Allahdan gəlir
Şeir var xoş sözdən, xoş bir baxışdan,Şeir var nifrətdən, qəzəbdən doğur.Şeir var gözlərdən yağan yağışdan,Ürəyi göynədən əzabdan doğur.
Hər sətrin öz ruhu, öz təbiəti,Ruhunda çəməni, çölü doğulur.Şeir var heç zaman çəkmir diqqəti,Xəstə bətnlərdən ölü doğulur.
Şeir var yolunda şəhid olmuşam,Varaqlar üstünə tökülüb qanım.Hər sətir başında ölümə tuşam,Mənim öz qəbrim var, öz qəbristanım.
Şair dodağından dürr tökülür, dürr,Vergi nə saraydan, nə şahdan gəlir.Ölən şeirlərim özümünküdür,Qalan şeirlərim Allahdan gəlir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-allahdan-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşitdim Krıma gəlmisən. Həmişə bizim olan, indi bizimolmayan Krımal Özü də Azərbaycandan gəlmisən. Bu şad
Zəlimxan Yaqubun cavab məktubuMöhtərəm Çingiz ağalSəndən gələn məktuba cavab yazıram. Sənə yazdığım
Niyə ağlayırsan, ağlayan qaya?Niyə ağlayırsan, Ağlayan qaya,Dünyanın ən ağır qayğılarını
Çingiz Dağçının Qayadan gələn səsiMən burdaydım dünya binnət olandan,Mən burdaydım dünya cənnət olandan.