Gəldi Bakıya,min cürə sifətləri gördü,Tez-tez dəyişənimzaları, xətləri gördü,Üst-üstə yığılançəkilməz dərdləri gördü,Millətə dərd verənnə qədər namərdləri gördü,Üzüdönükləri gördü,Çəkilməz yükləri gördü,Məzlumları, miskinləri gördü,İnsan cildinə girmiş cinləri gördü,“Can-can” deyənləri görməkçətin oldu,“Qan-qan” deyənehtirasları gördü.

Nə qədər matəmləri,yasları gördü.Gördü bu böyük insan,gördü, hər şeyi gördü,Millətin sinəsindənqalxan ahı, fəryadı,Millətin ürəyindəsızlayan neyi gördü.Gəl indi gəmi yarat,Nuhun gəmisi kimi,Salamat keç tufanın,qasırğanın yanından,Qurtar bu məmləkətizamanın tufanından,Dil tap yağışla, qarla,danış qasırğalarla.Fələk də baş açmayanbu kələfi aç görüm,Düyünlənmiş sirlərinpəncəsindən qaç görüm,Ağlayan uşaqlaralayla çal, kirit görüm,Səndən ümid gözləyənşikəsti yerit görüm,Dərmanı tapılmayanxəstəni sağalt görüm,Sarğı yoxdu, əlinləyaranı bağlat görüm,Karın qulağını aç,kor gözlərə işıq ver,Xaraba bir ölkəyənizam tap, yaraşıq ver.Göz açmağa aman yox,dalğa-dalğa çən keçir,Gəl indi bacarırsankoru körpüdən keçir.Umu-küsüləri kəs,ruhu sıxmasın qəfəs,Ayılt bir az keyləri,silkələ lakeyləri.Böyüklük qəlbə bir yük,zamanın üzü dönük,Bu qarışıq zamandaSeç-ayır bir-birindənyaxşıları, pisləri,Tanı görüm yaxındansafları, naqisləri.Batan gəmini qurtar,dayandır axan qanı,Qasırğanı cilovla,ram elə bu tufanı,Qır qıcanan dişləri,Bir az sahmana düşsünbu ölkənin işləri.Seç, öyrən, ayırd eləişini, əməlini,Yığ bir evin altınaağıllını, dəlini,Çalxalanmış sularaduruluq, saflıq gətir,Cəmiyyətə təmizlik,ruha şəffaflıq gətir,Özünə dincəlməyi,yatmağı haram elə,Parçalanmış torpağıbütövləşdir, tam elə,Bunlar hamısı arzu,bunlar hamısı istək,Yollar daşlı-kəsəkli,havalar da çən, çisək.

Daşla üz-üzə qoyub,“Daşı dindir” — dedilər,“Üşüyən ürəklərigəl isindir”, — dedilər,Ölkəyə od vuranlar“Odu söndür” dedilər,“Qumu göyərt gül açsın,külü yandır”, — dedilər.İndi hünər istəyirbu dövləti saxlamaq,“Bizi öz hünərinəgəl inandır”, — dedilər,Qardaş qanı tökənlər“Qanı saxla”, — dedilər,“Bu əsri, bu zamanı,gəl qabaqla”, — dedilər,Öhdəsindən gəl görüm,xeyir də çox, şər də çox,Çatmalı arzular da,görməli işlər də çox.Axır ki, bircə dəfəbir insaf elədilər,Onun böyük gücünüetiraf elədilər.

Döyüşə gir, Vətən oğlu,ver düşmənin cavabını,Sakit olmaq vaxtı deyil,döyüş yeri, qan yeridi.

İstəyirsən bu millətinməğrur qəddibükülməsin,İgidə bir hünər vaxtı,şəhidə meydan yeridi.

“Qurban olum” — demək ancaqquru sözdü, yalvarışdı,Oğul üçün imtahandı,keçmək üçün can yeridi.

Daldalara çəkildinsə,qaranlıqdan çıxmazVətən,İgidlərin açıq alnı,günəş öpən dan yeridi.

Gözdə qoyma parçalanmışbir torpağın arzusunu,Burulğandan çıxmaq üçünən müqəddəs an yeridi.

Ulu öndərl Ana millətsəndən umur xilasını,At imzanı tarixlərə,şərəf yeri, şan yeridi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов