Страница 1 из 2

BƏKİL OĞLI ƏMRANIN BOYINI BƏYAN EDƏR
Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Ağ ban evini qara yerin üzərinə dikdirmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalıcası döşətmişdi. İç Oğuz Daş Oğuz bəgləri yığnaq olmışdı.
Doquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılıc, bir çomaq gətirdilər. Baymdır xan qatı səxt oldı. Dədəm Qorqud gəldi, şadlıq çaldı. “Xanım, niyə səxt olursan?” - dedi. Aydır: “Necə səxt olmayam? Hər yil altun-aqça gəlürdi, yigidə-bəgə verirdin, xatirləri xoş olurdı. Şimdi bunı kimə verər kim, xatiri xoş ola?” - dedi.
Dədə Qorqud aydır: “Xanım, bunun üçini daxı bir yigidə verəlim, - dedi, - Oğuz elinə qaravul olsun!” - dedi. Xan Baymdır “Kimə verəlim?” - dedi, sağma-solma baqdı. Kimsə razı olmadı. “Bəkil” derlərdi, bir yigit vardı. Ana baqdı, aydır: “Sən nə dersən?” Bəkil razı oldı. Qalqdı, yer öpdi. Dədəm Qorqud himmət qılıcm belinə bağladı. Çomağı omuzına bıraqdı. Yayı qarusma keçürdi. Şahbaz ayğırı çəkdirdi, buda bindi. Xəsmini, qövmini ayırdı, evini çözdi. Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı. Doquz tümən Gürcüstan ağzına varub qondı, qaravullıq eylədi. Yadkafir gəlsə, başın Oğuza ərməğan göndərdi. Yılda bir kərrə Baymdır xan divanına varardı.
Yenə Bayındır xandan adam gəldi, “tez gələsən” deyü; pəs Bəkil gəldi, pişkeşin çəkdi. Baymdır xanın əlin öpdi. Xan dəxi Bəkili qonaqladı. Yaxşı at, yaxşı qaftan, vafir xərclıq verdi. Üç gün tamam ağırladı. “Üç gün dəxi Bəkili av-şikar ətilə qonaqlayalım, bəglər!” - dedi.
Av çığırtdılar. Çün av yarağı oldı, kim atın ögər, kim qılıcm, kim çəküb ox atmağın ögər. Salur Qazan nə atın ögdi, nə kəndin ögdi; amma bəglərin hünərin söylədi.
Üç yüz altmış altı alp ava binsə, qanlu keyik üzərinə yüriş olsa, Bəkil nə yay qurardı, nə ox atardı. Haman yayı biləgindən çıqarardı, buğanın-sığının boynına atardı, çəküb durğuzardı. Arıq olsa, qulağın dələrdi, avda bəllü olsun
^ SBgg**-

deyü; amma semüz olsa, boğazlardı. Arıq olsa, qulağın dələrdi, avda bəllü olsun deyü; amma semüz olsa, boğazlardı. Əgər bəglər keyik alsa, qulağı dəlük olsa, “Bəkül sünicidir” deyü Bəkilə göndərərlərdi.
Qazan bəg aydır: “Bu hünər atınmıdır, ərinmidir?” “Xanım, ərindir”, - dedilər. Xan aydır: “Yoq, at işləməsə, ər ögünməz. Hünər atındır”, - dedi. Bu söz Bəkilə xoş gəlmədi. Bəkil aydır: “Alplar içində bizi qusqunumuzdan balcığa baturdun”, -dedi. Bayındır xanın bəxşişin öninə dökdi. Xana küsdi. Divandan çıqdı. Atın çəkdilər. Ala gözlü yigitlərin alub evinə gəldi. Oğlancıqları qarşu gəldi, oxşamadı. Ağ yüzlü xatunma söyləmədi. Xatun burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Altun taxtım ayası, bəgim yigit!
Göz açuban gördügüm,
Könül verüb sevdügüm.
Qalqubanı yerindən durı gəldin.
Ala gözlü yigitlərin yanına saldın.
Arqu beli Ala dağdan dünin aşdın.
Aqındılı görklü sudan dünin keçdin.
Ağ alinin Bayındır xanın divanına
dünin vardın, bəglərlə yedün-içdin.
Qövmlü qövmiylə gənəşdimi?
öərib başın ğovğada qaldımı?
Qanı xanım, altunda yaxşı atı yoq!
Alnunda altun aşıq cübbəsi yoq!
Ala gözlü bəglərin oxşamazsan.
Ağca yüzlü görklünlə söyləşməzsən,
nədir halın? - dedi.
Bəkil soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qalqubanı yerimdən durı gəldim.
Yelisi qara Qazılıq atın butun hindim.
Arqu beli Ala dağdan dünin aşdım.
Aqındılı görkli suyı dəlüb dünin keçdim.
•Aaf#l AA--

Ağ alınlu Baymdmn divanına çapar vardım.
Ala gözlü bəglərlə yedim-içdim.
Qövmlü qövmiylə görklü gördüm.
Xanımızın nəzəri bizdən dönmüş gördüm.
Eli-güni köçürün,
doquz tümən Gürcüstana gedəlim!
Oğuza asi oldum, bəllü bilin! - dedi.
Xatun aydır: “Yigidim, bəg yigidim! Padşahlar Tanrının kölgəsidir. Padşahına asi olanın işi rast gəlməz. Arı könüldə pas olsa, şərab açar. Sən gedəli, xanım, arqurı yatan Ala dağlarun avlanmamışdır. Ava bingil, könlün açılsun!” - dedi.
Bəkil gördi, xatun kişinin aqlı-kələcisi eyüdür. Qazılıq atın çəkdirüb, butun bindi. Ava getdi.
Av avlayu gəzərkən önindən bir yaralu keyik çıqdı. Bəkil buna at saldı. Buğanın ardından irdi. Yay kirişin boynına atdı. Buğa acmışdı, kəndüyi bir yuca yerdən atdı. Bəkil at cilavısın yenimədi, bilə uçdı. Sağ oyluğı qayaya toqındı, sındı. Bəkil aru durdı, ağladı. Aydır: “Ulu oğlum, ulu qardaşım yoq. Haman biləgindən gəz çıqarub, atmın tərkilərini dartdı urdı. Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi. Avçılardan ayru dilbəndi boğazına keçdi. Ordusı ucma gəldi. Oğlancuğı Əmran bahadır babasına qarşu gəldi. Gördi bənzi sararmış, dilbəndi boğazına keçmiş. Yoldaşlarını sorub, oğlan burada soylamış, görəlim, xanım, nə soylamış:
Qalqubanı yerindən durı gəldin,
Yelisi qara Qazlıq atın butun bindin.
Arqurı yatan ala dağlar ətəginə ava vardın.
Qara donlu kafirlərə uğradınmı?
Ala gözlü yigitlərin qırdırdınmı?
Ağız-dildən bir qac kəlmə xəbər mana,
Qara başım qurban olsun, ağam, sana! - dedi.
Bəkil oğlma soylamış, görəlim, xanım, nə soylamış; aydır:
Oğul, ay oğul!
Qalqubanı yerimdən durı gəldim.
-Aaf#l #» -

Qara dağlar öninə ava bindim.
Qara donlu kafirlərə uğramadım.
Ala gözlü yigitlərim qırdırmadım.
Sağdır-əsəndir yigitlərim,
oğul, qayurma!
Üç gündür qoşluğum yox!
Oğul, at üzərindən məni qap, döşəgimə çıqar”, - dedi.
Aslan ənigi yenə aslandır; atası at üzərindən qarvadı, tutdı döşəginə çıqardı. Cübbəsin üzərinə büridi. Qapusm örtdi.
Bu yana yigit bəglər gördilər kim, av bozılmış, hər biri evlü evinə gəldi.
Bəkil beş gün oldı, divana çıqmadı. Ayağının smduğını kimsəyə demədi. Bir gecə döşəgində qatı-qatı inlədi, ah etdi. Xatunı ayıtdı: “Bəg yigidim, qalabalıq yağı gəlsə, qayıtmaz idin. Butuna ala ox toxunsa, əgilməz idin. Kişi qoynında yatan halalma sirrin deməzmi olur? Nədir halın?” - dedi. Bəkil aydır: “Görklüm, atdan düşdüm, ayağım sındı”, - dedi.
Övrət əlin əlinə çaldı, qaravaşa söylədi. Qaravaş çıqub qapuçıya söylədi. Otuz iki dişdən çıqan bütün orduya yayıldı, “Bəkil atdan düşmiş, ayağı sınmış” deyü.
Məgər kafirin casusı vardı. Bu xəbəri eşidüb vardı, təkürə xəbər verdi. Təkür aydır: “Qalqubanı yerünüzdən uru durun, yatur yerdə bəg Bəkili tutun! Ağ əllərin qarusından bağlan. Gafillücə görklü başın kəsin. Alca qanın yer yüzinə dökün. Elin-günin çapın. Qızın-gəlinin yesir edin!” - dedi.
Məgər Bəkilin də anda casusı hazırdı; Bəkilə xəbər göndərdi. Aydır: “Baş yarağın eylən, üzərinüzə yağı gəlür”, - dedi. Bəkil yuqaru baqdı. “Gög ıraq, yer qatı”, -dedi. Oğlancuğm yanına gətürüb soylamış; görəlim, xanım, nə soylamış, aydır:
Oğul, oğul, ay oğul!
Qarannuluca gözlərim aydını oğul!
Güclü belim qüvvəti oğul!
Gör axır nələr oldı,
nələr qopdı mənim başıma, - dedi.
Qalqubanı oğul, yerimdən durı gəldim.
^ sRSK**-

Boynı sınsun Al ayğırı, butun bindim.
Av avlayub, quş quşlayub gəzərkən bunaldı,
süricdi, məni yerə çaldı.
Sağ oyluğum sındı.
Mənim qara başıma nələr gəldi.
Qara-qara dağlardan xəbər aşmış,
Qanlu-qanlu sulardan xəbər keçmiş,
Dəmür qapu Dərvəndindən xəbər varmış,
Alca atlu Şökli Məlik qatı pusmış.
Pusduğından qara dağlara duman düşmiş,
“Yatduğı yerdə bəg Bəkili tutun”, - demiş,
“Qarusından ağ əllərin bağlan”, - demiş.
“Qan alaca ordusını çapın”, - demiş.
“Ağca yüzlü qızını-gəlinini yesir eylən”, - demiş.
Qalqubanı oğul, yerindən durı gəlgil!
Yelisi qara Qazılıq atun butun bingil!
Arqurı yatan Ala dağı dünin aşğıl!
Ağ alınlu Bayındır xanın divanına
dünin varğıl!
Ağız-dildən Bayındıra salam vergil!
Bəglər bəgi olan Qazanın əlin öpgil!
“Ağ saqallu babam bunlu”, - degil!
“Əlbətdə və əlbətdə Qazan bəg
mana yetişsün dedi”, - degil! Gəlməz olsan, məmləkət bozılub
xarab olur,
Qızım-gəlinim əsir getdi, bəllü bilgil! - dedi.
Bu arada oğlan babasına soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Baba nə söylərsən, nə aydarsan?
Bağrımla yürəgim nə dağlarsan?
Qalqubanı yerimdən durmağım çoq,
Yelisi qara Qazılıq atıma binməgim çoq.
Arqubeli Ala dağı avlayuban aşmağım yoq.
Ağ alınlu Bayındırın divanına varmağım yoq.
^“sBSK**-

Qazan kimdir? Mən anun əlin öpməgim yoq. Altundağı Al ayğırı mana vergil!
Qan dərlədi çapdırayım sənin içün.
Əgni bəg dəmür donun mana vergil Yeni yaqa dikdirəyim səninçün!
Qara polad uz qılıcın mana vergil,
Gafillücə başlar kəsim səninçün!
Qarğu dalı sügüni mana vergil,
Köksindən ər sancayım sənin içün!
Ağ yeləklü ötkün oxın mana vergil,
Ərdən ərə keçürəyim sənin içün!
Ala gözlü üç yüz yigidin
mana vergil yoldaşlığa, Dini-Məhəmməd yolma
dürişəyim səninçün! - dedi.
Bəkil aydır: “Öləyim ağzın içün, oğul! Ola kim, mənim keçmiş günümi andırtmayasan”, - dedi. “Mərə, geyimim gətürün, oğlum geysün! Al ayğırım gətürün, oğlum binsün! El ürkmədin oğlum meydana varsun-girsün!” - dedi.
Oğlanı donatdılar. Atasıyla-anasıyla gəldi görüşdi. Əllərin öpdi. Üç yüz yigidi yanına bıraqdı, meydana vardı.
Al ayğır qaçan kim yağı qoxusın alsa, ayağın yerə dögərdi, tozı gögə çıqardı.
Kafirlər aydır: “Bu at Bəkilindir, biz qaçırız”. Təkür aydır: “Mərə, onat görün. Bu gələn Bəkilsə, sizdən öndən mən qaçaram”, -dedi.
Gözçi gözlədi. Gördi kim, at Bəkilin, Bəkil üzərində degil, amma bir quş dəklü oğlandır. Gəlüb təkürə xəbər verdi. Aydır: “At, yaraq və işıq Bəkilin, Bəkil içində degil!” -dedi. Təkür aydır: “Yüz adam seçilün, taraqa çatladın, oğlanı qorqudun. Oğlan quş yürəklü olur, meydanı qor qaçar”, - dedi.
Yüz kafir seçilüb oğlanın üzərinə gəlmiş. Oğlana kafir soylamış, görəlim, nə soylamış, aydır:
Oğlan, oğlan, ay oğlan,
Haramzada oğlan!
Altında Al ayğırı arıq oğlan,
^ sRSK**-

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dirsə xan oğlı Buğac xan boyını bəyan edər

DİRSƏ XAN OĞLI BUĞAC XAN BOYINI BƏYAN EDƏR, XANIM, HEY!**Bir gün Qamğan oğlı xan Baymdır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi.

16 мин
Salur Qazanın evi yağmalandığı boyı bəyan edər

Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.

18 мин
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər

QAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə

33 мин
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər

QAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.

19 мин

Стихи других поэтов