Bir laçın gözlünün sultani-eşqi
Bir laçın gözlünün sultani-eşqiKönül şəhrin alıb xeyli zamandı.Sori kuyi Kəbəm, qaşı mehrabım,Müshəfi-hüsnüdür dilimin andı.
Nə üz ilə əl çəkməyim vətəndən,Biganələr kimi baxaram gendən,Ədavət yolilə səg rəqib məndənBimürvətə hər nə dedi, inandı.
Əmanətim budur, ey badi-səhər,Dolanıb seyr elə aləmi yeksər,O üzüdönmüşdən mənə bir xəbərTezlik ilə yetir, cigərim yandı.
Hər yerdə bir təbib eşitdim, vardım,Tapmadım dərdimə dərman, axtardım,Nə mən öldüm bu möhnətdən qurtardım,Nə cövrü cəfadən dilbər usandı.
Cünun olur görən məstanə gözün,Nəməki söhbətin, məzəli sözün;Zakir neçə gündür itirib özün,Əvvəldən bir müddət yaxşı dayandı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-bir-lacin-gozlunun-sultani-esqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Стихи других поэтов · О любви
Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!