Ol dəxi gəlib edir ki, dur, dur.Gəlsin dedi munda yari-məşhur.Leyk etdi itabilən xitabi,Der anlamadımı dün cəvabi.Yüz qaralığilə vardı Namə,Irişmədigin bilirdi kamə.Çün gördü onu nigari-məhru,Der: – Yenə nə gəldin, ey əbəsgu?Heç söyləmədin alıb əlinə,Baxdı açıb anın əvvəlinə.Qazıdı, götürdü nami-cəbbar,Pəs eylədi naməni du səd par.Çün gördü anın bu halını huş,Gəldi mana biqərarü bihuş.Gəldivü iraxdan etdi avaz:– Qəhr etdi rəsulə türki-tənnaz.Səd parə qılıbdır ol sitəmkar,Gəlməz dəxi var, özünə qıl çar.

Bu söz yenə qıldı canı büryan,Ğəmnak könülni, çeşm giryan.Vardım yenə ol rəfiq qatına,Ol munisü dil şəfiq qatına.Çox etdi mənimçün ahü vayi,Gözündən axıtdı dürlü çayi.Der: – Xanda bulam əlacın, ey yar,Kimdən bitə ehtiyacın, ey yar,– Sən bil, – dedim, – ey mana mürəffəq,Öldüm bu ğübar ilən mühəqqəq.Fikr edüb aşağə saldı başin,Der: – Göndər ol ayə çeşm Yaşin.Mərdümzədələrcə möhtərəmdir,Kim möhtərəm olsa, ol hərəmdir,Dilbər qapusuna ol səpər su,Qoymaz gözünə beğəflət uyxu.Axar sənəm ayağına çün çay,Dürdanə bilən səni qılur bayXüşk olsa damağ, edər tər ol yaş,Pür qıldı gözün zi gövhər ol yaş.Həm dəmbədəm ol yüzün aridür,Hiç olmaz anın təki arı dür.Dür töksün önünə danə-danə,Yar andan edər qulağə tanə.Eynindən olur rəvan çü zəmzəm,Oldur sənin ilə doğru həmdəm.Boldum çü vüquf bu xəbərdən,Qan doldu iki gözüm cigərdən.Mərdümə dedim ki, nuri-eynimKim, səndən alur bu nuri eynim.Bu gün mənim ilə bir iş işlən,Fərzəndinizi mana bağışlan.Kim, elçi qılam o dilrübayə,Şayəd ki, bulam anınla vayə.Gözüm bu sözüm dutub dedi: – Al,Fərzəndi-əziz, caməsi al.Çox sərzəniş etdi ana kirpük,

Ta ola mənim işimdə çabük.Mərdümdən alub betöhfə gövhər,Axdı, yeridi besuyi-dilbər.Dedim ki, nigarə ver səlami,Sonunda oxu bu qaç kəlami.Ol səxt dili məgər ola nərm,Sərd ikən ola bizimlən ol gərm.Bəs oxu bu şe’ri yar qatında,Ağla bəsi zar-zar qatında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şah mənəm

Allah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.

1 мин
Yol əhlinin

Dil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.

1 мин
Qamu Rum-u Çin-ü Xorasan-u Şam

Qamu Rum-u Çin-ü Xorasan-u Şam,Açar bir bəy igid bunları tamam.

1 мин
I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmü

Mehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin.907-ci ilin cümada-as-sani ayının 25-də.

15022 мин

Стихи других поэтов · О любви