Layi isqat eyləyüb bir bilməyən illasini,Bilmədi nəfy ilə isbatın nədir mə’nasini,Vadiyi-üsyanda qaldı, anmadı mövlasini,Abi-tövhid ilə tahir qılmadı ə’zasini,İçmədi bəzmi-ələstin badeyi-həmrasini,Açmadı nuri-vilayət çeşmi-nabinəsini,Görmədi gün türrəsindən leylətül-əsrasini,Bulmadı rahi-yəqinin mənzili-ə’lasini,Qabi-qövseynin yanıldı qürb ilə ədnasini,Silmədi ayineyi-dildən qübari pasiniMüftiyi-eşq öylə vermişdir bunun fitvasini;– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Yox ikən kövnü məkanü sahilü ağü qaraCuşə gəldi şövq ilə bəhri-məhəbbət ibtida,Daşə çaldı şişəsin, etdi təməvvüc hər yana,Sərbəsər əşyayi seyran eylədi çunü çəra,Eşq Mənsurini gördü ol arada aşina,Bir fəna abdal gəldi yanıma, dedi mana:– Var fərağət guşəsin edən məqami-dilguşa,K-oldüri darüş-şəfadır dərdməndanə dəva,Aləmi-bəhri-təhəyyürdə gəzərkən binəva,Guşimə girdi ğeyibdən bir nidavü xoş səda,– Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Şol zaman kim, bətni-ümdə nütfeyi-mədfun idik,Əmri-bari ilə anda pərdeyi-pürxun idik,Qətreyi-naçiz idik, müdğə uyuşmuş xun idik,Kasəsin kəsr eyləmiş bir Leyliyə Məcnun idik,

Sərsəri idik əgərçi, talibi-biçun idik,Sə’y ilə dəryayə irmiş bir düri-məknun idik,Özümüz fərq etməyüb, dəm bəstəvü məhzun idik,Kuhi-təndə sə’y ilə Fərhad ilə hamun idik,Acizü zarü zəlilü müflisü mədyun idik,Dəstgir olmasa bir kani-kərəm, məğbun idik,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Adəmi-xakinin anladımsa tinü masini,Batil inkari gedər, fəhm et xəyalın xasini,“La’də qalma, sufiya, bil tövhidin illasini”,Uyma şeytani-ləinə, dinləmə vəsvasini,Yeni ğəmdən aça gör mir’ati-qəlbin pasini,Dəxi əşk içrə bulasan mənzili-ə’lasini,İbni-vəqt ol, alma dəhrin imruzü fərdasini,K-o bu dün hümmət fənanin şurü şər qövğasini,Göricək etsin gərək gərçəklərin də’vasini,Anladınsa, əhli-eşqin sözünün mə’nasini,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Aşiq ol, ol gül’zarın bülbüli-nalani ol,Can verüb yolunda sidq ilə qulü qurbani ol,Künci-ğəmdə dərdü möhnət mə’dənini kani ol,Keç fərağət təxtinə, gəl aləmin sultani ol,Ruzü şəb ol məhliqanın valehi heyrani ol,Baqidir sanma fəna darin, haman mehmani ol,Gər səadət küncini bulmaq dilərsən, fani ol,Kuyi-fəqr içrə gədalıq mülkinin sultani ol,Əhli-eşqin asitani babinin, dərbani ol,Baş açıq meydani-eşqin soyunub üryani ol,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Həmdlillah, irişib cananəyə can olmuşuz,Sər verüb meydani-eşqə girib üryan olmuşuz,

Qətreyi-naçiz ikən dəryayi-ümman olmuşuz,Fəxr edib dərvişligi aləmdə sultan olmuşuz,Təkyeyi-fanidə bir qaç gün ki, mehman olmuşuz,Də’viyi-xam etməziz, rahi-təəyyün bulmuşuz,Ey bəradər eşq əsrarilə heyran olmuşuz,Der isən kim, dəhr pirindən nəsihət almışuz,Irişib feyzi-ilahi bizə, təslim olmuşuz,Canü dil tərkin urub, meydani-eşqə gəlmişüz,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Pərdeyi-pindardən keç aləmin sultani ol,Hər gədayə şəfqət edib cani içrə cani ol,Cövhəri-əqli-məaindən çəkər gəl kani ol,Kuyi-eşqin sən dəxi bir başı açıq üryani ol,Nə reyi-yahu ilə doldur cəhani fani ol,Gah məstü gah əsrük bir məhin heyrani ol,Can verib eşq ilə yolunda qulu, qurbani ol,Baş açıq bir padşahın bəndeyi-fərmani ol,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Vəsfi-yarə, ey Xətayi, söz demək şanımdadır,Cilvələr qılmaq mənim təb’i-süxəndanımdadır.Həmdəmim, həmməşrəbim dərdü bəla yanımdadır,Yar içün ölmək mənim ayinü ərkanımdadır,On səkiz min aləmin əsması divanımdadır,Kainatın sabitati qəsrü eyvanımdadır,On iki şahzadənin imlası pünhanımdadır,Sayə salmış üstümə, mehri-dirəxşanımdadır,Mustafanın ümmətiyəm, sevgisi canımdadır,Həm Əliyyəl-Murtəzanın dərdi dərmanımdadır,Müftiyi-eşq öylə vermişdir bunun fitvasini:– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви