Lövhi-cəbinində katibi-qəza
Lövhi-cəbinində katibi-qəzaİki "nun" çəkibdir ağın üstünə;Müjganın sayəsi yırtıb üzünü,Qan tökülüb gül yanağın üstünə.
Müsəlsəl geysulər ruxi-al üzrə,Bir buluda bənzər məhcəmal üzrə,Pərtövi-hüsnündür xəttü xal üzrə,Yoxsa gün düşübdür dağın üstünə?
Ey dil, həzər eylə, zənəx çahından,Keçmək olmaz zülfün güzərgahından,İqdi-şəbnəm deyil, bülbül-ahındanŞərarələr yağmış bağın üstünə.
Hicran ləşkərinə könül divanıOlubdur bir möhkəm qələvü barı,Hüsnün sər-əsgəri, vəslin sərdarıHaçan gələ bu sığnağın üstünə.
Nə qədər var idi təndə ixtiyar,Gəlmədin, ta oldum zarü biqərar,Bari ölən dəmdə, ey lalə-üzar,Gəl Zakiri-sinədağın üstünə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-lovhi-cebininde-katibi-qeza
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.
Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmişTökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş,Pərişanlıq görüb badi-səbadən tündxulənmiş.
Üzvi-əzayi-xublərə padişah zülfÜzvi-əzayi-xublərə padişah zülf,Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf,
Üzünü görsə əgər gərblər iymanə gəlirÜzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.
Стихи других поэтов · О природе
Gələcəyəm sənə qonaqQaranquşlar qayıdanda.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Maxmurova üçünMəxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Yarpaq yağışıYarpaq yağışınatutdum könlümü,