İncə bir bahar buludunn andıranvə gəncliyibir göl kimi dalğalandıranmavi gözlərəYazdığım dastanlarBu gün məndən uzaqsınız.Sizi mənöləngünlərin heçliyinəöz əlimlə göndərdim.Vərəmlivə sıtmalı gecələrimigünəşli gündüzlərə döndərdim -“Dürrənin səsi”,“Dilcan dərəsi”,“Gözəllərim”,“Qəzəllərim”,...lərim..., lərim...və nələrim...Artıq gözlərimdən uzaqlaşdınız;Ölən bir cahanla sizgülüşsüz qucaqlaşdınız...O gün mən,ağırvə ənçətin daqiqələrə qatlandım.Sərtvə oynaq küləklər kimi,mən də qanadlandım.Bu bir uçuşdur!Fikrimruzgar, qanadlı bir quşdur.Axsadığım günlər oldusa bəzənmən yıxılmadım,Tarixə bolşevik yazılsın adım!Bayrağımdamarlarımdakı qanlar kimi qırmızı,Polad nəslimizin varlığı beton!İnanmadı gələcəyin bu gününənə Berkley.nə Platon.Kapitalqotur itlər kimi tükunü tökür;Onların uzağı görməyən gözlərinəqaranlıq çökür...Tarixaçır xəyanətini sosial-faşistlərin.Bu xəbər üşüdür varlığınımenşevik "kommunistlərin".Belə bir gündəmavi buludların rənginə uymaqvə gecələrin sarımtıraq,Çarpaşıq görünüşündəhəyat duymaqYaramaz!..Odur ki, mənSiniflər doyüşündən törənənbir əsgər kimi,Şeirlərimi şüarlara döndərdim.Onları son döyüşünilk cəbhəsinə göndərirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов