Nameye-şəşşom. Rəftəne-name Behəmrahiye-ah Besuye-mə’şuq (Altıncı məktub. Məktubun Ahın yoldaşlığı ilə Mə’şuqənin yanına getməsi.)
Qıldı sözümü qəbul məktub,Əzm etdi, yeridi suyi-məhbub.Mindi yenə Ahımın rikabın,Tərk etdi bu yolda xurdü xabın.Yetürdü özin be kuyi-dildar,Çün aldı dimağə buyi-dildar.Uğraşdı yenə o bağbanə,Sordu: – Nişə gəldin, ey fəsanə?Dün munca məlamət etdi ol yar,Yox səndə, nə onda ğeyrətü ar.Mindin niyə neyçün atəşin at,Gəldin çü piyadə, qaldı şah mat.Ol sözlə səni çü göndəribdir,Bir söylə ki, nişə döndəribdir?Der Nanə ki, ana söylədim çox,Dutmaz sözümü, qərarı heç yox.Zinhar qılur ki, tanriçün var,Ta rəhm edə mən fəqirə ol yar.Ya qıla səni bu yolda parə,Ya dəxi qılam bir özgə çarə.Bir dəxi var anda, ey vəfalu,Xeyr olur işin əgər xətalu.De müshəfi-ruyiniz həqiçün,De heykəli-muyiniz həqiçün,Gəlmiş yenə ol rəsuli-aşiq,Ol pak nəzər ğulami-sadiq.
Bir neçə pəyami var qatında,Ərz eyləyə anı həzrətində.Vardı yenə yarə bağbani,Təşviş oduna əridi cani.Toxuşdu dili gəlib kəlamə,Aydır: – Yenə gəldi dünki Namə.Miskin yenə fikri-xam bişürmiş,Ol bihudəni yola düşürmüş.Eşitdi bu sözni, cuş qıldı,Peymaneyi-qəhri nuş qıldı.Der var gətir ki, kimdürür ol,Munca nə gəlür beqovli-mahövl,Qorxmadı məgər zi kari-mazi?Qurtulduğuna degilmi razi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dehname-nameye-sessom-reftene-name-behemrahiye-ah-besuye-me-suq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.
Dilbəra, eşqin sənin cismimdə canım canıdırDilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
Dilbarə, eşqin tənimdə sevgili candır manaDilbəra, eşqin tənimdə sevgili candır mana,Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana.
Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidirDilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.
Стихи других поэтов · О любви
Bu qədər saldı məni həsrət, amandan-amanaKönlüm axırda mənim düşdü gümandan-gümana.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş