Gözləyən kimsə gözüm, həqqi deməz ay sənə
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!Sən kimi, görüm onun çöhreyi-tabanımı var?Xali-hindusumu var?Zülfi-pərişanımı var?Bir sarı rənglicədir əvvəli əyri "nun" tək,Elə ki, keçdi iki-üç gün olur parə çörək.
Bəzi məclisdə qədin sərvü sənubər oxunur,Tanrı bilsin ki, bu saf, qamətinə şər oxunur.Qamətin kimi onun afəti-dövranımı var?Əzmi-cövlanımı var?Seyri-xuramanımı var?Bağ kənarında əkər bağiban ani tək-tək,Mundan ötrü ki, kümə məsrəf olur tirü dirək.
Zülfünə sünbülü-tər kim ki, desə, ölməlidir,Urula payına zəncir gərək kim, dolidir.Sünbülün səfheyi-rüxsar üzə dövranımı var?Ənbər əfşanımı var?Nəkhəti-rizvanımı var?Bir ələfdir ki, yeyər daim onu atü eşək,Əvvəlki kahi-təbəh, axırı biqürb təzək.
Müddəilər gözünə nərgisi-fəttan dedilər,Kim inanır bu sözə, göz görə böhtan dedilər.Nərgisin çeşmi xumarın kimi məstanımı var?Tiği-bürranımı var?Naveki-müjganımı var?Yaz olur, həqdi, bitər bir şeyə olmaz o gərək,Əqli zad kəsməz uşaqlar yığar ani tək-tək.
Ağzını duş biri qönçəyə nisbət söyləmiş,Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş.Qönçənin ağzı nədir, ləfzi-dürəfşanımı var?Ləli-meygunumu var?Gövhəri-qəltanımı var?Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək,Dağılır hər vərəqi bir tərəfə bad əscək.
Nə rəvadır, ləbi-ləlin meyi-gülfam olsun,Onu bədnam qılanlar özü bədnam olsun.Ləli-nabın tək onun duzluca xəndanımı var?Abi-heyvanımı var?Dərdlərə dərmanımı var?Əsli zatı bu ki, bir bistilik ənguri-tənək,Quyşaq üzüm suyu, sərmənzili bir saxsı sənək.
Şikəmi-əbyəzinə kim ki, desə pərqudur,Qeyri-eşşək dəxi hacət deyil, eşşək budur.Mundan ötrü qu bir ağ quşdu, adı-sanımı var?nafi-fincanımı var?Höqqeyi-pünhanımı var?Bir deyən yox ona: ey hərzəvü biməğzü dəbəng,Nə münasib şikəmi-əbyəzə bir çəngə sümək.
Vurun ağzıma, desəm limu əgər püstanə,Ol iki qübbeyi-nur, tazəvü tər püstanə.Eyşü nuşində onun ləzzəti-ruhanımı var?Səhni-meydanımı var?Zövqi-firavanımı var?Özü bədşəkl, ağızda təmi manəndeyi-zəg,Bir atın qiyməti olmaz kişi satsa yüz ətək.
Ziynəti-kuyini gərdünə bərabər deyənin,Cırasan ağzını min guşəyə ol bədsüxəninKi, göyün, hərzə kişi, lölöi-mərcanımı var?Düri-məknunumu var?Ləli-Bədəxşanımı var?Sanıb əncüm güvənir həqdi-gəhi-tasi-fələk,Çərx miratına yerdəndi düşüb əksi-çiçək.
Qoyma kuyində rəqib höccəti-bica tutsun,Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.Zakirin kimi onun sövti-qəzəlxanımı var?Təbi-mövzunumu var?Şeiri-nümayanımı var?Eşidən incir onun tərzi-nəvasın, bişək,Şivesi cəngü cədəl, naleyi-əfğanı kənək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-gozleyen-kimse-gozum-heqqi-demez-ay-sene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsib badi-səba, nümayan olduÇaki-giribandan bir bəyaz məmə;
İllər ayrısıyam, gəl qucaqlaşaqİllər ayrısıyam, gəl qucaqlaşaq,Sevdiyim, şikayət zamanı deyil.
İstərəm ki, varım yarın kuyinəİstərəm ki, varım yarın kuyinə,Şikvə edəm qəmi-pünhan əlindən.
Yalvardım səbayə: şərh et halımıYalvardım səbayə: şərh et halımı,Yolun düşsə, çeşmi-xumar yanında.
Стихи других поэтов · Сатира
Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
Görüncə şəxs bir ərbabi-sərvətin üzünüКто видит богача бесстрастное лицо -Тот видит низости ужасное лицо!