Badi-səba, mənim dərdi-dilimiOl büti-zibayə dedin, nə dedi?Ahü naləm asimana yetdiyinGərdəni minayə dedin, nə dedi?

Düşüb ayağına sən o zalımınSöylədinmi necəliyin halımın?Onun həsrətindən rəngi-alımınDöndüyün heyvayə dedin, nə dedi?

Görsə idin, varmı məni bimarəNüsxeyi-hüsnündə onun bir çarə;Dildə iztirabə, təndə buxarə,Sərimdə sevdayə dedin, nə dedi?

Qəm əlindən payi-bəstə olduğum,Halpərişan, dil şikəstə olduğum,Bəstəri-möhnətdə xəstə olduğum,Gözləri şəhlayə dedin, nə dedi?

Sərasər fələyin şəmsü mahına,Tamam yer üzünün qiblegahına,Zakirin əhvalın xublar şahınaAğlaya-ağlaya dedin, nə dedi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов