Bədbəxtin ağısı

Bəxtimi tanımaq istəyirəm mən,Falçı danışdırın, fal açın mənə.Yollarım yoxuşa dirənib qalıb,Yaradan özü bir yol açsın mənə.

Yandırmaq istədim, yanmadı bu şam,İşıq gözləmişəm hey səhər-axşam.Min dəfə Allaha ağız açmışam,Tanrı qismətimi bol açsın mənə.

Mən kiməm, kimim var, kim qulaq asa,Əridim, süzüldüm, qarışdım yasa.Bəxtimin qolları qucaqlamasa,Qəbrimin torpağı qol açsın mənə.

2002, 7 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви