در جهان هیچ سینه بی‌غم نیستغمگساری ز کیمیا کم نیست

خستگی‌های سینه را نونوخاک پر کن که جای مرهم نیست

دم سرد از دهان برِ آهِ جگربازگردان که یارِ همدم نیست

هیچ یک خوشهٔ وفا امروزدر همه کشتزار آدم نیست

کشت‌های نیاز خشک بماندکه‌ابرهای امید را نم نیست

به نواله هزار محرم هستبه گهِ ناله نیم محرم نیست

گر بنالی به دوستی، گویدهان خدا عافیت دهد، غم نیست

دانی آسوده کیست در عالم؟آنکه مقبول اهل عالم نیست

هست سالی دو روز شادی خلقچون نکو بنگری همان هم نیست

زانکه یک عید نیست در عالمکه در او صد هزار ماتم نیست

خیز خاقانیا ز خوان جهانکه جهان میزبان خرم نیست

Bu dünyada bir könül ki, ola biqəm, tapılmaz,
Kimiyadır, qəmlərinə şərik, həmdəm tapılmaz.

Sinəndəki yaraların torpaq doldur içinə,
Bil ki, elə yaralara başqa məlhəm tapılmaz.

Geri qaytar ciyərindən qopan odlu ahları,
Soyuq ahlar çəkmək üçün köksündə dəm tapılmaz.

Bircə vəfa sünbülünü, insanlıq tarlasında,
Bu dünyanı başdan-başa bugün gəzsəm, tapılmaz.

Arzumuzun əkinləri susuz qaldı həmişə,
Ötdü ümid buludları, tarlada nəm tapılmaz.

Hamı sənə məhrəm olur nemət verən zaman sən,
Möhnət günu hey nalə çək, yari-məhrəm tapılmaz.

Bir dostuna qəmlərindən etsən əgər şikayət,
Deyər: - Allah kömək olsun, xalqda kərəm tapılmaz.

Bilirsənmi bu aləmdə kim asudə yaşayır?
O adam ki, batsa aləm, onda ələm tapılmaz.

İldə əgər iki şənlik günü vardır xəlq üçün,
Nəzər salsan, görərsən ki, iki gün həm tapılmaz.

Təbüdir, yoxdur elə bayram günü cahanda,
Qurulmasın yüz min yerdə o gün matəm, tapılmaz.

Qalx ayağa bu cahanın süfrəsindən, Xaqani!
Bu süfrənin sahibini görən xürrəm tapılmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов