlməkdə təğafül eyləsə, gərəkMəzəmmət edəsən, karı görəsən.

Zakir der: eybi yox xülqi xuyində,Şirin söhbətində, göftiguyində.Biz yad olduq, indi səri-kuyindəKimin vardır etibarı görəsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов