Şikəstəyə məktub
Başına döndüyüm, əziz Şikəstə,Dinlə məni, halı yaman olmuşam.Qəlbdən yaralı, könüldən xəstə,Nanı zəhər, ruzu fəğan olmuşam.
Çatandan bəridir on beş yaşımaÇox bəlalar gəlib qanlı başıma,Baltalar vurulub ömür daşıma,Bu eşqin yolunda yaman olmuşam.
Kəsilib qanadım, uça bilmirəm,Eşq məhbusuyam qaça bilmirəm.Heç kəsə dərdimi aça bilmirəm,Böylə halı çox pərişan olmuşam.
Gərçi istər çəkim cövrü cəfa yar,Mən dilərəm sürsün çoxlu səfa yar,Qəsd eyləyir mənə o bivəfa yar,Qəsdinin altında talan olmuşam.
O mələk simalım, şahbaz baxışlım,O dodağı ballım, ceyran yerişlim,Həm o siyah‡ tellim, turac gülüşlümYandırıbdır məni, yanan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sikesteye-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
حقیقت- ممکن امری است اعتباری که عقل بر وفق خویش از ادراک وجود و عدم به هم درذهن ترکیب کند، و چون به نهایت طور خویش رسد که مبداء طور کشف است حکم کند بدانکه اعتباریات را در خارج وجودی نیست: ان هی الا اسماء سمیتموها انتم و آباءکم.حقیقت- جسم وجسمانیات از جواهر و اعراض به جملگی از امور اعتباریاند، به حقیقت وجود خارجی ندارند: کمثل عیث اعجب الکفار نباته ثم یهیج فتراه مصفرا ثم یکون حطاما.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!