Ey eşqə özin fəda qılan dil,Əz səbr məni cüda qılan dil,

Üşşaqı cəhanda xürrəm ikənPür möhnətü pür bəla qılan dil.

Məhbubi-xücəstə zülfi çininBəndinə düşüb xəta qılan dil.

Dilşadləri könül gözündənĞəm kuyinə aşina qılan dil.

Xoş xatir ikən fərağət əhliDərdü ğəmə mübtəla qılan dil.

Yüz dürlü bəlayi-eşqə hər dəmKönlün verübən riza qılan dil.

Hər busəsinə gözəl nigarınCan ilə cəhan bəha qılan dil.

Sidqi-dil ilən yolunda yarınÖz ölməginə dua qılan dil.

Mə’şuqədən alsa qərz busə,Canü sər ilən əda qılan dil.

Bir zərrə təki günəş yolundaYüz min həvəsü həva qılan dil.

Yarın diləyib bəqayi-ömrin,Öz varlığını fəna qılan dil.

Yüz hökm ilə şah ikən Xətayi,Yar eşiginə gəda qılan dil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви