Səfil qadın
Oxuyun!Oxuyun şeriminsizə bağışladığı həyat səhnəsini,Oxuyun onunxəyala hökm edən odlu səsini.Mən söylədiyim,söyləmək istədiyim bu səhnəköhnə, pək köhnəFahişələr yurdundan bir nümunədir,O nədir?Ağarmış saçında qarlı qışların,boranlı giinlərin kölgəsi yaşarÖlgün gözləri göylərlə qucaqlaşar.Çünki yerdən,yerdəki cinayətdən,hər qanundan, hər adətdən,Yemiş dönə-dönə və diksinmişdir.Kinli gözlərdən uzaq,pək uzaq bir küncə sinmişdir.Ey qadın!Ey ana!Bu gün sanasoyuq baxan gözlər daşamı döndü'?Yoxsa gözlərinə çirkinmi göründü?Dedilər sən böylə deyildin əzəl,Çiçəklərdən təmiz, güllərdən gözəl.Bəlkə də arxanca titrəyib qoşanillərin yorğunu bir könül varmış.Fəqət indi?Belin bükülmüş,saçın ağarmış,Nə dərdini bilən var,nə üzünə gülən var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sefil-qadin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Başına döndüyüm, əziz Şikəstə,Dinlə məni, halı yaman olmuşam.
SızıltılarımXastayım, yalnızım ürəyimdə qəm,Nəyə dəyər həyat, olmasa həmdəm?
TərlanımTərlanım, tərlanım, gözəl tərlanım!Sənə qurban olsun bu Düşgün canım.
Bir gün məni lap boğurdu hicranBir gün məni lap boğurdu hicran,Hicran deyə bir səyahət etdim…