Aşıq Kamandarla
Zəlimxan Yaqub
Dünya bülbüllü bir bağdır,Sən ötməsən, mən ötmərəm.Bu sehrdən, bu sevdadanSən getməsən, mən getmərəm.
Aşıq Kamandar
Bu dünya bir güllü bağdır,Sən açmasan, mən açmaram.Öz ətrini bənövşətəkSən saçmasan, mən saçmaram.
Zəlimxan Yaqub
Biz bir eşqin butasıyıq,Gülü gülə tutasıyıq.Bir çəməndə bitəsiyik,Sən bitməsən, mən bitmərəm.
Aşıq Kamandar
Hikmət var, hikmət doludur,Ulusdan, eldən uludur.Mənim yolum haqq yoludur,Sən çaşmasan, mən çaşmaram.
Zəlimxan Yaqub
Qalalar var, yapan mənəm,Qayalar var, çapan mənəm.Səni məndə tapan mənəm,Sən itməsən, mən itmərəm.
Aşıq Kamandar
Halallıq axsa qanından,Od törəyər od canından.Həqiqətin meydanındanSən qaçmasan, mən qaçmaram.
Zəlimxan Yaqub
Tər çiçək ollam yazına,Gümüş tel ollam sazına.Zəlimxanam, murazınaSən yetməsən, mən yetmərəm.
Aşıq Kamandar
Kamandaram həvəsində,Yurd-yuvam var nəfəsində.Ariflərin məclisindəSən coşmasan, mən coşmaram!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-asiq-kamandarla
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Haqqı axtaranlar gəlsin yanıma,*Haqqın, ədalətin əsasıyam mən.*
XanlarımAşıq Xanlar Məhərrəmovun xatirəsinə*Ayazlı bir qış axşamı,
Qağa yuxuma girdiUnudulmaz şairimiz*Hüseyn Arifin xatirəsinə*
Məmməd Araz işığıDostum Mikayıl Mirzə ilə birlikdə sevimli Xalq şairimiz*Məmməd Arazın Novruz bayramını təbrik etmək üçün ustadın*