Ləzgi Əhməd:Səndən xəbər alım, ay Dədə Qasım,O nədir ki, bu dünyanı gəzər hey?Nə kağızdır, mürəkkəbsiz yazılar?Nə qələmdir, bu dəftəri yazar hey?

Xəstə Qasım:Al, cavabın deyim, ay Ləzgi Əhməd,Aydır, gündür, bu dünyanı gəzər hey!Könül kağız, mürəkkəbsiz yazılar,Dil qələmdir, bu dəftəri yazar hey!

Ləzgi Əhməd:O nədir ki, heç gəlmədi imana?O kimdir ki, heç düşmədi gümana?O kimdir ki, qəsd elədi insana?O kimdir ki, oldu candan bezar hey?

Xəstə Qasım:O şeytandır, heç gəlmədi imana,O münkirdir, heç düşmədi gümana,Əzrayildir, qəsd elədi insana,Əyyubdur ki, oldu candan bezar hey!

Ləzgi Əhməd:O nədir ki, silinməzdir qarası?O nədir ki, heç tapılmaz çarası?Nə qədərdi yerlə göyün arası?Ləzgi Əhməd bu dəftəri yazar, hey!

Xəstə Qasım:O ürəkdir, silinməzdir qarası,O ömürdür, heç tapılmaz çarası,Yüz doxsan min ildir, yerlə göyün arası,Xəstə Qasım, o dəftəri pozar hey!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов