Əzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.

Əli şiri-xudadur şahi-mərdan,Məhəmməd həqqə peyqəmbər gəlübdür.

Aşiqlər qibləsi yüzündür, ey dust,Qaşın mehrabına mənbər gəlübdür.

Ki həqdən Zülfüqar oldu Əliyə,Əli qulluğuna Qənbər gəlübdür.

Əli xişm ilə doğradı bu cəhli,Xəmirtək dəstinə Xeybər gəlübdür.

Ala gözlər mənim imanım aldı,İki zülfün yenə ənbər gəlübdür.

Макта — последний бейт с тахаллусом поэта. Suyi-heyvan üçün zülmat içində,Xətai Xızrü İskəndər gəlübdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви