Bahar gəlir, nazlı bahar,Saçlarıma sığal çəkən mehdə gəlir.Nur damlası, dürr damlası, canlı həyat,Gözlərimə işıq verən şehdə gəlir.Müjdə verən qaranquşun qanadında,Bülbüllərin vurduğu cəh-cəhdə gəlir.Arıya bax, darıxıbdır çiçək üçün,O, çiçəyə, o, şirəyə şehdə gəlir.Bahar ayaq basan yerdə kədər olmaz,Bahar gəlir ömrümüzə,Sevgidə, fərəhdə gəlir.

2001, 21 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе