زآتش اندیشه جانم سوخته استوز تف «یا رب» دهانم سوخته است

Fikir, xəyal odundan tutuşub canım yanıb,"Allah-Allah" deməkdən axır dəhanım yanıb.

از فلک در سینهٔ من آتشی استکز سر دل تا میانم سوخته است

Fələk mənim sinəmə elə bir od vurub ki,Təkcə ürəyim deyil, bəlkə hər yanım yanıb.

سوز غم‌ها کار من کرده است خامخامی گردون روانم سوخته است

İşlərimi zay etdi mənim bu can yanğısı,İnadından fələyin ruhi-rəvanım yanıb.

شعله‌های آه من در پیش خلقپردهٔ راز نهانم سوخته است

Ahımın şöləsindən xalqın gözü önündəPərdəm yanıb, faş olub sirr-nəhanım yanıb.

دولتی جستم، وبالم آمده استآتشی گفتم، زبانم سوخته است

Mən dövlət axtarırdım, kasıblıq qismət oldu,Dedim: – Odsan, bu sözü deyən zəbanım yanıb.

دیده‌ای آتش که چون سوزد پرند؟برق محنت همچنانم سوخته است

Görmüşsən od yandırar necə nazik ipəyi?O cür qəm şimşəyilə mənim ərganım yanıb.

شعر من زان سوزناک آمد که غمخاطر گوهرفشانم سوخته است

Şerim əgər od salar qəlbə, səbəb odur ki,Gövhər saçan xatirim, təbi-rəvanım yanıb.

در سخن من نایب خاقانیمآسمان زین رشک جانم سوخته است

Söz mülkünün naibi Xaqaniyəm, həsəddənGöylər mənə qəhr edib, alışıb canım yanıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов