Bir yaz sabahının ilk əzanıydı,Süzüldü gözlərim xumarlanaraq.Xilqətin mənalı bir zamanıydı,Sular səslənirdi dalğalanaraq.

Açdım önümdəki bir pəncərəni,Adamı şiddətlə döydü küləklər.Mən seyrə dalırkən dağı, dərəni,Uzaqdan gülürdü güllər, çiçəklər.

Ağarırkən göyün siyah kəfəni,Bu gün bir coşqunluq vardı qanımda.Mən əski qəlb ilə anaraq səni,Demişdim: "Ah, Əkrəm olsan yanımda!"

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе