Zeynal
Köhnə bir evciyəz gördüm, içi toz, torpaq,Sökük divarları var hisli, paslı.Önündə bir baca, içində çılpaqO səfalətzadə uyuyur yaslı…
Elə bir yasli ki, daim xəndan.Mavi gözlərinin ufuklar kadarVarsa incəliyi, yenə də giryan,Gəliyor nəzərə yenə də ağlar…
Boş deyildi, onun vardı sənəti,Tar, kamança, tütək, qaval yapardı.Tutur kimi saza qəmli xilqəti,Oxuyar, bağırar, sonra yatardı.
O könül pək incə, pək də mənalı,Baxışları vardı həp süzgün-süzgün.Rəqib imiş ona dadlı xəyalı,Demişdi dərdini o mənə bir gün.
Hər qürub zamanı pəncərəsindən,Baxar üfüqlərn sanki bir xəyal…Qayalar inlərdi onun səsindən,Mənimdir kainat diyordu Zeynal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-zeynal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir yaz sabahının ilk əzanıydı,Süzüldü gözlərim xumarlanaraq.
Çəkdiyim ağrılar bir yana dursunÇəkdiyim ağrılar bir yana dursun,İnsafı, mürvəti sən atmadınmı?
İşçiƏyilsin səcdənə yıldızlar, aylar,Sənsən dünyaların fəxri, şöhrəti.
Ey uzaq göylərin yaxın elçisi!Ey uzaq göylərin yaxın elçisi!Şərqi təmsil edər mənəviyyatın.