Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər
Страница 1 из 3
QAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!
Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.
Qazan sağına baqdı, qas-qas güldi. Solma baqdı, çoq sevindi. Qarşusına baqdı, oğlancığını - Uruzı gördi. Əlin əlinə çaldı, ağladı. Oğlı Uruza bu iş xoş gəlmədi; ilərü gəldi, diz çökdi. Babasına çağırub soylar, görəlim, xanım, nə soylar. Aydır:
Ünüm anla mənim, sözüm dinlə, ağam Qazan.
Sağına baqdın, qas-qas güldün.
Soluna baqdın, çoq sevindin.
Qarşuna baqdın, bəni gördün, ağladın.
Səbəb nədir, degil mana,
Qara başım qurban olsun, babam, sana! - dedi.
Diməz olursan,
Qalqubanı yerimdən mən duraram.
Qara gözli yigitlərimi boyuma aluram.
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm,
Qara gözlü kafir qızın mən aluram.
Dəxi sənin yüzünə mən gəlməzəm.
§ SehD
Ağladuğuna səbəb nə, degil mana!
Qara başım qurban olsun, ağam, sana! - dedi.
Qazan bəg alaldı. Oğlanın yüzinə baqdı. Çağırıb soylar, görəlim, xanım, nə soylar.
Qazan aydır:
Bərü gəlgil, qulunum oğul!
Sağım ələ baqduğumda
qardaşım Qaragünəyi gördüm, - Baş kəsübdür, qan dökübdür,
Çöndi alubdur, ad qazanubdur.
Solum ələ baqduğumda
dayım Aruzı gördüm, -
Baş kəsübdür, qan döküpdür,
Çöldi alubdur, ad qazanıbdır.
Qarşum ələ baqduğumda səni gördüm,
On altı yaş yaşladın.
Bir gün ola, düşəm öləm, sən qalasan - Yay çəkmədün, ox atmadın,
Baş kəsmədin, qan dökmədin,
Qanlu Oğuz içində çöldi almadın.
Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq tacımtaxtım sana verməyələr, - deyü sonumı andım, ağladım, oğul! - dedi. Uruz burada soylamış, görəlim, xanım, nə soylamış; aydır:
A bəg baba!
Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq!
Dəpəcə böyümişsən, darıca beynin yoq!
Hünəri oğul atadanmı görər, ögrənər,
yoxsa atalar oğuldanmı ögrənür?
Qaçan sən məni alub
kafir sərhəddinə çıqardın, qılıc çalub baş kəsdin?
Mən səndən nə gördüm, nə ögrənim? - dedi.
Qazan bəg əlin əlinə çaldı, qas-qas güldi. Aydır: “A bəglər! Uruz xub söylədi, şəkər yedi. Bəglər, siz yegünüz-
§ Sehiçünüz,
söhbətinüz dağıtmanuz. Mən bu oğlanı alayın, ava gedəyin. Yedi günlik azuğla çıqayın. Ox atduğum yerləri, qılıc çalub baş kəsdügüm yerləri göstərəyim. Kafir sərhəddinə, Cızığlara, Ağlağana, Gögcə dağa aluban çıqayın. Sonra oğlana gərək olur, a bəglər!” - dedi.
Qonur atın çəkdirdi, butun bindi. Üç yüz mürəssə donlu yigit soyladı, boyına aldı. Qırq ala gözlü yigidin Uruz boyına aldı. Qazan oğlını alub qara dağlar üzərinə ava çıqdı. Av avladı, quş quşladı. Sığm-keyik yıqdı. Gög alan görklü çəmənə çadır tikdi. Bir qaç gün bəglər ilə yedi-içdi.
Məgər Başı açuq Tatyan qalasından, Aqsaqa qalasından kafirin casusı vardı. Bunları görüb, təkürə gəldi. Aydır: “Hay, nə oturarsan, itüni ulatmayan, çətügini molatmayan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yaturlar”, - dedi.
On altı bin qara donlu kafir ata bindi. Qazanın üzərinə alğar yetdi. Baqdılar gördilər altı bölük toz endi. Kimi aydır: “Keyik tozıdır”. Kimi aydır: “Yağı tozıdır”. Qazan aydır: “Keyik olsa, bir ya iki bölük olurdı. Bu gələn, bilmiş olun, yağıdır”, -dedi. Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yay qandı, meşə kibi qarardı. On altı bin ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafir çıqa gəldi. Qazan Qonur atın çəkdirdi, butun bindi. Oğlı Uruz cilavısmı çəkdirdi.
Bədəvi atın oynatdı, qarşu gəldi.
Aydır:
Bəri gəlgil, ağam Qazan!
Dəniz kibi qararub gələn nədir?
Od kibi şılayub, ıldız kibi parlayub
gələn nədir?
Ağız-dildən beş kəlmə xəbər mana!
Qara başım qurban olsun, babam, sana! - dedi.
Qazan aydır:
Bəri gəlgil, arslanım oğul!
Qara dəniz kibi yayqanıb gələn
kafirin ləşkəridir.
Gün kibi şılayub gələn
-ASR K**-
Kafirin başında aşiqidir.
Ildız kibi parlayıb gələn
kafirin cidasıdır.
Azğun dinlü yağı kafirdir, oğul, - dedi.
Oğlan aydır: “Yağı” deyü nəyə derlər?” Qazan aydır: “Oğul, anunçun yağı derlər ki, biz anlara yetsəvüz, öldürəriz. Anlar bizə yetsə, öldürər” - dedi.
Uruz aydır: “Baba, içində bəg yigitlər öldürsələr, qan sorularmı, dəvilərlərmi?” Qazan aydır: “Oğul, bin kafir öldürsən, kimsə səndən qan dəviləməz. Amma azğun dinlü kafirdir, xub yerdə tuş oldı. Vəli mana sən yaman yerdə duşaq oldun, oğul! - dedi. Uruz burada soylamış, görəlim, xanım, nə soylamış.
Uruz aydır:
Bərü gəlgil, ağam Qazan!
Qalqubanı yerimdən
Bədəvi atım saqlardım bu gün içün.
Güni gəldi, ağ meydanda səgirdərin
sənin içün.
Ala uran sür cidamı saqlardım
bu gün içün.
Güni gəldi, qaba qarın, gen köksdə oynadam
sənin içün.
Qara polat uz qılıcım saqlardım
bu gün içün.
Güni gəldi, sası dinlü kafir başın
kəsdirəyim səninçün.
Əgni bəg dəmür donum saqlardım bu gün içün.
Güni gəldi, yen-yaqalar dikdürəyim səninçün. Başımda qunt işıqlar saqlardım səninçün.
Güni gəldi, qaba çomaq altında yoğradım
sənin içün.
Qırq yigidim saqlardım bu gün içün.
Güni gəldi, kafir başın kəsdürəyim sənünçün.
Aslan adım saqlardım sənin içün.
-«|s§ SK**-
Yaqa tutub kafirlə uğraşayım sənin içün. Ağız-dildən bir qaç kəlmə xəbər mana!
Qara başım qurban olsun, ağam, sana! - dedi.
Qazan burada soylamış, görəlim, xanım, nə soylamış.
Qazan aydır:
Oğul, oğul, ay oğul!
Mənim ünüm anla, sözüm dinlə!
Ol kafirin
üçin atub birin yarmaz oqçısı olur. “Hı!” demədin başlar kəsən cəlladı olur.
Adam ətin yaxnı qılan aşbazı olur.
Sən varası kafir degil.
Qalqubanı yerimdən mən durayım.
Qonur atın belinə mən binəyim,
Gələn kafir mənimdir, mən varayım.
Qara polat uz qılıcım çalayın,
Azğun dinlü kafirdir, başların kəsəyin.
Dönə-dönə savaşaym, dönə-dönə çəkişəyin,
Qılıc çalub baş kəsdügüm görgil, ögrəngil,
Qara başına düşəndə gərəklüdür, - dedi.
Uruz burada soylamış, görəlim, xanım, nə soylamış. Aydır:
A bəg baba, eşidürəm.
Amma Ərafatda erkək quzı qurban içün,
Baba oğul qazanur ad içün.
Oğul da qılıc quşanur baba ğeyrətiyçün.
Mənim də başım qurban olsun səninçün, - dedi.
Qazan burada soylamış, görəlim, xanım, nə soylamış. Qazan aydır:
Oğul, oğul, ay oğul!
Yağıya girüb baş kəsmədin,
Adam öldürüb qan dökmədin.
Ala gözlü qırq yigidi boyına alğıl,
§ gSs ®-
Köksi gözəl qaba dağlar başına çıqğıl.
Mənim savaşdığım mənim dögüşdügüm,
Mənim çəkişdügim, mənim qılıclaşdığım
görgil, ögrəngil!
Və həm bizə pusu olğıl, oğul! - dedi.
Uruz babasının sözin sımadı, qayıdub gerü döndi. Yerdən yuca dağlar başına yoldaşların alub çıqdı. Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi. Uruz gen yaqadan sügüsin sancdı durdı.
Qazan bəg gördi ki, kafir qatı yaqlandı. Atından endi, arı sudan abdəst aldı. Ağ alnın yerə qodı, iki rikət namaz qıldı. Adı görklü Məhəmmədi yad gətürdi. Qara dinlü kafirə göz qarartdı. Hayqırdı, at saldı. Qarşu vardı, qılıc urdı.
Gumbur-gumbur tavıllar çalındı.
Burması altun tuc borular çalındı.
Ol gün cilasun bəg ərənlər dönə-dönə savaşdı.
Ol gün qara polat uz qılıclar çalındı.
Ol gün qarğu dillü qaim oxlar atıldı.
Ala uran sür cidalar süsəldi.
Ol gün namərdlər, muxannətlər sapa yer gözətdi.
Ol gün baqa-baqa
Qazan oğlı Uruzun eşqi gəldi.
Aydır: “Bərü gəlün, qırq yoldaşım! Sizə qurban olsun mənim başım! Görərmisiz, ağam Qazan baş kəsdi, qan dökdi. “Oğlan-uşaq yimək yiməkcə gəlməz bana!” - dedi. Babam bu kafirləri əsirgəmiş kibi; məni sevən yigitlərim, nə durarsız, kafirin bir ucma dəpəlim!” - dedi. Qaraqucın oynaddı, Uruz kafirin sağma at dəpdi. Sağlı-sollı kafiri xub dağıtdı. Sanasan kim, dar yolda dolu düşdi. Ya qara qazın içinə şahin girdi. Kafirin ucmı basdı, dağıtdı. Azğun dinlü kafir bunaldı, oxa girdi. Qovulan kimsə oğlanın bədəvi atın oxlatdılar. At yıxıldı. Kafirlər Uruzun üzərinə çovuxdı. Uruzun qırq yigidi atdan endi. Ələ qalqan baqını qısa dügdilər. Qılıc sıyırdılar. Uruzun üzərinə çoq savaşdılar. Qalaba qorxudar, dərin olsa, baturar. Yayanın umudı olmaz. Sağın-solun Uru
§ Sfeh-
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-kitabi-dede-qorqud-boy-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.
HoyduDolun at belinə, qoç dəlilərim,Xotkarı taxtından endirən, hoydu!
Mənəmİstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,
Mənmi qocalmışam, ya zəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?