Əsib badi-səba, nümayan olduÇaki-giribandan bir bəyaz məmə;Şüai-şəms tək göz qamaşdırır,Mən görmüşəm bunun kimi az məmə.

Hər ikisi biri birindən göyçək,Nə öpmək mümkündü, nə də dişləmək;Təxt üstündə qoşa şahzadələr təkŞəklənib, oturub şahibaz məmə.

Gül qönçəsi kimi gülşən içində,Behişti-bərin tək məskən içində,Pirahən altında, çəpgən içindəHər dəm edər bir-birinə naz məmə.

Könül nə çəkərsən munca intizar?Sev bir ala gözlü, tər buxaqlı yar!Ömri-dübarədir, xoş səfası var,Gərəkdir kişiyə qışü yaz, məmə.

Aşiqlik cahilin ağzına gəndi,O kəsə meyl et ki, qədir biləndi.Nə qaim sorandı, nə dişləyəndi,Eyləmə Zakirdən etiraz, məmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе