Çox uzatma məktubların arasını,Qaşla gözün arasını bilmək olmur.Bu həyatda bizə düşən səadətin,Bütövünü, parasını bilmək olmur.

Baş açmıram ağladırmı, güldürürmü?Yaşmı verir, göz yaşını sildirirmi?Dünya bizi sağaldırmı, öldürürmü?Məlhəmini, yarasını bilmək olmur.

Bulaqların sərinliyi qalır hələ,Dənizlərin dərinliyi qalır hələ,Arzuların şirinliyi qalır hələ,Bu dünyanın sonrasını bilmək olmur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов