Qoy göyün ulduzu, göyə nur saçsın,Yerin də arzusu yerdə gül açsın…Yenə də yamyaşıl geyinir dağlar,Göz kimi durulur qaynar bulaqlar.Əriyir güneylər döşündəki qar,Yağış da isladır o göy çəməni –Təbiət ilhama çağırır məni!Görürəm, dan yeri yenə sökülür,Göydən yer üzünə nurlar tökülür.Zəmilər, tarlalar üzümə gülür,Saralır gözümdə sünbülün dəni,Bu nemət ilhama çağırır məni!Mən yararımamışam göylər övladı,Əzəl şöhrətimdir torpağın adı.Bu eşqim çoxuna qismət olmadı…Şairim, aç, payla söz xəzinəni!Şeriyyət ilhama çağırır məni!Ürək dil açır ki, — sönməmiş odum, -Hücuma başlayır mənim söz ordum.Könüllər mülkündə min yuva qurdum;Unutmaz atəmdə sevən sevəni,Məhəbbət ilhama çağırır məni!O kimdir, külüngü dağ kimi vurur?Keçici bayraq da yanında durur?Görürəm, o yeni bir dünya qurur…Loğmanlar yazacaq bu qərinəni;Bu hikmət ilhama çağırır məni!Muğana su gəlir, Milə su gəlir,Axışıb öz eli-ulusu gəlir…Torpağa insanın arzusu gəlir –Bağrıma basıram ana vətəni;Bu ülfət ilhama çağırır məni!

;Birinci nəğməDe, yolun düşdümü Muğan düzünə?Piyada gəzdinmi çölləri sən də'?Söz qoşub ceyranın qara gözünə,Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,Yay kimi dartınıb, ox kimi süzüb,Yenə öz sürünü nizamla düzüb,Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,Bəxtini tapşırdın bizim ellərə,O qara gözlərin düşdü dillərə.Dişlərin oxşayır mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:Uçarda turacdır, qaçarda ceyranBir mən deyiləm ki, hüsnünə heyran,Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mənKeçirəm yenə də Muğan çölündən.Yanında balası, yağış gölündənƏyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,Kolları-kosları yıxıb uçurur,Sıxlaşıb bir yerə baş-başa dururDüşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,Gəzinir, oylağa baş çəkə-çəkə.Gələn qaraltıdır, yoxsa təhlükə?Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!O çöllər qızını ayırma bizdən!Qoyma ağrı keçə ürəyimizdən, -Qıyma öz qanına boyana ceyran!Nə gözəl yaraşır Muğana ceyran!

;İkinci nəğməMuğandan keçirəm, meyxoşdur bahar…Ömrü az olsa da burdakı yazın,Vətən sevdasına düşən sənətkar,De, indi nə çalır sədəfli sazın?

Gündoğan al geyir, xoşbəxtdir səhər,Gözlə ölçülməyir sonsuz yamaclar.Nədir dinlədiyiin bu xoş nəğmələr?Baharın eşqilə ötür turaclar!

Hər kolun dibinə diqqətlə baxsan,Bir yaşıl süfrə var, duy o neməti.Tutub bu dünyanı qalmayacaqsan…Duy ömür adlanan bir şeriyyatı!

Muğandan keçırəm, göydən od yağır…Bir buxar istisi gətirir külək.Mən addım atdıqca hey ağır-ağır,Tərləyıb islanır əynimdə koynək.

Muğanın ciyəri su istəyir, su!Susuz dodaq kimi çatlayır torpaq.Bahardır! Bahardır, yerin arzusu,O, insan əlilə şəfa tapacaq!

Muğandan keçirəm, daralır hava,Boz üzmü göstərir ellərə şoran?Elə bil, boğulub qaralır hava,Cirır köynəyini bürküdən aran…

Odların qovuşur yerlə asiman?Alışıb yanırmı ellər, obalar'?Gözümdən od çıxır, başımdan duman,Qəlbimdə deyirəm: — Yazıq babalar!

Ah! Yazıq babalar, dözüb min dərdə,Vaxtsız öldünüzsə, durur adımız.Əsrlər boyunca bu boz çöllərdəBir vətən eşqilə siz yaşadınız!

Bir vətən eşqilə Mildə, MuğandaMin bir oba qurub, qışlaq saldınız;Günəşlər yurdunu zülmət boğandaAt sürüb, ox atıb, qılınc çaldınız!Bir vətən eşqilə ərlər, ərənlərMuğan çöllərində çadırlar qurdu.Torpaqlı damlarda ömür sürənlərXosrov ordusunun döşündən vurdu.O cəllad at çapdi bir vaxt Muğanda,Talamaq istədi ana yurdumu.O həris gözlyri oynadı qanda,Qan boğa bilmədi zəfər ordumu…Tomris o cəlladdan qisas alaraq,— Hökmdar! Tacından daha keç! — dedi.Başını bir tuluq qana salaraq,— Diriykən doymadın, indi iç! — dedi.Tarix inciməsin, qayıdaq yenəMuğan səhrasının axşam seyrinə.

;Üçüncü nəğməAxşamdır… Günəşin rəngi qırmızı,Buludlar çəhrayı, üfüqlər laldır.Yerlə vidalaşır o göylər qızı,Səyyar buludların rəngi xal-xaldır.

Sükuta qərq olmuş sonsuz yamaclar,Şəhərlər uzaqdır, kəndlər də seyrək.Arxların üstündə tək-tək ağaclar,Yalqızlıq içində sıxılır ürək.

Atını dördnala çapdırır külək,Qopur kötüyündən tikanlı kollar.Gah sağa, gah sola üz döndərərək,Bizi çox çaşdırır dolaşıq yollar.

Bu lal səhralara səs salır hərdənUzaqdan qışqıran bir qatar səsi.Bir xoş arzu kimi keçir qəlbimdənQaynar şəhərlərin isti nəfəsi…

Bu zaman xəyala gedirəm bir an,Sağımda, solumda işıqlar yanır;Şəfəqlər içində sayrışır Muğan,Səhralar al-əlvan rəngə boyanır…

Uzanmış şəhərin polad əlləri,Qatarlar, avtolar gəlir Muğana.Kəndlər, qəsəbələr tutmuş çölləri,Sükunət ölümdür… Düşmənəm ona!

Gülür yolçuların üzünə, budur,Hər addım başında kiçik bir şəhər…Tənhalıq dərdini çöllər unudur,Dənizə bənzəyir yaşıl zəmilər.

Göydə mator səsi, yerdə təmtəraq,İnsanlar qaynaşır bir ümman kimi.Baxıb cəlalına sevinir torpaq;Xəstəlikdən durmuş bir insan kimi…

Bir qızıl qan olub axar sular da,Can verir torpağın damarlarına;Günəş salam verir bu arzulardaMuğan torpağının hər baharına.

Könül, xəyalatdan ayrıl bir anlıq,Gələcək günlərin öz şairi var.Axşamdır, uzanır alaqaranlıq,Qorx ki, təsvirimiz yarımçıq qalar!

;Dördüncü nəğməMaşını sür görək, Anatoli, sür!Bu yaxın komada dincələk bir az.Qoyun sürüləri nə çox görünür?Bir dələmə tapıb içsək pis olmaz.

Çıxır qarşımıza qoca bir çoban,Çiyni yapıncılı, boyu çinar tək.Azacıq çal düşmüş qaşlar altındanQırğı baxışları gülümsəyərək.

Yerindən quş kimi qalxır ayağa.Hələ bükülməmiş onun qaməti;Açıq bir alınla gəlir qabağa,Belədir ellərin gözəl adəti.

Qabarıq sinəsi sürmüş irəli,Baxıram qocanın boyuna bir dəm.Gözündə qaynayır gənclik illəri,O çöllər oğluna salam verirəm.

Çoban qarşılayır bizi xoşsifət,Tuluqdan süd tökür: — Buyurun, — deyə,Atüstü olsa da, qısa bir söhbətDönür unudulmaz bir xatirəyə:Kimsən, haralısan? Danış, ay çoban!— Dağıstan əhliyəm, ləzgiyəm, qardaş!Qışlaq yerimizdir qədimdən Muğan,Biz ona həmdəmik, o bizə sirdaş.— Yaxşı, nə verəcək sənə bu qışlaq?Yoxsa bir qoyunun iki olacaq? -Çoban gülümsəyir, bilmirəm nədən,Verir cavabını fikirləşmədən:— Muğan, Muğan olsa, biri üç elər.Muğan tufan olsa, üçü heç elər…Oxucum! Belədir aqil babalar,Bir dastan yaradir ikicə sözlə;Bu kamal dünyası gülər bir üzləNəsildən-nəsilə keçir yadigar…Bizsə vaxt itirib qafiyələrə,Deyirik, sözlərin sayı çoxalsın.Dinləyən əl çalsın bizə bir kərə,Sonra nə düşünsün, nə də zövq alsın!Sən ey başladığım bu uzun şeir!Yadda qalacaqmı barı bir sözün?Sənət dünyasına eşqin nə deyir?De ağmı, qaramı çıxacaq üzün?Bəlkə, bir sətrim də, bircə bəndim dəEllərin yadında qalmayacaqdır?Bəlkə, bir şerimi doğma kəndimdəAşıqlar sazında çalmayacaqdır?Taleyim beləsə… Kor olsun gozü!Bu dərdi bir şair daşıyacaqdır.Lakin o qocanın bayaqkı sözüNəsildən-nəsilə yaşayacaqdir:

"Muğan, Muğan olsa, biri üç elər,Muğan tufan olsa, üçü heç elər…"

;Beşinci nəğmə

;MUĞAN GECƏLƏRİ

Göy üzündə lopa-lopa ulduzlar yanır,Bənzəri var şairlərin söz dünyasına.Bircə anda göylər neçə rəngə boyanır,Mən heyranam təbiətin bu mənasına.

Qoca Muğan fikrə getmiş bir loğman kimiSinəsinə nəqş eləyir bu ülviyyəti…Səhra duyur, səhra duyur, bir insan kimi,Saf gecənin qəlbindəki bir şeriyyəti…

Açıldıqca kitab kimi o, varaq-varaqMin bir gecə dastanından şirin oxunur.Yer üzünə şölə saçır neçə min çıraq,Şəfəqlərin ağ sütunu ərşə toxunur.

Muğan sakit, ağlım çaşır, fikrim dolaşır,Hey baxıram, nə gələn var, nə də bir gedən.Külək əsir, dörd yanımda qurdlar ulaşır.Tük ürpərir lal gecənin vahiməsindən.

Mənsə kiçik bir komada fikrə dalmışam,Qoca çoban kol-kos yığıb ocaq yandırır.İki gözlə seyr etdiyim bu sakit axşam,Bilsən, nələr düşündürür, nələr andırır!..

Ay işığı süfrə açır Muğan düzünə,Göz doymayır şeriyyətin bu qismətindən.Muğan çölü ayna tutmuş göyün üzünə;Elə bil ki, nur tökülür qız ismətindən…

Ana torpaq! Ana torpaq! Sənin bu hüsnünŞerimizin ürəyində nəqş olunmadı.Heç olmasa, vətənimin eşqinə bu gün,Bircə tablo yaradaydı hər söz ustadı.

Ay aydınlıq, göy süd kimi, gülür hər tərəf.Başım üstə qah-qah ötən durna qatanOrdu çəkib, nizam qurub, düzülüb səf-səf,Bir ox kimi enib gəlir səhraya sarı…

Gəlin! Gəlin! Muğan sizə çoxdan tanışdır.Od ələnir, qan çilənir yenə Bağdada…Yazıq quşlar, orda sizə yer qalmamışdır;Başınızdan qoy keçməsin min qan, min qada!

Utanmayın! Acsmızmı? Tökülün düzə,Sizin yerdə nə yonca var, nə tarla, nə dən,Ağır toplar divan tutdu, yazıqlar, sizə!Yenə varmı öz yurdunu atıb tərk edən?

Heyrət ilə göy üzünə baxıram hərdən;Səyyar fikrim ulduzlarla durur yanaşı.Şəfəqlərin qucağında baxır göylərdənSəyyarələr dünyasının əzəl sirdaşı…

Qoca Zərdüşt! Qoca Zərdüşt! Üç min il qabaqSən də Muğan səhrasını gəzib dolandın!Min ölümlə, fəlakətlə qarşılaşaraq,Araz kimi gah durulub, gah da bulandın!

Ötərgi də olsa, bu gün söhbət açım mənTorpaq olmuş o Loğmanın əməllərindən

;Altıncı nəğmə"Üç min bahar keçəcəkdir bu əfsanədən,Qara geyib matəm tutan xain ƏhrimənTəslim olub baş əyəcək ulu Hürmüz.

Öz taxtını tapşıracaq gecə gündüzə;Qadir günəş əridəcək o vaxt zülməti,Yer oğlunu boğmayacaq yerin möhnəti.

Göy üzünə çəkiləcək soyuq və azar;Səhralarda çiçak açıb gülən arzularDodaqlarda şərqi kimi səslənəcəkdir…

Nə cananlar, neçə canlar bəslənəcəkdirZaman görmüş, dünya görmüş Muğan düzündə;Yer görəcək öz hüsnünü insan üzündə…

O vaxt aşıb-daşacaqdır bağlar, bağatlar,Ömür kimi uzanacaq günlər, saatlar;Tarixlərə şərəfli bir vaxt gələcəkdir.

Ölümlərin ömrü, günü gödələcəkdir,Yaşıl məxmər geyinəcək susuz yamaclar;Boy atacaq yetim kimi boysuz ağaclar.

Ağ sulara əks edəcək ulduzlar, aylar,Yer üzündə qalmayacaq körpüsüz çaylarİnsan oğlu güvənəcək öz qüdrətinə.

Tanrıların yaratdığı can möhnətinəO vaxt qəbir qazacaqdır insan əlləri;Sevinəcək məhəbbətin saf əməlləri…

Bu ilanlar, bu çiyanlar, mələşən çöllər,Daxmalarda ömür sürən obalar, ellərDaş saraylar yaradacaq öz hünərilə;

Öpüşdükcə səadətin ağ günləriləHər ocaqda ney tutulub, toy başlanacaq…İnsan ömrü min büsatla alqışlanacaq…

Öz ətrindən məst olacaq güllər-çiçəklər;Yerə həsrət çəkəcəkdir göydu mələklər…Yer üzünün şan-şöhrəti olacaq insan;Nə bir azar qalacaqdır, nə ölüm, nə qan…"

Qoca Zərdüşt! Gecə keçir, yol üstəyəm mən;Qoy hələlik ayrı düşsün dost əllərimiz.Yeni dünya gəlib keçir indi gözümdən,Bəlkə bir də görüşmədik bu dünyada biz…

Sən də sağ ol, qoca çoban! Vaxt ötür daha.Azmı qalır, çoxmu qalır, görən sabaha?Ancaq bizə bir yol salğa, hayandadır Kür? –Çoban baxır bir səhraya, bir bizə sarı:— Gedin! — deyir, — şimaldakı ulduza sarı,O həmişə Kür çayının üstdə görünür…

;Yeddinci nəğmə

;KÜR

Boz dağların arasından axan Kür"Yandım!" deyən səhraları dolaşır.Onun qəlbi qəlbim kimi döyünür,Dağlar yarıb öz eşqinə yol açır.

Əzəl gündən min arzuyla bu ürəkÇox qışqırıb haray salır gecələr.Sübhə kimi nərə çəkən o pələngQollarına baş söykəyir hər səhər…

Ağ at ktmi sıçradıqca dalğalar,Qolundakı zəncirləri Kür qırır.Boğulduqca dara düşmüş o şikar,Maral kinü dil çıxarıb hayqırır.

Şair, onun qüdrətini duya bil!Əngin!.. — deyir, o da qartal kimidir.Məcrasına sığışmayan Kür deyil,Zaman görmüş bir torpağın qəlbidir…

Kür üstündə at oynadar sərt külək;Bulud gələr, şimşək oynar, od çaxar.O, bəzən də bir şairin ruhu təkQəmli-qəmli fikrə gedib lal axar…

Yaşilbaşlar qanad çırpar suyuna,Gah durular, gah da dönüb bulanar.Arabir də səhraların boynunaAcıqlı Kür ilan kimi dolanar.

Qırqovullar qaqqıldaşıb uçandaSix ormanlar sisə düşür hər axşam.Maral ürküb talalardan qaçandaArxasınca yüz xəyala dalmışam…

Kür qırağı… Qarayazı… göy çəmən…Qoşa palıd… Tüstülənən od-ocaq!..Saç ağardı, unutmadım sizi mən.Hansı şair sizi bir də yazacaq?

Yarğan üstü… Bulaq başı… Mis səhəng…Üç gəlinin bir ağızdan gülməyi,Kəhər atın qanlı Kürü keçərək,Baş sallayıb ağır-ağır gəlməyi…

Mən o qızın əlindən su içəndə,Min arzuyla bu dünyaya baxmışam.Dəli Kürü at belində keçəndəAz qalmışdı axıb gedəm bir axşam…

Zaman keçir… Təzələşir fəsillər;Görüşürük, ayrılırıq baharla.Biz köçürük, gəlir yeni nəsillər;Kür yenə də axıb gedir vüqarla…

Axır, axır… O dayanmaz bir an da.O axdıqca qanad açır, qol açır.Axar Kürüm kükrədiyi zamandaDağlar yarıb öz eşqinə yol açır.

Şair, onun qüdrətini duya bil!Əngin!.. — deyir, o da qartal kimidir.Məcrasına sığışmayan Kür deyil,Zaman görmüş bir torpağın qəlbidir…

;Səkkizinci nəğmə

İndi yavaş-yavaş addımlayaraq,Təklənib gedirəm Kür qırağına.Bir söyüd altında fikrə dalaraq,Baxıram hüzn ilə "Qız bulağı"na

Bir yanım Kür çayı, bir yanım çəmən,Sahillər döyünüb titrəyir zağ-zağ.İndi söhbət açım on beş il qabaqKür üstdə baş veren bir faciədən:

Fəlakət, fəlakət! Yenə Kür daşır;Suya qərq olacaq yenə zəmilər.Dəli Kür qızışıb həddini aşır,Baş-başa gəlmişdir ölümlə hünər!

Yox, o amansızdır, o dayanmayır,Uçurub dağıdır yenə bəndləri;O, insan eşqilə hələ yanmayır,Ağzına götürür yaxın kəndləri.

Gecədir… Qaranlıq çökmüş Muğana.Qığılcım kimidir seyrək ulduzlar…Qaçır Kür boyunca bir bədbəxt ana,Yerdənmi, göydənmi təmənnası var?

Axır qıjıltıyla qanlı Kür, axır…Səsindən səhralar titrəyir zağ-zağ.Bəzən buludlarda şimşək də çaxır,Kürsə qılınc kimi parlayır dümağ…

Uçduqca yarğanlar, köklü ağaclar,Kür udur onları bir əjdaha tək.Sellərə qərq olur çöllər, yamaclar,Şair, bir rəssam tək bu lövhəni çək!

Sanma ki, atlanan göy dalğalardır;Kür öz qalxanını qaldırır göyə.Ananın başına gen dünya dardır;Yalvarır sulara göz döyə-döyə…

Divanə qadının o ağ saçlarıDağılıb çiyninə səpələnmişdir,Elə bil, zülmətə nur ələnmişdir;Zəif bir səs ilə qışqırır qarı.

Cırır yaxasını əllərilə, ah!— Tanrım, eşit — deyir, — mənim dərdimi! -Ana! Sığındığın o "böyük Allah"Heç sənə dar gündə yol göstərdimi?

Yox! yox! Danışmayır, dinməyir göylər…Kürsə yavaş-yavaş yatıb lal axır.Gecə çox uzanır, doğmayır səhər;Dalğalar qoynunda bir xəyal axır…

O bəzən qışqırır, haray çəkərək,Sahilə çatmayır fəqət səs-küyü.Axır… Bir nazənin, bir gözəl mələk;Axır, barmağında nişan üzüyü…

Gözlərin dolmasin, ey nazlı pəri,Boş yerə yapışma o dalğalardan;Nahaq qucaqlama sərt ləpələri.Qurtaran yoxdurmu səni bu dardan?

Odur, bax, şir kimi atılır suyaSənin and içdiyin o gənc qəhrəman.Nə ölümə baxır, nə də qorxuya,Qurtarmaq istəyir səni bu dardan.

Yox… Yox! Yorulmayir onun qolları,Sular parçalanır tunc sinəsində.O səni axtarır bu gecə yarıQanlı dalğaların qorxunc səsində!

O gəlir… O sənə yaxınlaşır, bax!Az qalır əlinə yetişsin əli…Səbir elə, sevgilin gəlib çatacaq,Bir az da səbir elə, Muğan gözəli!

Qız yenə qışqırır haray çəkərək,Sahilə çatmayır onun səs-küyü.Axır o nazəndə, o gözəl mələk;Axır, barmağında nişan üzüyü…

Gün keçir, dolanır həftələr, aylar;İllər yaşa dolur, zamansa dona.Kürün sahilində bir göy çəmən var,Ellər zaman-zaman baş çəkir ona.

Nədir çəməndəki o qoşa məzar?O baş daşlarına yazılan nədir?Kölgəmi salmışdır ona ağaclar?Sən elə bilmə ki, bu əfsanədir!

Ay yatır gecələr, bağrı qan kimi,Bu qoşa məzara eşq olsun deyə.Kür də tutduğuna peşiman kimi,Çəkilmiş sahildən bir az geriyə…

Ağ saçlı çobanlar, odunçular daBu qoşa məzara salama gəlir.Bir qoşa bülbül də bur ilk bahardaAşiqlər eşqilə ilhama gəlir…

Burda… Bu qoşacıq məzar yanındaBir söyüd altında bulaq da qaynar;Günəş tellərini yayan zamandaŞəffaf sularında kölgələr oynar.

Yerdə çiçək açır qəbrin arzusu,Ulduzlar bu yerin sirdaşlarıdır.Deyirlar çeşmədə parlayan bu suNakam aşiqlərin göz yaşlarıdir…

"Məhəbbət" adlanan bu gülüstanaBəzən ovçular da axışıb gəlir.Hər kəs tüfəngini atıb bir yana,Söyüd kölgəsində yatıb dincəlir.

Məni də yorduqca arabir şəhər,Muğanın seyrinə çıxıram tək-tək.Gün bir az qalxanda od tutub çöllər,Birdən ağırlaşır çiynimdə tüfəng.

Günorta çağları çox dincəlmişəmSizə söylədiyim o göy çəməndə;O söyüd altına qonaq gəlmişəm;O müqəddəs sudan içmişəm mən də,Sizə söylədiyim o göy çəməndə…

Oxucum! Qəmləndi ürəyin bir az;Saraldın, deyəsən, qış günəşi tək…Eləsə, mətləbi, sözü dəyişək,Bir başqa söhbətə indi qulaq as!

İndi yanımca gəl, yapış əlimdən,Bir Muğan qızına müsafir gedək.Gözəl bir aləmi ziyarət edək,Unut, o bayaqkı faciəni sən…

;Doqquzuncu nəğmə

;MUĞAN QIZI

;IKürün qırağında, Muğan düzündə,Zəmisi, tarlası suyun gözündə,Salmanlı adlanan bir kəndciyəz var,Onun dörd yanında yaşıl tarlalar.

Seyrək ağaclar, qamışlıqlar daYamyaşıl görünür lap son baharda.Üz-üzə durmuşdur suvaqlı damlar,Hay verib, hay alır gümrah adamlar;

Qızlar su götürür lilli arxlardan.Kür üstə qurulmuş dərnir çarxlardan,Polad motorlardan dağılan sədaGöy gurultusu tək gəzir havada…

Yerdə car çəksə də çarxların səsi,Od tutub yansa da göyün nəfəsi,Ceyranlar düzdədir… quşlar yuvada.

;IIBir azdan doğacaq göydə ulduzlar;Tarladan qayıdır gəlinlər, qızlar.Elə bil, səs gəlir yerin qəlbindən:"Getməyin! Sükuta qərq olur düzlər!"

Uzanır axşamın əli çöllərə,Tarlalar qaralır buludlar kimi.Üfuqdən ay doğub baxır ellərə,Qəlbində bir sirri, sözü var kimi.

Bir böyük tarlaya qərq olmuşam mən;Pambıq şaxlarının arasındayam.Yollar, elə bil ki, qaçmış gözümdən,Bilmirəm dünyanın harasındayam…

Birdən dayanıram… Dünya bir anlıqMənə xəyal kimi görünür bu dəm.Tarla boş, ortada alaqaranlıq,Fəqət, gözlərimə baxır bir sənəm.

Bu nədir? Yerdə də mehrabmı yanır?Yoxsa gözlərimmi alacalanır?Yox, yox, doğrudan da gördüyüm qızdır;Hürkmüş maral kimi diksinir birdən

Bəs niyə tarlada bu vaxt yalqızdır?Baxır… Tərpənməyir durduğu yerdən…Ağarır başında bir ipək çalma,Dönüb sual verir: — Kimsən, ay əmi?— Qızım, kimliyimi tez xəbər alma;Deyəsən, bir azca qorxdun, eləmi?— Yox, niyə qanmıram, uşağam, nəyəm?Deyəsən, ovçusan, bəs ovun hanı?Quşla doludur ki, kəndin hər yanı— Yox, ovçu deyiləm…Qızcığaz gülür;Üzündən-gözündən nurlar tökülür.Rəng alıb, rəng verir al yanaqları,Bir öpüş görməmiş saf dodaqları.Hələ solmamışdır qızılgül kimi,Daranmiş saçları bir sünbül kimiBaşını qaldırıb baxsa bir anlıq,Dönüb şölələnər alaqaranlıq…— Qızım, mən gəzirəm səhərdən bəriSizin kənd yerini, bu zəmiləri.Nə yaxşı gümrahdır burda adamlar?Üzlərdə nə nisgil, nə sarılıq var…Qızdırma yoxdur ki? — Əvvəllər vardı.Soyuqlar düşəndə lap çoxalardı.— Bəs indi? — Kəndimiz çox dəyişmişdir.Bizi gümrah tutan havadır, işdir!— Çoxmu qalırsınız açıq havada?— Hələ oyanmamış quşlar yuvada,Hələ gün doğmamış oyanır ellər,Gəl, deyə çağırır bizi bu çöllər.Kişilər arx çəkir kürdən hər yana,Gedir bir çoxu da şuma, kotana.Gəlinlər, qızlar da dağılıb düzə,Pambıq toplayırıq durub üz-üzə;Bəzən işləyirik ay batanadək.Müftə yaranmayır torpaqdan çörək…Hələ qış vaxtı da girovda, qardaBiz pambıq yığırıq bu tarlalardaŞaxta da görürük, ayaz da, gün də,Hərə zəhmət çəkir bir iş üstündə.Odur ki, canımız-başımız sağdır,Elin yanında da üzümüz ağdır.Ancaq ipəklərin yaxşısını sizŞəhər qızlarına geydirirsiniz… -Deyib, gülümsədi, susdu bir anlıq,Üzündə oynadı bir mehribanlıq.— Bəs sənin heç yoxdur ipək paltarın?Elə, əynindəki bu çitdir arın?— Bıy, elə mən dedim, inandın sən də?Elə geyirəm ki, yeri gələndə!Bəs necə gedirəm toya-mağara?Bəzən şal geyirəm, bəzən də xara!Qızcığaz bunları dediyi zaman,Ağ günlər boylanır baxışlarından.Bilirəm, görməmiş bu məsum pəriAnamın çəkdiyi qara günləri.Beşikdə tapmamiş onu ehtiyac,Od tutub yanmamış bu çöl, bu yamac.— Mən qıza baxdıqca, duyuram bunu!Duyuram toxluğun nə olduğunu…Duyuram vətənin cəlalım mən.Dünyalar əyilib keçir qəlbimdən…— Deyiriər kəndə bir maşın gələcək,Bilirsən, yalandır, yoxsa da, gerçək?— Nə maşın? Traktor? — Yox ey… — deyirlərBir maşın çıxıb ki, o, pambıq dərir!— Bilirəm, elə bir maşın var, bəli.— Onun da insan tək işləyir əli?— İşləyir, özü də yorulmayır heç,Sizin bu kəndə də gələcək tez-gec…— Bəs maşın seçirmi yığdığı zamanAçılan pambığı açılmamışdan?— Seçir, açılmışı çox açıq seçir,Bağlı qozanın dä üstündən keçir…O da insan kimi hiss edib duyur,Yaxşını, yamanı üzdən oxuyur…Bu dəm qəh-qəh çəkib qız birdən gülür,Elə bil, ayağı yerdən üzülür.Az qalir uğuna səadətindən.Duyuram qəlbindən keçənləri mən…— Ay əmi, o maşin tez gəlsə əgər,Nə qədər sevinər bizim bu çöllər!İş görər, tər tökər bir yandan o da.Vaxtımız çox qalar elmə, savada.Ev tikib, bağ salıb, yollar çəkərik,Yollar kənarında güllər əkərik.Özün bir fikr elə, gəl, bir anlığa,Hərə bir əl qoysa abadanlığa,Kəndimiz böyüyüb bir şəhər olar!Hər gözəl axşamı bir səhər olar!Birdən, o üzümə baxdı diqqətlə,Qaşları çatıldı qızın heyrətlə:— Tanıdim… Kitabda görmüşəm sizi,Divardan asmışam bir şəklinizi.Nə olar, bizə də bir şeir yazsan,Bizim bu pambığa bir söz qoşmazsan?

;IIIAy keçdi, il keçdi, ikinci dəfəYolum yenə düşdü o kənd tərəfə,Dan yeri yenicə sökülən zamanMən yenə keçirdim o göy tarladan.Üfüq yavaş-yavaş ağarışırdı,Tarlada üç dəstə qız yarışırdı.Tərpənib əsdikcə səhərin mehi,Axır damla-damla şaxların şehi."Qış gəlir, qar gəlir, tez olun görək,Çöldə bir qoza da qalmasin gərək!" –Dedikcə qızların uçur əlləri,Elə bil, sevinir pambıq çölləri;Sinələr tövşüyür, yanaqlar yanır,Qızlar nə dincəlir, nə də dayanır.Buğlanır onların isti nəfəsi,Qaynayır gəncliyin eşqi, həvəsi.Günorta yetişdi, hava açıldı,Günəşin üzündən nurlar saçıldı.Yamyaşıl göründü yenə də tarla;Yer göyə boylanıb baxdı vüqarla…Bir söyüd altına yığışdı qızlar,Şairi görməyən o "vəfasızlar".— Nə olar, siz məni saymasanız da,Sözümə bir məhəl qoymasanız da,Sizi unutmayıb ömrümdə bir dəm,Yenə də mən sizi deyib gəlmişəm.Alın salamımı! -Qızlar quş kimi,Sıçrayıb qalxırlar məni görən tək.O Muğan qızı da gülümsəyərək,Böyük bir həsrətdən qurtulmuş kimi:— Nə yaxşı, nə yaxşı gəldiniz, — deyir,Qəlbimdə yurd salır canlı bir şeir…— Sənə göndərdiyim şeri aldınmı?Oxuyub heç məni yada saldınmı?— Almışam. Əzbərdən bilirəm bütün,Qızlar şərqi kimi oxuyur hər gün…— Eləsə, bir soylə, qulaq asım mən,Bir yeni ilham da alım səsindən ! -Qız ayaq üstündə, sadə bir səsləOxuyur şerimi bir xoş nəfəslə:"Muğanın pambığı faraş gələndə,Qozalar gül açıb, üzə güləndə,Qızlar iş gününə ipək böləndə,Könüllər mülkündə ilk bahar olur.Uğurlu yaranmış onun ayağı,Mehri, ülfəti var insan sayağı.Zərdüştlər yurdunun ana torpağıGünəşin eşqilə çəmənzar olur.Yaya tapşıranda öz yerini yaz,Gündüzlər gün istər, gecələr ayaz.Suyunun vaxtı da ötəndə bir azQaşqabaq sallayıb pürqübar olur.Yamanca şıltaqdır bu nazlı sənəm,Gərək göz olasan üstündə hər dəm.Xoş sifət görəndo bu telli həmdəm,O da öz əhdinə düz ilqar olur.Quraqlıq keçəndə tez solur gülü,Durur yetim kimi boynu bükülü.Başlanır ellərin kasadlıq ili,Muğanın başına dünya dar olur.Yox, dil açır Muğan, o qızmış pələng: — Bir qarış dəmyə də qalmasın gərək! –Gəlir Mingəçevir, haray çokərək,Səhralar eşidib xəbərdar olur.Odur, dəstə-dostə komsomol gəlir,De, Kürdən, Arazdan neçə qol gəlir?Ay ellər, Muğanın ili bol gəlir,Dost baxıb sevinir, düşmən xar olur.Ah, nələr duyuram onun səsində,Bu ellər qızının xoş nəfəsində-Xurmayı saçları qatar-qatardır;Bir az da Humaya bənzəri vardır.Gözündə qaynayır eşqim, qüdrətim,O əzəl ilhamım, əzəl sənətim…Xəyalım yol gedir, uğurlar deyə,Günəşli-gündüzlü bir gələcəyə…Qızlar işə gedir, ayrılırıq biz,Lakin ayrılmayır ürəklərimiz…

;Onuncu nəğmə

;KÜRÜN BAYRAMI

Kiçicik bir sudur yer üzündə Kür.Baxsan bu dünyanın xəritəsinə;Bəs niyə qəlbimdə ümman döyünür,Mən qulaq asdıqca Kürün səsinə?!Təslim ol, dəli Kür! İnadı burax!İndi sürməyirəm yerimi xışla…Min illik yuxudan oyanır torpaq;Bu insan eşqini sən də alqışla!Dəvə karvanları deyil şöhrətim,Dəmirlər əsrinin övladıyam mən!Artıq azad olmuş ilk məhəbbətimSehirli göylərin təvəkkülündən…Yaxandan yapışıb, soruşur insanVaxtsız ölümlərin intiqamını…İndi bayram kimi ucaldır zamanVətən torpağının ehtişamını!Zamandır, qanlı Kür, qaçma meydandan,Çıxar qılıncını: bu mən, bu da sən!Qoy sənin arxanda dursun "yaradan",Mənsə qüvvət alım ellər gücündən!Üstünə gəldikcə külünglər, betlər,Açma öz ağzını bir əjdaha tək."Qanlı Kür" demişdir adına ellər,Hirsli sularınla pəncələşərək!De, kimsən? Bəlkə dost, bəlkə də yadsan?De, nədir aləmdə fikrin, diləyin?De, neçin bu qədər qəmdən azadsan,Mərhəmət bilməyir soyuq ürəyin?Xeyr! Sən nə yadsan, nə də ki düşmən;Yerin övladıdır, məncə qüdrətin.Yazıqlar olsun ki, insan deyilsən,Sənin nə qəlbin var, nə məhəbbətin.Bizsə insanlarıq, öz gücümüz var,Bizik dənizləri baş-başa çatan.Mərhəmət ummasın bizdən "tanrılar…"Bizik şimşəklərə min kəmənd atan.Adəmin, Həvvanın vaxtından bəriTilsimi dolaşıq, girdabı dərin,O dilsiz-ağızsız qərinələriDəyişdi qüdrəti bolşeviklərin!..Qullar dünyasını kökdən uçurub,Şahların tacını ayağa saldıq.Qəbirlər üstündə saraylar qurub,Vaxtsız ölümlərdən intiqam aldıq…Dedik ki, torpaqda nə səfil, nə ac,Nə də bir kimsəsiz görünsün gərək.Dedik ki, yerlərə batsın ehtiyac,Nəsildən-nəsilə bol olsun çörək…Dedik ki, şairlər Vətən mülkünəBaxdıqca ürəyi, könlü şad olsun.Hər gələn sabaha, hər keçən günəİnsanın hünəri, eşqi ad olsun…Ayları, illəri bir yerə qatdıq,Zamanın nəbzini duyduq təbib tək…Aclığı ölümün ağzına atdıq,Yaşadıq, zülmətə qılınc çəkərək!Gülşənə döndərib boz səhraları,Üşütmə, qızdırma olmasın dedik.Növrəstə qızların al yanaqları,O gül dodaqları solmasın dedik.Biz sirdaş yarandıq hər gözəlliyə,Baş əydik hər yerdə ona hörmətlə…Məhəbbət insana şöhrətdir deyə,Yaşadıq müqəddəs bir məhəbbətlə…Hər insan qəlbinin öz dünyasındanHüsnə, səadətə yollar açıldı.Eşqin, məhəbbətin saf mənasındanKönüllər mülkünə nurlar saçıldı…Biz açdıq torpağın altında qalmışGün üzü görməmiş dəfinələriKöhnə kağızların üstdə saralmışAğlın yaratdığı xəzinələri…Açıb tarixlərin qol-qanadını,Dahilər qəbrini hörmətlə qazdıq.Onların şərəfli, şanlı adınıMərmər abidələr üstündə yazdıq!Sənə də biz dostuq, sirdaşıq, ey Kür,Sənsə, üz döndərib, gəl qaçma bizdən.Bü ki, qəlbimizdə qəlbin döyünür,Qopara bılməzsən ürəyimizdən.Südünü insana gəl halal elə,Ondan içəcəkdir ellər, obalar.Yenə axacaqsan sən cəlal ilə,Qoymarıq pozula əzəlki ilqar…Yenə dalğaların, ağ ləpələrinSakit gecələrdə pıçıldaşacaq…Yayda da, qışda da buz kimi sərinÜrəyin qüvvətlə aşıb-daşacaq…Sağında, solunda meşələr yenəYamyaşıl geyəcək fəsli-baharda.Gözəllər çıxacaq yenə seyrinə,Gəlin tək bəzənən min laləzarda…Saz sözlə dinəcək, tar şikəstəylə,Ömrümüz yenə də xoş keçəcəkdir.Marallar üstünə çıxıb dəstəylə,Əyib buynuzunu su içəcəkdir.

Yenə səxavətlə aşıb-daşacaqQəlbi dağlar kimi böyük analar;Yenə ovçu görüb qaqqıldaşacaqSuyuna baş vurub çimən sonalar…

Sən elə bilmə ki, ömrün qocalır,Biz sənin arxanıq, dostunuq, ey Kür!Sənin də şöhrətin, şənin ucalır,Bil ki, qəlbimizdə qəlbin döyünür!..

Biz qurudan zaman bataqlıqlarıDörd yanın çiçəklər, güllər açacaq.O zaman qoynuna hər gecə yarıİliç lampaları işıq saçacaq…

Sağında, solunda yeni şəhərlərSəs-səsə verəcək min bir büsatla,Sevdalı axşamlar, xoşbəxt səhərlərYüz nağıl olacaq min xatiratla.

Şəhərlər car çəkib yarışan zaman,Dilsiz sükunəti sən udacaqsan…Çöllər bir-birilə danışan zaman,Tənhalıq dərdini unudacaqsan…

O günlər nə qədər yaxın görünür!O günlər eşqinə yazıram mən.Biz sənin arxanıq, dostunuq, ey Kür!Bizim eşqimizi alqışla sən də!

Ey könül, Kür ilə söhbəti qurtar,Uzundur onsuz da bu dastanımız;Sabah da Bozdağa səfərimiz var,Orda külüng vurur qəhrəmanımız…

;On birinci nəğmə

;MİNGƏÇEVİR QƏHRƏMANI

Car çəkir, çarxların çaxnaşıq səsi,Car çəkir qışqırır nəhəng motorlar.Qızır baltaların polad pəncəsi,İldırım, ildırım vurur Bozdağı,O daşlı, qumsallı, gilli torpağıUdur, lay-lay udur ekskavatorlar,Hay salır, qışqırır nəhəng motorlar.İnsanlar qaynaşır… Meydan darısqal.Ürəklər, nəbzlər sürətlə vurur…Qatarlar, avtolar gəlir dalbadal,Keçici bayraqlar yan-yana durur;Ürəklər, nəbzlər sürətlə vurur.Od tökür, od tökür günəş ağzından;Torpağın nəfəsi təngiyir hərdən.Yanğınlar yağsa da yerə göylərdən,Əl işdən soyumaz, ürək arzudan…Dağlarla, daşlarla pəncələşərək,İnsan istiqbalı salama gəlir…Ayların, illərin ömrü gödəlir:Saatlar dolanır saniyələr tək…Şair! Bu fəlsəfən qalsın bir yana,Yaxın gəl, salam ver o qəhrəmana.Sən onun əlini tut öz əlinlə;Bir Loğman kimi də qəlbini dinlə…Görürsən? Səssizcə, başı aşağı,Onun açıq alnı, qaşı-qabağı,O qəmsiz, qüssəsiz, o xoşbəxt üzüMənim ilhamıma yaxındır, düzü…(İnsan var, bir dəfə görsən də onu,Ürək unutmayır ömrü uzunu.Sənin ürəyində o yuva salır,Ölüm gününədək yadında qalır;Günəşli-gündüzlü bir xatirə tək,Ondan ayrılmayır bir an da ürək…Deyirsən, onu bir görəydim yenə,Ya qonaq gələydi bir gün evinə,Duz-çörək kəsəydi səninlə o da,Ya da öz canını onun yolundaOdlara ataydın!)Xoşbəxtəm ki, mənBelə bir insanın tutub əlindən, -Buyur gəl,- deyirəm, — söz gülşənimə,Mənim öz bağıma, öz gülşənimə!Onunsa öz qəlbi, öz dünyası var;Başında bambaşqa bir sevdası var.O da Fərhad kimi dağ uçurur, bax!Fərhad əfsanədir, xəyaldır ancaq…Xəyallar nə qədər şirin olsa da,İnsanın nəfəsi xoşdur dünyada…Bəs kimdir, nəçidir bizim qəhrəman?Söhbəti burdaca başlayaq ondan:

Ekskavator sözü yoxdur Sarvanımın öz dilində,Ancaq ona həmdəm oldu öz yurdunda, öz elində…O gündən ki, bizim Sarvan Kür üstünə ayaq basdı,Bu sehrkar maşınların dillərinə qulaq asdı,Dinlədikcə bu çarxların, dəmirlərin sərt səsini,O udduqca motorların odlu, hisli, nəfəsini,Bir az qorxdu… Bir az çaşdı… Gözlərindən yuxu qaçdı,Arabir də anıb yenə qalın "Topçu meşəsini",Yada saldı həsrət ilə maralların nərəsini.Yada düşdü nişanlısı, nazlı sular sonası da,Öz oğlunu yola salmış ağ birçəkli anası da…Ancaq geri qayıtmadı… Dedi: — Yolum irəlidir!..O duydu ki, düşündü ki, bu yüksəliş illəridir.O dedi ki: — Ellər məni gül-çiçəklə saldı yola,Mən gələndə vədə verdim, and da içdim komsomola!Bu minvalla dost oldular kiçik Sarvan, kiçik şəhər;Nəhəng-nəhəng motorların qəibindəki döyüntülər,İnsanların, maşınların iş üstündə çaxnaşması,Gecə vaxtı dəli Kürün gah qışqırıb, gah daşmasıNağıl kimi yuva saldı Sarvanımın ürəyində;İqlim-iqlim gəzməyi varHər havaya dözməyi var, insanın da, ürəyin də…Ömürlük yol yoldaşıdır, doğrudan da bizə adət,Vərdişləri övladıdır ömür adlı bu səadət…Əzəl gündən insan oğlu əkdiyini harda biçsə,Ömrü-günü alovların qucağında belə keçsə,Sərin bahar nəsimi tək udur Vətən havasını;Kim dəyişər yer üzünə öz yurdunu, yuvasını?!(Kosmopolit tənqidçilər ömrü boyu dandı məniDedi: "Əsil şairlərin nə yurdu var, nə vətəni".Dedi: "Bütün yer üzüdür sənətkarın ana yurdu,Bizim çoban şairi də saz üstündə şeri qurdu…"— Bəli, — dedim, — saz üstündə!..Lakin onun mənasını,Vətənimin, millətimin qəhrəmanlıq dünyasınıSimfonyalar lisanilə öz evimdə ötmüşəm mən,Vaşinqton salonları keçməmişdir ürəyimdən.Sizin kimi nökər olub yad ocağı qalamadım,Vətənimin vüqarı tək vüqarlıdır mənim adım…Nizaminin, Füzulinin söhbətinə qulaq asdım,Puşkinin söz rübabını öz sinəmin üstə basdım…Sarvanımın qəlbində də bu arzular dünyası var,Bizinı eldə qələm ilə külüngün bır mənası var…Bu səbəbdən o gənc ilə mən bu qədər sirdaş oldum,Sirdaş nədir, qardaş oldum! Odur… Odur…Qəhrəmanım toz içində nəfəs alır,Ekskavator boz dağlara baray çəkir, nərə salır.Bir yay kimi çatılmışdır Sarvanımın qaşqabağı,Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı…O torpağın qatlarına işlədikcə dərin-dərin,Torpaq tökür, qum dağıdır kor gözünə zülmətlərin.— Sement verin!Beton tökün!— Qaçırmayın Kürü gözdən,Bir an belə buraxmayaq cilovunu əlimizdən!Etibarsız dostlar kimi oynamasın bizimləKür, Görürsənmi? O bulanır… O hirslidir, o döyünür…Sellər, sular qudurmasın!Qurğumuzu uçurmasın!Qayaları sökün! Sökün!Sement verin! Beton tökün!Qəlbi daşdır, nədir yerin?Sementverin! Sementverin!Bahalan ehtiyatla!..Yola getməz dəmirlə daş…Tez ol, yoldaş!Çoxalt toku!Tez ol, getdi günün çoxu.Axşam olub, qaralmamışÜfüqlərin çalıq qaşı,Şaxta düşüb, qar almamış Dağı, daşı,Qayaları sökün! Sökün!Sement verin! Beton tökün!..Sellər, sular qudurmasın,Qurğumuzu uçurmasın!..Bu səs mənim Sarvanımın,Sarvanımın səsidir, bax!O nəfəsi səndən aldı, ana torpaq, ana torpaq!

;On ikinci nəğmə

"Əridəcək Sarvan dağı,İldırımdır əl-ayağı,Nə yorulur, nə dincəlir,Nə gözünə yuxu gəlir.Yaxınlaşıb gəlir qış da…Bağladığım bu yarışdaMən Sarvanı keçəm gərək!Yox, sürəyi mən yarmasam,Al bayrağı aparmasam,Kəndimizdən köçəm gərək!Açıl, açıl, qol-qanadım!Qız olsa da mənim adım,Qoy baş əysin mənə çöllər…Qoy arxamca bütün ellərAlqış desin hünərimə,Mənim zəfər günlərimə!…"Deyən Manya Kərimova,Saatları qova-qovaTarladadır ilk səhərdən.Ürəyini sıxır hərdənBu il qışın tez gəlməsi,Qozaların seyrəlməsi…Boşa çıxır bəzən əli,Bu el qızı, el gözəliÖz qəlbinin yüz səsilə,Öz eşqilə, həvəsiləGah durulur, gah bulanırAxar sular ellər kimi;Gözlərində yer dolanırAğır aylar, illər kimi.Arabir də o durulur,Qüvvət duyur biləyində.Elə bil ki, ürəyindəSaz tutulub, toy qurulur.Yayıldıqca saf nəfəsiYenə pambıq düzlərinə, -Gəlin! — deyir onun səsiKəndimizin qızlarına.Sərin-sərin əsən küləkNəğmə tutur kamança tək.Manya! Manya! Çöllərə sənYenə meydan oxuyursan!Nələr keçir ürəyindən?Bəlkə, şeir oxuyursanÖz qəlbində, qəhrəman qız?Şöhrətini ağız-ağız.Oymaq-oymaq eşıtdik biz,Dağa döndü ürəyimiz…"Əridəcək Sarvan dağı,İldırımdır əl-ayağı…"Deyir Manya düşünərək.Sinəsində çarpan ürəkQan dağıdır əllərinə.Cumur pambıq çöllərinəBu qəhrəman ellnr qızı,Yaşıl donlu çöllər qızı.Bizsə baxıb alqış deyəkBu Cəlala, bu dövrana.Öz əsrinin sürətiləAyaqlaşan hər insana.

;On üçüncü nəğmə

Gecə keçmiş, göy qaranlıq, yuxudadır qara torpaq;Mingəçevir işıqları şölə verir çıraq-çıraq.Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,Bir otaqda şirin-şirin söhbətdədir iki nəfər:"Oğul, Sarvan! Soruşursan axtardığım şeylər nədir? -Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir,

Üstünü toz-torpaq almışBu pas tutmuş qılınca bax!Neçə min il bundan qabaqAt belində qılınc çalmışSənin şanlı babaların.Öz ellərin, obalarınBu torpaqda şəhər salmış.Bu gördüyün qalaq-qalaqSümüklərə baxdıqca mən,Ürəyimdən varaq-varaqNə dastanlar keçir, bilsən!

Bu günlərin qucağında dəfn edilmiş qəhrəmanlar,Qurşaq tutub, at oynadıb, ox süzdürmüş pəhləvanlar,Bu nizələr, bu qalxanlar, bu şeypurlar soruş nədir?Zənn etmə ki, əfsanədir…Bütün bunlar babalardan bizə qalmış yadigardır,Batıb getmiş hər axşamın,Hər qaralıb sönmüş şamınÖz hüsnü var, adı vardır…Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,Ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə…Burda Pompey ordusuna sinə gərmiş bizim ellər,Yanğınların arasında nəfəs almış aylar, illər;Vətən oğlu qılınc çəkmiş qəsbkarlar dünyasına,Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.Görürsənmi? Türbəsindən baş qaldıran bu gəlin də,Öz döşünə qalxan çəkib, qılınc tutmuş sağ əlində.Amazonka dediyiniz bu qəhrəman qadın nəsliQədim Muğan çöllərində çadır qurub bahar fəsli:Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,Hər ürəyin bir alovu, hər ocağın odu varmış…Yazıqlar ki, bir nişan da, qalmamışdır ondan barı,Yer altında batıb getmiş o dövranın dastanları".Qoca alim danışdıqca od parlayır nəfəsində,Elə bil ki, mən gülür bir Loğmanın xoş səsində.Sarvan ona qulaq asır… Qulaq asır lap doyunca,Günəş doğur… Onlar çıxıb qoşa gəzir Kür boyunca…"Oğul, Sarvan! Bu gördüyün ot bitməyən boz dağlarınƏtəkləri məskənləmiş durna gözlü bulaqların;Bu dağların sinəsində neçə min il bundan qabaq,Bulud kimi qalaq-qalaqSıx meşələr öz-özünə heyran olub boy atarmış,Təbiəti yuxusundan orman səsi oyadarmış,Qoca şirlər pəncəsini yerə basıb asta-asta,Sarı xallı pələnglər də sıçrayarmış şikar üstə.Tüstü çıxıb, səs qoparmış daş hasarlı qalalardan,Sürü-sürü marallar da yol salarmış talalardan.Çiçəklərin bahar ətri Kür üstünə yayılarmış,Axşamdan tez yatan insan səhərdən tez ayılarmış…İndi düşün, oğul, Sarvan!Xəyalına gətir bir anBu boz dağlar qucağında— Ata-baba ocağındaQurduğumuz bir dənizi…Oğlum! Elm deyirbunu:Neçə yüz il keçəcəkdir,Bu dənizin saf suyunuBu boz dağlar içəcəkdir…Torpağın can yanğılarıSoynduqca zaman-zaman,Yaşıl donlu neçə ormanSalamlayıb ilk baharı,Sarmaşacaq boz dağlara…"Sarvanımın fikri bu dəmUçub gedir uzaqlara…Gözlərindən bir xoş aləmGəlib keçir varaq-varaqÇinarlar baş qaldıraraq,Sərvlər göz vurur göyə.Bölük-bölük sıx meşələrƏtəyində bənövşələrƏtir yayır səhərlərə,Kür üstdəki şəhərlərə.Sarvanımın rəngi gülürİlk baharın laləsi tək;Gözlərindən nur tökülürQucaq-qucaq, ətək-ətək…Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,Qoca alim saxsı yığıb yer altında tarix yazır…"Oğul, Sarvan! Dərinə get, heç çəkinmə, qorxma məndən,Yol aç, oğlum, yol aç elmin, düşüncənin gözünə sən;Keçir məni yer altına iyirminci təbəqədən,Yuxarıdan işıq da sal! İşıq da sal günəş kimi,Babaların taleyi tək qaranlıqdır yerin dibi…"Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq,Qoca alim yer altından ayrılmayır hələ, ancaq.Gah tər basır vücudunu, gah büdrəyir, gah yıxılır,Yer darısqal, hava tozlu, nəfəs durur, can sıxılır.Alim yenə qucaq-qucaq yığır qədim saxsıları,Yer altdaki hər kərpicin üstündəki yazıları.O qabların-qacaqların rəngi hələ solmamışdır.Arçan ağac daşa dönmüş, fəqət torpaq olmamışdır…Çovğun vurur, qum sovrulur, külək əsir,Neçin bizim qoca alım çox tələsir?Sarvan Kürü döndərməmiş, su basmamış bu yerləri,Can atır ki, tamamlanın başladığı bir əsəri,Bizsə baxıb, alqış deyək bu Cəlala, bu dövrana,Öz əsrinin sürətilə ayaqlaşan hər insana.Bir-birini qova-qova gəlib keçir aylar, illər,Şoranlıqda bağ salınır, bataqlıqda qızılgüllər.Bir tərəfdə insan əli daş daşıyır, saray qurur,Bir tərəfdə qoca memar divarlara naxış vurur,Lal çölləri yuxusundan dik qaldırır zavod səsi…Üzə gülür, ürək açır küçələrin səliqəsi;Kür üstünün hər axşamı günəşli bir səhər olur;Gözümüzün qabağında Mingəçevir şəhər olur…

;On dördüncü nəğmə

;QƏHRƏMANIN ZƏFƏRİ

Mədəniyyət sarayının geniş səhnəsiGül-çiçəklə bəzənmişdir, buyurun, baxın!Dil açmışdır orkestrin ahəngdar səsi.Böyük-kiçik, dalğa-dalğa hey axın-axınGəlib keçir qapılardan sellər gücilə,Ellər gətir, doğrudan da, ellər gücilə…Salon boyük, gələnlərin sayısa min-min,Divar boyu ayaq üstdə duranlar da var;Bayırdadır gecikənlər, geri qalanlar…Qocaların, cavanların, südəmərlərinÜz-gözündən səhər kimi nurlar tökülür.Elə bil ki, səma gülür, torpaq da gülürSeyr etdiyim bu təntənə, bu təmtəraqla.Hava qızır insanların tünd nəfəsindən,Qızlar açır başındakı ağ örpəyini,Gəlinlər də əlindəki üz yelpiyini,Salon gülür gözlərdəki min bir maraqla.Alqışların, şüarların odlu səsindənZağ-zağ əsir aynabəndlər, gen pəncərələr,Xışıldayır dəniz kimi sıx-sıx cərgələr.Divarlarda ad çıxarmış qəhrəmanlarınQatar-qatar əksi durur, bax! iftixarla!Döşlərində neçə orden vardır onların!Gah Suvorov, gah Kutuzov baxır vüqarla…Gah da düşür Leninqrad göyləri yada –Hüseynbala şahin kimi süzür havada…Yanğınlarda nəfəs alır göylə yer altı.Bayraq alıb hücum çəkir "416…"Cavanşirin surəti də baxır divardan,Zəfər çalır, qalib çıxır vuruşmalardan…Yavaş-yavaş pərdə qalxır, səhnə görünür,Oturmuşdur Sarvan ilə Manya yanaşı, -Bizim zəhmət dünyasının iki yoldaşı…(Nə Manyanın uzun saçı yerlə sürünür,Nə də Sarvan eşqə düşüb çöllər dolanır,Nə də süzüb yaşılbaşlar göllər dolanır.)Zəng çalınır, hamı susur, üzlərdə diqqət!..Qoca fəhlə iki sözlə iclası açır,İri gözlü projektorlar hey işıq saçır…(Bu sözlərdə nə şeir var, nə də ki, hikmət!)Fotoqraflar "hücum çəkir" dörd bir tərəfdən,Bu dostların "hücumunu" çox görmüşəm mən…Bu haşiyəm qoy hələlik qalsın bir yana.Sədr baxır gah Manyaya, gah da Sarvana,Sonra birdon qaşlarını sıx-sıx çataraq,Deyir: — Sarvan öz vaxtında bir ay da qabaq…Gur alqışlar kəsir sədrin sözünü bu an,Kür boyuna lərzə düşür sən dalğasından…Alqış deyir qəhrəmana odlu ürəklər,Bütün salon ehtiramla qalxır ayağa;Sarvanımın ürəyisə, dönür bir dağa…Gözlərində yuva salır gözəl diləklər.Manyanın da ürəyində bir günəş yanır,Onun da can otağında səhər oyanır…Bizim günlər belə keçir. İş ilə hünərŞöhrət olur bu torpağın hər övladına;Alqışlayır, salamlayır onu ürəklər,Vətən mülkü heykəl qoyur onun adına.İnsan ömrü yaşa dolub, keçdikcə illər,Hörmət ilə yad eləyir bizi nəsillər.Nə Otello, nə Faustdur bizim, qəhrəman,Nə də tərki-vətən olmuş Harolda bənzər.Nə Peçorin, nə Məcnundur bizim bu insan,Nə də xəyal dünyasında səadət gəzər.Öz əlilə o yaratdı səadətini –Gözəl ömrün, gözəl eşqin hər nemətini.

O kimdir? Kürsüyə gəlir vüqarla,Nə qədər sevinir, nə qədər şəndir.Elə bil, gün doğub gəlir baharla,Hüsnünün şöləsi çəmən-çəməndir.Yox, yox! Nə günəşdir, nə də ki, çəmən,Manyadır, Manyadır o gözəl pəri.Onu tarlalarda çoxmu görmüsən?Ayazda, şaxtada donan əlləriNə boya görmüşdü, nə də bir əlcək…O indi qonaqdır Mingəçevirdə,Danışır kürsüyə sirin gərərək.Siz onu seyr edin, seyr edin bir də:"Yoldaşlar!Yarışdıq Sarvan ilə mən.Sizin yanınızda şərt bağladıq biz;Boyun qaçırmadıq öz vədimizdən,İşdə yorulmadı ürəklərimiz.Sarvan tez əritdi yıxdığı dağı,Çünki ildırımmış əli, ayağı…Mən də çox əlləşdim, çarpışdım, ancaqŞadam, sevinirəm ürəkdən buna,Eşq olsun vətənin igid oğluna!"Manya bu sözləri dediyi zamanŞəfəqlər tökülür qaşqabağından,Onun üzü, gözü gülürdü bu dəm,Gülürdü qəlbində, doğrudan, aləm.(Ah, müqəddəs qadın, müqəddəs ana!)O sonra bayrağı verdi Sarvana.Dostlar əl tutuşub gülümsədilər:Sevindi yazdığım bu kiçik əsər.Qışqırdı salonun sıx izdihamı:"Qız deyil, pələngdir", — söylədi hamı…O axşam ağzını açmadı Sarvan,Bütün iclas boyu o heç dinmədi.Manyanın üzünə basdığı zaman,Çaldığı zəfərlə çox sevinmədi…Qartal öz gücünü duyar yuvada,Uçub cövlan elər sonra havada.Yarar tufanları düşdükcə dara,Qıy vurub şığıyar ağ buludlara,Uçar, o uçduqca üfüq boyunca,Hökmünü göstərib göyə doyunca…Hünərlə qovuşar can sirdaşına…Lakin enən zaman qaya başına,Nə qanad şaqqıldar, nə də qıy vurar,Büküb öz boynunu sakitcə durar…Pələng nərə çəkər hücumdan qabaq,Bir an da bir yerdə dayanmayaraq…Dağlar dilə gələr onun səsindən,Ağaclar titrəyər hər nərəsindən…Ancaq, şikarını aldımı pələng,Hayqırmaz bir daha nərə çəkərək;Hay vurub, qıy vurub qışqırmaz yenə,Sakitcə baş qoyar öz pəncəsinə…Oxucum, bu surət sizə bəllidir,Onun ilk avtoru Sarıvəllidir.Dağlara rast gələn axar sular daQəzəblə qışqırar hər ilk baharda.Boz üzlü daşlarla pəncələşərək,O hər dalğasını vurar pəncə tək;Köksünü dağlara hey döyə-döyə,Sinəsi üstündə qaldırar göyəAğır qayaları… daşları dələr,Özünə yol açıb səhraya gələr,Dərib nəfəsini sonra dinc axar…Xilqətin nə gözəl bir mənası var!De, hansı qəhrəman, hansı komandanŞir kimi cəbhələr yardığı zamanQəşş edib ayağı yerdən üzüldü?Arxada qalanın üstünə güldü?Hansı qızıl əsgər zəfər günündəOz döşünə döyüb ellər önündə,Başını dik tutub bir "mənəm" dedi,Odlara düşsəm də, ölmərəm, dedi?Əsrlər boyunca ərlər, ərənlər,İşıqlı günlərə yol göstərənlər,Aləmə idrakla salam verənlər,Hünər dünyasından doymadı, getdi…Hər zaman, hər yerdə "mənəm" deyənlər,Dostun ağ günündə qara geyənlər,Qəlbini qurd kimi söküb yeyənlərDaş üstə bir daş da qoymadı, getdi!Kimin ki, ürəyi eldən üzüldü,Bəxtinə nə Günəş, nə də Ay güldü,Özü xəzəl olub vaxtsız toküldü,Ömrün baharını duymadı, getdi…Yeridir, bir məsəl desəm yadigar,Deməsəm ürəyim sıxılacaqdır:Birinci addımda lovğalananlarİkinci addımda yıxılacaqdır!..İndi bil, oxucum, düşün ki, SarvanO günkü iclasda niyə dinmədi,Düşün ki, nə üçün bizim qəhrəmanÇaldığı zəfərə çox sevinmədi…

;On beşinci nəğmə

;QƏHRƏMANIN ARZULARI

Deyirlər ki, şirin yuxu gözəl nemətdir,Ağır keçən yuxularda ürək dincəlir;Hər sabaha bir müqəddəs arzuyla gəlir…Bu vərdiş də insan üçün bir səadətdir!Axşam! Axşam! Bu qaraqaş, qaragöz pəriLay-lay çalıb, qucağında yatırdir bizi;Ulduz-ulduz alışdıqca onun gözləri,Məşəl tutub, seyrə çıxır ürəyimizi.Gecə bütün kainatı bağrına basır,Xəyala da o qərq olur bir insan kimi;Daşların da nəfəsinə o qulaq asır,Açıqürək, qaraqabaq bir Loğman kimi…Gecə boylu bir qadındır… ağrı çəkərək,Xoşüzlü bir uşaq kimi doğur səhəri…Bu ananın sevincidir göydəki rəng-rəngSevdiyimiz al günəşin ilk şəfəqləri…Şairanə bir gecədir Kür qırağında,Ağ ulduzlar çiçək-çiçək, göy üzü çəmən…Təbiətin bu mənalı, gözəl çağındaYainıarınşıq, düşünürük Sarvan ilə mən.Uzanmamış qəhrəmanım hələ yataqda,Şar kimi min zövq alır Kürün səsindən.Ayaq üstdə fikirləşir, gəzir otaqda…Mənsə ona göz qoyuram pəncərəsindən.Bəzən onun kaman kimi çatılır qaşı,Bəzən də bir gülüş gəzir dodaqlarında;Gəlir gözü qarşısına ürək sirdaşı:Dağ laləsi açılmışdır yanaqlarında…OdurlOdur! Kənd yerində açılır səhər…İndi bulaq başındadır onun dildarı:Ürəyindən nələr keçir o qızın, nələr!Həsrət ilə salamlayır uzaq yolları…Elə bu dəm xəyalında uçur qəhrəman,Qartal kimi gəlib qonur bulaq başına;Nur tökülür bu vaxt qızın baxışlarından,Səhəngini söykəyərək bulaq daşına,Gülər üzlə qarşılayır gələn qonağı;Sevgililər həsrət ilə qucaqlaşırlar.Bir od kimi yanır qızın bir cüt yanağı;Təpə üstdən yavaş-yavaş kəndə aşırlar…Nə xoşbəxtdir bu aləmdə sevən ürəklər!Məhəbbətin meyvəsidir müqəddəs insan!Saf analar, saf əməllər, təmiz diləklərYaranmışdır məhəbbətin ilk mənasından…Oğlum oğlum! Kimə yoldaş olsan əzəldən,Omrün boyu eşqə can ver, yaşa vüqarla.Öz oğlunun, öz qızının sifətinə sənŞərəfli bir ata kimi bax iftixarla!Sən de, qızım, gözəl balam, sevsən ürəkləYaman gündə ayrı düşmə öz peymanından!..Ömrün boyu yaşasan da yavan çörəklə,Başqasının şöhrətini düşünmə bir an!..Gecə keçmiş, Sarvan yenə düşünür yalqız;Əlindəki məktubunu oxuyur bir də:"Gözlə məni, gözlə məni, ey vəfalı qız!İlk işıqlar yanan zaman MingəçevirdəSən də bizim bn şəhərə gəlin gələrsən!Əllərimlə yaratdığım, tikib qurduğum.Keşiyində əsgər kimi ayıq durduğumBu şəhərdə səadatlə deyib gülərsən.Elektrik qatapaların şöləsi rəng-rəngYayıldıqca bizim geniş, yaşıl eyvana,Aylar, illər səadətlə gəlib keçəcək,Mən bir ata olacağam, sən də bir ana!Üçotaqlı bir evim var Kür kənarında,Sarmaşıqlar boy atmışdır eyvana sarı.Axar Kürün silsiləli dalğalarındaMin rəng alıb, min rəng verir yer ulduzları…Yerin məlum!.. Bilsən necə, necə yaraşarGəzişinə, duruşuna bizim bu şəhər.Lap yadımdan çıxmışdı ki, necə deyərlər,Hər intizar acısının bir şirnisi var…"Gecə keçmiş, Sarvan yenə düşünür yalqız:"Gözlə məni, gözlə məni, ey vəfalı qız!"Sarvanımın bir arzusu şirin olsa da,Birdən fikri uçub gedir lap uzaqlara…Hər xəyalın min oylağı vardır dünyada,İqlim-iqlim seyrə çıxar dağ yara-yara…İnsan fikri səyyar olar, bir yerdə durmaz.Yer oğlunun ziynəlidir, məncə, bu nemət.Tısbağalar şahin kimi çolpa uçurmaz;Öküzlərdə nə qanad var, nə də ki, sürət!..Hara keçir ürəyindən, Sarvanın, hara?O yerləri görmüşdümü barı bir dəfə?Xeyr, xeyr, getməmişdir o uzaqlara,Heç yolu da düşməmişdir şimal tərəfə…Ürəyindən keçən yeri kinolarda görmüş, ancaqİndi fikri şimşək kimi yarıb keçir göy havanı;Qızıl Meydan üstündəki insanlara qarışaraq,O müqəddəs bir ürəklə salamlayır Moskvanı…O, əvvəlcə ürəyində, vicdanında "Lenin" deyə,Papağını başdan alıb daxil olur Mavzoleyə…Addım-addim, asta-asta o türbəyə ayaq basır;Ziyarətə gələnlərin ağzı qıfıl, dili laldir,Bu sükntun mənasına öz qəlbində qulaq asır…Ürəklərdən-ürəklərə keçən hansı həsbi-haldır?Aynabəndli bir tabutun qabağında o dayanır,Milyonların ürəyi tək, o da yanır, o da yanır…Lenin yumub gözlərini, elə bil ki, yuxu yatır…Sarvan baxır, gözü dolur, qaşlarını sıx-sıx çatır,Min sizıltı gəlib keçir ürəyindən onun bu an…Qucaqlayıb öpüm, deyir, qoy Leninin ağ alnından.Baxır… baxır… O, Leninin sifətinə, baxır yenəDöşündəki bir ordenə, bir də kiçik əllərinə.Qoca dünya! Qoca dünya! Sən Lenini bir də tanı!Bu allərlə o yazmışdır kommunizmin dastanını!Bu əllərlə bizim Lenin zülm evinə balta vurdu,Bu əllərlə bizim Lenin yetimlərə yuva qurdu…Bu əllərlə o uçurdu qəsbkarlar dünyasını;Azadlığın, qurtuluşun, qardaşlığın mənasınıBu əllərdə o gəzdirdi məşəl kimi diyar-diyarDünya böyük, Lenininsə hər ürəkdə bir evi var. …Gələcəyə yol göstərən bu əllərlə salamladı;İnsanlığa ziynət oldu bu aləmdə Lenin adı!Aylar, illər gəlib keçir öz ömrünü saya-saya,Bir türbəyə sığan Lenin siğışmayır bir dünyaya…Sarvan çıxır Mavzoleydon, rəngi saralmış;Bulud kimi tutulmuşdur qara gözləri…Moskvanın axşamıdır, hava qaralmış,Hələ Sarvan doymamışdır, gəzir şəhəri…Saatları xəbər verir Kremlin zəng səsi;Şəhər üstə qanad gərir bir yaz axşamı.Qədim-qədim kilsələrin xaçlı qülləsiVaraqlayir kitab kimi keçmiş əyyamı.Sarvan hara baxır indi? — Yanır vüqarla,Yanır Kremlin beşbucaqlı yaqut ulduzu.Gör nə qədər ucalmışdır o iftixarla,Ucalmasaq bizi görməz bütün yer üzü…Sarvan baxır ulduzlara, baxır hörmətlə;Elə bil ki, ürəyində səhər oyanır,Uçur fikri, kainatı gəzir sürətlə,Gözlərində bütün cahan nura boyanır…… Rəssam gərək bu səhnəni yazıb-yarada!Xəyalatdan ayrılmışdır Sarvanım, bu dəmOnun xoşbəxt ürəyində saz tutur aləm…Sarvan, Sarvan, çoxmu qalır, söylə, sabaha?Uzan, qardaş, yuxuya gəl, bır azca dincəl!Mən də bu gün çox yazmışam, yorğunam, daha:Sən yenə də oyanaraq quşlardan əvvəl,Tunc sinəni verməlisən bizim Bozdağa.Mən də, qardaş, sənin kimi dağ aşmalıyam,Sabah sənin əlindəki qızıl bayrağaAyrıca bir fəsil açıb söz qoşmalıyam…Artıq, gecən xeyrə qalsın, bir az dincələk,Sabaha da bu gün kimi zəfərlə gələk!

;On altıncı nəğmə

;QƏHRƏMANIN BAVRAĞI

Bn dünyada bayraqların hədsizdir sayı,Yer üzünün xəritosi gör tıeçə rangdir!?Yüz xətt bölür hər ümmanı, hər kiçik çayı;İranın da bayrağı var, rəmzi "pələngdir"…

O, qulların, zəiflərin üstünə hər anQızıb coşar, hücum çəkir "şiri-nər" kimi;Mərd oğullar dilə gəlib, qızanda meydanŞahın şiri quyruq qısar tülkülər kimi…Eh, onunla nə işim var, cəhənnəmə ki!İran, Turan, nə olsa da, yad torpağıdır.Söz açdığım, Sarvanımın əllərindəkiVətənimin, dövlətimin al bayrağıdır.Bu gün tez açıldı səhər vaxtından;Üfüqlər donunu geydi qırmızı.Günəş — təbiətin xeyirxah qızıYerlərə düşmədi kəhər atından –Gah düzə səyirtdi, gah dağa çıxdı;Naxırlar, sürülər yaylağa çıxdı.Meşələr səslənib, çöllər sevindi;Lalələr açıldı Muğanda, Mildə.Ötən qumruların rübabı dindi;Sular şərbət oldu ağızda, dildə.Ağaclar suyunu içdi yağışdan;Doyunca islandı göy biçənəklər.Quşlar yaxasını qurtardı qışdan;Uçuşdu arılar, ağ kəpənəklər.Gül açdı, ot bitdi qaya döşündə;Baharın eşqilə göyərdi qumlar.Dünya yerindədir, insan işində;Buğlandı səhralar, qaraldı şumlar…Çıxdı traktorlar Muğan düzünə,İnsanı "gəl!" — deyə torpaq səslədi.Kolxozçu baxdıqca yerin üzünə,Hər kiçik sünbülə ümid bəslədi…Qocalar dən səpdi xeyirxah əllə,Dedilər: bərəkət çox olar şəksiz.Ürək qan dağıdar cana əməllə.Yer susuz yaşamaz, insan çörəksiz…Qızlar, gəlinlər də çiynində kətmən,Deyib gülə-gülə dağıldı çölə.Elə bil, axışıb sonalar göydənUçub bölük-bölük töküldü gölə…Duydu nəfəsini yer insanların;El axıb düzlərə, çöllərə gəldi.Şairi olduğum qəhrəmanlarınŞöhrəti aylara, illərə gəldi.Bəs bu iş zamanı, bu səhər çağıBizim Sarvanımız, deyin, hardadır?Yaninda keçici qızıl bayrağı,Yenə öz yerində, boz dağlardadır.Bir təpə üstündə sancmışdır onu;Meh əsir, astaca yellənir bayraq,Yer bilir Sarvanın kim olduğunu;Elə bil, dil açıb danışır torpaq.Ekskavator açır nəhəng ağzını;Dağlara səs düşür səsindən yenə.Yer sevir, yer sevir hər saf arzunun;Yol verir qəlbinin dərinliyinə…"Təslim ol, dəli Kür, inadı burax!İndi sürməyirəm yerimi xışla;Min illik yuxudan oyanır torpaq…Bu insan eşqini sən də alqışla!" -Dedikcə Sarvanın coşur ürəyi,Önündə diz çökür boz qaya, Bozdağ;Bayrağı yelləyir səhər küləyi;Kürün ürəyisə titrəyir zağ-zağ.Sarvanın alnından sel axır, bir sel,İslanıb su olur əynində köynək.Qəlbi qanadlanır, açılır tel-tel,Yanan gözlərində rəqs edir şimşək.

İradə! İradə yaşadır bizi,Onun nəfəsidir dağları yaran…Odur məşəl tutan ürəyimizi,Gələcək günlərə salam aparan…

Odur öz qüvvəti, öz qüdrətiləYalçın qayaları mum tək əridən;İnsan xəyalının şeriyyətiləSuları başqa bir səmtə yeridən…

Yüz min sətirdən çox söz sənətiniİradə əlilə yazdı Nizami…Onunla göstərdi öz sənətiniBöyük dahilərin hər bir kəlamı.

Onsuz hünər evi gülşad olmazdı;Gülüb sevinməzdi nə göy, nə də yer.Firdovsi otuz il "Şahnamə" yazdı;Bir də "İlliada"nı yaratdı Homer.

Marks da öz sonsuz iradəsiləYazdı "Kapital"ı fikrə nur saçdı;O, fəhlə sinfinin həyat səsiləBir yeni aləmə qapılar açdı.

Lenin — o möhtəşəm dağlar qartalıUçuşda yorulub durmadı bir an;Günəşli-gündüzlü bir istiqbalıQurtardı quzğunun caynaqlarından…

Bu dünya belədir, dərs olsun bizə,Səbir ilə yaranar hər böyük zəfər…Barı yüz addımlıq bir mənzil isəBaşa vurmamışdır iradəsizlər…

Az qalır, az qalır işin ömrünə;Kür öz məcrasını dəyişəcəkdir…El axıb, el gəlir bu böyük günə,Sən elə bilmə ki, Sarvanın təkdir.

Qoy Sarvan işləsin, dağın üstdəkiQızıl bayrağı da yelləsin külək.Bizsə o bayraqla bir səyyah təkiBir az yer üzünü gəzib seyr edək.

Xəzər dənizindən başlayaq sözü:Dəniz buruqları qatar-qatardır.Burda olmasa da Sarvanın özü,Hər buruq üstündə bayrağı vardır…

May bayramı, Bakı böyük; parad keçir, bax,Şəhər axır qoşun-qoşun sıx dalğalarla;Sarvanımın əlindəki o qızıl bayraqBayram günü yüz-yüz olub keçir qatarla.

İndi fikrim Ural üstdə gəzdirir məni:Neçə yerdə sancılmışdır bu qızıl bayraq.Üzə çıxır yer altının qızıl mədəni.Bir bəxtiyar ana kimi sevinir torpaq.

Yerə girib göz qoyuram şaxtalara mən;İnsan oğlu yer altda da uçurur dağı.Məşəl ilə yol açıram yüz təbəqədən,Yer altda da seyr edirəm bu al bayrağı.

Uzaq toplar dilə gəlib dinəndə ruzgar,Mərd oğullar bu bayraqla qalxdı ayağa.Ömrü boyu tanrı deyən dindar qocalarBaxıb xeyir-dua verdi bu al bayrağa.

Reyxstaqı seyr elədiın iki il qabaq,Meyit kimi tökülmüşdü qaşı-qabağı…Onun üstdə dalğalanıb, Avropaya, bax,Salam verdi vətənimin bu al bayrağı…

Niyə düşmən xofa düşüb rəngi saraldı?Niyə çatdı qaşlarını iblis sayağı?Çünki dünən Çin ordusu Nankini aldı;Qırmızıdır bu ordunun zəfər bayrağı!

Jan Alezar saralmadı, ölümdən əvvəl: -Kommunizmin əsgəriyəm, — dedi, — qardaşlar!Mən ölsəm də, ölməyəcək sevdiyim əməl,Yaşadacaq yer üzündə bizi, yoldaşlar!

Bir il qabaq bir faciə eşitmişəm, ah!..Bir qəhrəman fədaidən söhbət açım mən.O bilmiş ki, asacaqlar onu da sabah,Bir al bayraq istəmişdir rəfiqəsindən…

Bu bayraqla o gəlmişdir dar ayağına;Cəlladlara baş əyməmiş o iftixarla.Kommunizmin bu müqəddəs al bayrağınaÖlüm vaxtı dönə-dönə baxmış vüqarla…

Bütün bunlar Sarvanımın gözündən keçir,Vüqarından sinəsinə sığmayir ürək.Boz dağlara, qayalara yeni don biçir,Bayrağımın şöhrətilə o fəxr edərək!

Külək əsir, təpə üstdə yellənir bayraq;Sarvanınsa tunc əlləri hələ işdədir.Qoca Kürün qabağında dağ otur torpaq;Yer də, göy də hər zamankı bir gərdişdədir…

Artıq, əl ver, vidalaşaq, ey qəhrəmanım!Öz yerində, Öz işində qoyuram səni.Aylar ötür, yarımçıqdır hələ dastanım,Səhraların sabahı da gözləyir məni.

;On yeddinci nəğmə

;MUĞANIN SABAHI

Tarixlər şahidi Mingəçevirdə,Bozdağın döşündə, quru bir yerdəDayanmış ağ saçlı mühəndisə bax!Ayağı altında od tutur torpaq…Nə bir kölgəlik var, nə də bir ağac,Təngnəfəs olub yanır yal-yamac…Osa qaşlarını sıx-sıx çataraq,Baxır səhralara, baxır diqqətlə…O neçin bu qədor xəyala dalır?Nədən şair kimi o ilham alır?Hara qanadlanır fikri sürətlə?Baxır səhralara, baxır diqqətlə!

Qardaş! Üzündəki təbəssüm nədir?Nedir qəlbindəki o döyüntülər?Nədir alnındakı o aydın səhər?Gələcək günlərə bəlkə müjdədir?Söylə, üzündəki təbəssüm nədir?

Görürəm: qabarmış sinon vüqarlaGözündə nur kimi roqs edir hünər.Qardaş! Yaşadığın saf arzularlaYarandı yazdığım bu kiçik əsər.

De, yayın istisi alov tökdükcəNeçin şimşək olub bir dərt çaxırsan?Motorlar Bozdağı yarıb sökdükcəToz-duman içindən hara baxırsan?

Bir yeni aləmmi keçir gözündən?Qonaqmı çağırır səni istiqbal?O nə əfsanədir, nə də ki, xəyal…Gələcək günlərə boylandıqca sən,Bir yeni aləmmi keçir gözündən?

Yox, yox, uzaq deyil bizdən o aləm,Ovcumda tutmuşam onun əlini.Qoy sənin adından danışsın qələmVətən torpağının gəlhagəlini.

;YENİ ŞƏHƏR

Bozdağın qoynunda bir dəniz vardır;Çinarlar sahildə qatar-qatardır.Həmdəmim ləpələr, göy dalğalardır;Uçur qayıqların ipək yelkəni,Elə bil, Göy göldə gəzdirir məni.

Burda nəfəs alır böyük bir şəhər,Şəhər, sığmayır geniş küçələr…Hər evin surəti canlı bir əsər,Var olsun, deyirəm hər memar əli,Var olsun insanın eşqi, əməli!

Aynabənd evlərin eyvanı sərin,Yuyunur qoynunda al şıfəqlərimHər batan axşamın, doğan səhərinHüsnü salamlayır pəncərələri!Günlər baş götürüb gedir irəli…

Ətrindən məst olur yüz bağça, yüz bağ,Açır piyalə tək ağzını zanbaq…İnsan əllərini duyduqca torpaq,Göz açır xəstə tək gülümsəyərək,Yerin sinəsində çarpır min ürək…

Gecələr car çəkir göyə zavodlar,Qalxır bağçalardan alovlar, odlar…Yerin varlığında bir yanğınmı var?Yox, yox, səhv elədim, ürəkdir yanan…Ürəkdir əməli ərşə dayanan… Mənim romantikam!Sən də qanadlan!Yan, yan, bu gördüyün məşəllər kimi!Sən də o daş qıran, saraylar quran,Polad sinəsilə dağlar uçuran,Ekskavator tutan o əllər kimiSən də hər şaxtaya, soyuğa qatlan,Mənim romantikam, sən də qanadlan!Odur, cərgə-cərgə sahil boyuncaAlışan çıraqlar bizə nə deyir?Yerin cəlalını seyr et doyunca,Yollara işıq sal… İşıqdır şeir…İşıqdır zülməti əridən qüdrət;İliç lampaları nə gözəl yanır!Səhralar al-olvan rəngə boyanır…Toy libası geyən ana təbiətİnsanın üzünə gülür hörmətlə…Açır qucağını min məhəbbətləHər addım başında bir yeni nemət…Bir nübar yetirir ana təbiət.

;On səkkizinci nəğmə

BAKI-MİNGƏÇEVİR— Allo! Mingəçevir!!Bakıyam! Mənəm!Bir az işıq göndər!— Verə bilmərəm!..Şirvan, Gəncəbasar, Qarabağ,Muğan-Məndən işıq alır bütün gündoğan.Məndən işıq alır min kənd, min şəhər,Gündə yüz zəng olur: göndərhagöndər!Hələ zavodların qalsın bir yana,Şəkiyə, Şirvana, Milə, MuğanaQatarlar işıqla salınır yola;Dağlar dilə gəlir: — Uğurlar ola!Bir də, mən işiqla əkib-biçirəmSünbülü süzülən bu zəmiləri…İşıqla zülməti yarıb keçirəmAçmamış Muğanın, Milin səhəri.İşıqla çöllərə su göndərirəm,Susuz səhralara can gəlsin deyə.İşıqla düzlərdə pambıq dərirəm,İnsanın ətləri dincəlsin deyə…Elə ki, quraqlıq od çaxır, gəlir.Özüm yağış olub göydən yağıram.Hər axşam qapıma min naxır gəlir.İşıqla at tutub, inək sağıram.İşıqla axıdıb yerin altına,Yuyub şoranları yonca əkirəm.Baş vurub torpağın yeddi qatına,Qayalar dağıdıb, yollar çəkirəm.İşıqla açılır gecəm, gündüzüm,İşıq sürətilə qurar əllərim?İşıqla oyanır hər dağım, düzüm,Aranlı, yaylaqlı ağır ellərim.— Yaxşı, lovğalanma, bildik, gücün var!Bizə minnət qoyma, borcunu qaytar!— Nə borcdur? Ha vaxtdan? -Bəs on il qabaq!..Döşündə sarı gil, dizində batlaq,Əlində bir hisli, bir qırıq fanar,Kor kimi dolaşıb hey diyar-diyar,Zülmətlər içində göz döydükcə sən,Gecənin qoynuna nur saçmadımmı?O vaxt anan kimi tutub əlindən,Bağli tilsimləri mən açmadımmı?Yadmdan çıxdımı o uğurlu gün?Qolrından yapışdı dövlətim, vanm…O vaxt küçələrim, meydançalarımİşıqdan kasadtıq çokdi soninçün…Şirvan dağlarının üstdən aşaraq,Bakıdan Xaldana qatarlaşaraq,Gedən dirəkləri, dəmir telləri,İşıq xətlərini mən qurmadımmı?Günlərə, aylara qatıb illəri,Bozdağı əridib uçurmadımmı?Bakı bu sözləri dedi vüqarla,Daha səs gəlmədi Mingəçevirdən;Axıb Xəzər kimi göy dalğalarla,İşıq karvanları göründü birdən…

;On doqquzuncu nəğmə

;MUĞAN MEŞƏLƏRİ

Gün keçir, ay keçir, dolanır illər,İnsan yaşa dolur, dünya qocalır.Dəyişir hüsnünü aylar, fəsillər;Keçən gün uzaqda qaralıb qalır…Yüz illik bir palıd uçur kökündən,Şitillər yayılıb bir orman olur,Biz ayrı düşdükcə dünənki gündən,Varaqlar qopduqca insan ömründən,Sətirlər yığışıb bir dastan olur;Şitillər yayılıb bir orman olur.

Dəyişir hər yerin axar-baxarı,Sular da dəyişir öz məcrasını.İnsanın hünəri, eşqi, vüqarı,Öz eli, öz hüsnü, öz ixtiyarıDəyişir dünyanın ilk mənasını!Yastığa baş qoyub yatırsan axşam,Səhərsə yanında yeni bir nəfəs…Gözündə min arzu, qəlbində min kamSəni arxasınca aparır ilham –Sonsuz bir məhəbbət, sonsuz bir həvəs,İdraka sığmayan sonsuz bir dilək,Mən, yenə var olsun, deyirəm, ürək!Görürsən, yüz illik torpaqlı bir damAynabənd bir saray olur bir ayda…Baxır, gözlərinə inanmır adam,Şəfəqlər sayrışır o evdə müdam,Ona həsəd çəkir ulduz da, ay da…

(Məqsədim fəlsəfə deyildir, dostlar!Nə yazsam, görürəm öz gözüm ilə.Məndən də bu üslub qalsın yadigar –Mənim də öz dilim, öz lisanım var.Deyirəm öz sazım, öz sözüm ilə,Nə yazsam, görürəm öz gözüm ilə.)

Budur, bax, Muğandan keçirəm yenə,İndi olmasa da ötən gəncliyim,Yataqda keçməyir qulaq dincliyim:Əlimdə bir əsa, gözümdə çeşmək,Loğman tək gəzirəm vətən mülkünü.

Yüz illər keçsə də unutmaz ürəkVətənin ilkini, andın ilkini…De, hanı, de, hanı otuz il qabaqGördüyüm Muğanın boz şoranları?Gəzirəm, gəzirəm alqışlayaraq,Muğanı yenidən yaradanları!

Sayım gördüyümü bir-bir, qulaq as.Aç şair sözünün düyünlərini…Sən də ana kimi öz bağrına basMuğan torpağının ağ günlərini:

Muğanda sayrışır bağlar-bağatlar,Oynaşır ilxılar, kişnəşir atlar.Axır qoşun-qoşun ellər-elatlar,Hər addım başında bir kənd, bir şəhər.

Axır dəniz kimi yaşıl zəmilər,Gül gülü çağırır, sünbül sünbülü.O bir vaxt gördüyüm beli bükülü,Yerliyi darısqal, içi bürkülü

O qamış komalar bəs indi hanı?Aynabənd evlərin yaşıl eyvanıCənub göyləri tək üzə güldükcə,Muğan səhrasına dan söküldükcə,

Evlərin üzündün nur töküldükcə,Geniş pəncərələr açılır tay-tay.Qınına qoymuşdur qılıncını yay…Açmış çadırını boylu çinarlar,

Əyir budağını gülöyşə narlar.Hər təmiz süfrədə neçə nemət var,Xonçalar bəzənir rəngbərəng şamla.Evlər ordu kimi durur nizamla,

Qızlar susəpənlə küçə suvarır,Sərvlər baş əyib xəyala varır…Göymü aşiq olub yerə yalvarır?Yermi göyə gülür bu ehtişamla?

Baş əyib keçirəm bir ehtiramlaBurda rast gəldiyim insanlara mən.Torpağın istisi keçir qəlbimdən…Bir al bayraq kimi ucalır vətən;

Ucalır başımın üstdə vüqarla…Baxıram yollara mən iftixarla:Çöllərə məxmər tək döşənmiş yonca,

Kürün məməsini sorur doyunca;Solmayır o aylar, illər boyunca;Həşyəsi yamyaşıl bir xalı kimi….Bir saf məhəbbətin vüsalı kimi,

Nə xoşbəxt açılır Muğanda sabah!Nizami görmədi bu günləri, ah!..Tapmadı qəlbinə bir istinadgah,Getdi, ürəyində vətən möhnəti…

Uzundur Muğanın sözü, söhbəti,Ondan ayrılmayaq, ömür yarıdır…İndisə qəlbimi çəkib aparan,Yorğun ayağımı yerdən qoparan

Muğan səhrasının ormanlarıdır:Sərvlər görürəm ehramlar kimi…Yaz günü, xoş mehli axşamlar kimi,Xoşdur ağacların sərin kölgəsi.Quşlar bölük-bölük meşəyə gəlir;Yolçular arxların üstdə dincəlir;Sərinləyir anamız Odlar ölkəsi.Soyuyur torpağın can yanğıları…Budur, cərgə-cərgə cənuba sarıDayanmış nizamlı ordular kimiQovaqlar, ardıclar, söyüdlər, narlar,Bir də qatar-qatar boylu çinarlarDanışır arzusu, dili var kimi.Onların qəlbini duya bilsəniz!Meşələr! Meşələr! Doğrudan da sizYayda da, qışda da bir baharsınız.İrandan Muğana taun tək əsən,Yelin qabağını dağ kimi kəsənSizsiniz!.. Nə qədər lütfkarsınız!Elə ki od tutub yanır gündoğan,Bürküdən darıxır, boğulur Muğan,Elə ki, ağzını açır gilavar,Bir ölüm istisi duyur səhralar,Yenə bir fəlakət olmasın deyə,Zəmilər saralıb solmasın deyə,Sinə gərirsiniz ölümə siz də.Od-alov püskürən hərcayı yellərƏsib parçalanır tunc sinənizdə…Sizə taleyini tapşıran ellərŞair xəyalı tək hüdudsuz çöllərKasadlıq çəkməyir, qalmayır darda!Meşələr! Solmayın fırtınalarda!Ana örpəyini boranda, qardaDoğma balasının üstə sərən tək,— Əsdikcə boz üzlü amansız külək,Muğanın üstünə şal salırsınız…Ellərin qeydinə siz qalırsınız…Gecə də, gündüz də keşik çəkərək!Şaxtalar vurmayır bağçanı-bağı,Vaxtsız tökülməyir güllər, çiçəklər.Saralıb solmayır göy biçənəklər,Vaxtsız qocalmayır vətən torpağı…Baxıb tarlaların yanmış üzünə,Qocalar, qarılar döyür dizinə,— Ömrü yazıq keçən balalarım tək.Bu xoşboxt sabahı duyduqca ürək,Yaşamaq istəyir daim insan.Qələm dikə gəlir, coşur arzular,Ancaq sabahın da öz şairi var!Gələcək günlərin simfoniyasındanO öz rübabilə söz açan zaman,Bilirəm, məni də yad edəcəkdir!..Onun da xeyirxah dilində ellər,Onun da qəlbində sönməz əməllər,Açdığım cığırla yol gedəcəkdir,Bilirəm, məni də yad edəcəkdir…

;Epiloq

Günəş salamlasın, a dostlar, sizi!Gəlin vidalaşaq bu əsərimlə.Hörmətlə sıxıram əllərinizi,Vidalaşmayırıq əməllərimlə…

"Muğan" dastanını iki il qabaqBir səyahət günü başlamışam mən.O öz vədəsinə gecikdi, ancaq,Nə məndən inciyin, nə də qələmdən…

Yazdıqca "Muğan"ın hər nəğməsiniGecələr şam kimi mən də yanmışam…Duyduqca çöllərin xoş nəfəsiniVaxtından gec yatıb, tez oyanmışam…

Nə qədər doğmadır burda hər nəfəs,Bir də hər insanın, hər şeyin adı…Bir ovuc torpağı göyə dəyişməzBir həyat şairi, bir yer övladı…

Mən indi hər sözün üstündə bəzənSaatlar uzunu fikrə gedirəm.Ayrılıb qocalmış qərinələrdən,İndi öz əmrirni təsvir edirəm.

Desəm doğrusunu, Muğan düzündəAçıldım neçə yol bir səhər kimi…Yenə də gözlərim qaldı üzündə,Doymadım, yarımçıq qitələr kimi…

Bəlkə də yazdığım bu gözəl pəriKamala yetməmiş bir gözəldir, ah!..(Ancaq, o doğmadır, həm də xeyirxah…Bir də lütfkardır onun gözləri!)

Sənin də ürəyin olsa lütfkar,Bu canlı sənəti öz bağrına bas.Hər kiçik sözün də öz dünyası var:Yarımçıq olsa da, mənasız olmaz…

Gördüyün, seçdiyin nöqsanları sənBağışla, oxucum… mümkünsə, əgər…Buyur, köməkçim ol, yapış əlimdən;Mənim yaratdığım bu sadə əsərSənin şöhrətinlə bir dastan olsun…Bir zəmiyə dönsün hər kiçik sünbül;Muğanda əkdiyim bu xırdaca gülQoy sənin əlinlə gülüstan olsun!..-1948–1949*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов