عیسی‌لب است یار و دم از من دریغ داشتبیمار او شدم قدم از من دریغ داشت

آخر چه معنی آرم از آن آفتاب‌رویکو بوی خود به صبح‌دم از من دریغ داشت

بوس وداعی از لب او چون طلب کنمکز دور یک سلام هم از من دریغ داشت

من چون کبوتران به وفا طوق‌دار اواو کعبهٔ من و حرم از من دریغ داشت

از جور یار پیرهن کاغذین کنمکو کاغذ و سر قلم از من دریغ داشت

من ز آب دیده نامه نوشتم هزار فصلاو ز آب دوده یک رقم از من دریغ داشت

خود یار نارد از دل خاقانی ای عجبگوئی چه بود کاین کرم از من دریغ داشت

İsa dəmli yarım məndən əsirgədi bir dəmini,
Öz dərdilə xəstələndim, əsirgədi qədəmini.

Buna neçə məna verim ki, o Günəş camallı yar,
Səhər çağı əsirgədi öz ətrilə şəbnəmini.

Necə busə ümid edim onun yaqut dodağından,
Salamı da əsirgədi, artırdı hey sitəmini.

Boynumda bir halqa vardır, vəfa göyərçini kimi,
Osa mənim Kəbəm ikən, əsirgədi hərəmini.

Yar cövrünə dözməyərək, göynəyimi kağız etdim,
Yarım isə əsirgədi məndən kağız-qələmini.

Göz yaşımla min fəsillik namə yazdım o dilbərə,
Əsirgədi o, mürəkkəb suyuyla bir rəqəmini.

Qəribədir, yenə o yar Xaqanini salmır yada,
Nə oldu ki, əsirgədi o şux məndən kərəmini?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви