Alı kişi
Страница 3 из 3 · 67%
Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir töylə tikdi. Ataoğul Çənlibeldə yurd saldılar. Yaşamağa başladılar. Günlərin bir günündə Alı kişi Rövşəni yanına çağırıb, dedi:
– Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq deyərlər. Yeddi ildən-yeddi ilə cümə axşamı məşriq tərəfdən bir, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə elə qüvvətli bir iyid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanat salar, dağlar, daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər. Çox iyidlər, şahzadələr bu su üçün gəlib, heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam olhaoldu. Vədə çatıb, get axtar, Qoşabulağı tap, o köpükdən bir qab doldurub mənə gətir.
Rövşən getdi dağları, daşları, düzləri əndər-döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əl çatmaz, ün yetməz qaya var. Amma qaya elə bir qayadı ki, iyid istəyir, üstünə çıxsın. Rövşən qayanın dörd tərəfinə dolandı. Göz gəzdirdi. Əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya atdı, min ənvai-müsibətinən qayaya dırmaşdı. Baxdı ki, bura elə bir mənzər, laləzar yerdi ki, day nə deyim. Gül gülü çağırır, bülbül bülbülü, elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkili çəkilib, yetmiş iki qələmnən yetmiş iki rəng vurulub. Qoca kəhənsalə bir ağac gördü. Yaxına gəlib baxdı ki, vallah Qoşabulaq qaynayıb göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi, axşam oldu. Gecədən xeyli keçmişdi, bir də məşriqdən bir ulduz doğdu, məğribdən də bir ulduz. Bu ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmağından Qoşabulaq coşub-daşdı, ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurdu. Köpük elə gözəl, elə içməli idi ki, Rövşən özünü saxlaya bilməyib doldurduğu qabı qabaqca öz başına çəkib doyunca içdi. İkinci dəfə təzədən bir də qabı doldurmaq istəyirdi ki, atasına gətirsin, baxdı ey dadi bidad... köpük hayanda idi, bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdı axır. Rövşən bir başına, bir də dizinə vurdu, ancaq hara çatacaq... Qabı da götürüb kor-peşiman geri dönüb əhvalatı atasına danışdı. Qoca Alı kişi bir ah çəkib, dedi:
– Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi.
Rövşənin dərdi bir idi, beş oldu. Özünə əl qoydu, başına-gözünə döyməyə başladı ki, niyə qabaqca özüm içdim. Alı kişi dedi:
– Oğul, cəza-fəza eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt deyərlər. Görünür ki, mənim alnımda belə yazılıbmış. Yəqin ki, mənə bir də səni görmək qismət deyilmiş. Tay mənim əcəlim tamamdı. Qulas as, sənə bir-iki sözüm var: – Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqətən bütün dünyada məşhur olar. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək vızıltısı olacaq. Bəylər, xanlar, paşalar sənin qorxundan tük tökəcək, quşlar qanad salacaq. Necə ki Misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özü də bu Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq bu həndəvərdə manşur bir qacaq var. Adına Dəli Həsən deyərlər. Özünü bircə ondan gözlə!.. Get, sənin adını Koroğlu qoydum!
Qoca Alı kişi vəli-varisini eyləyib ömrünü öz oğluna bağışladı. Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd saldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xalq-koroglu-dastani-ali-kisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Koroğluynan Bolu bəyXotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.
Həmzənin Qıratı aparmasıBolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər.Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər.
Стихи других поэтов
Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,