Bu şeirin ilk dinləyicisiHəsən Əziz oğlu Həsənova

Qulaqlarım sükutun,səssizliyin pasında,Gözlərim ayrılığınnisgilində, yasında.Qalmışdım Qərib kimiyolun tən ortasında,Səs gəldi qulağıma:yaxşı-yaxşı bax, götür,Atımın dırnağındanbir ovuc torpaq götür!

Arxadan Xızır adlı,xilaskar atlı gəldi,Yetişdi harayıma,nurdan qanadlı gəldi,Yorğun yolçuya dünyaşəkərdən dadlı gəldi.Əmr eylədi, qəlbinioda, közə yax, götür,Atımın dırnağındanbir ovuc torpaq götür!

Aşiqlik yollarındahaq verən dərsi keçdim,Çıxdım oddan-alovdan,əridi qar, su, keçdim.Yaxaladım Tiflisi,addadım Qarsı keçdim,Səs gəldi qulağıma:səsdən qanad tax, götür,Atımın dırnağındanbir ovuc torpaq götür!

Evdə səni gözləyənkor olmuş bir ana var,Canında can yanğışı,qəlbində qəmxana var,Əriş-arxacı solmuş,sökülmüş bir xana var.Ovcunu qayalaraşimşək kimi çax, götür,Atımın dırnağındanbir ovuc torpaq götür!

Yanımda bir kimsə yox,bu səs hardan gəlirdi,Hansı eldən-obadan,nə diyardan gəlirdi?Bəlkə, buluddan qopub,səmalardan gəlirdi.O səs mənə deyirdi:haqqa əyil, haqq götür,Atımın dırnağındanbir ovuc torpaq götür!

Bu səs torpaq həsrətigörənlərin səsiydi.Bu səs torpağa bağlıərənlərin səsiydi.Görürdüm o torpağı,baxdım onun rənginə,Bu dünya gözlərimdədöndü gül çələnginə.

Qəriblər qürbət eldəndöndü, vətənə döndü,Yetişdi göy zəmilər,sünbüllər dənə döndü.Əllərimin içindəyaz dindi, qış danışdı,Doğan günəş, düşən nur,yağan yağış danışdı.Qürbətim vətən oldu,yurdum-yuvam dəyişdi,Bir az içim duruldu,bir az havam dəyişdi.Yol çəkən gözləriminqarasıydı, ağıydı,Götürdüyüm o torpaqBorçalı torpağıydı!

Anamın gözlərinindərmanı, sürməsiydi,Çeşmənin zümzüməsi,çayın hönkürməsiydi.Tarixin həqiqəti,həqiqətin səsiydi,Qorqud nəfəslilərinoxuduğu dualar,Oğuz ərənlərininisitdiyi yuvalar,Qopuz qoruyanlarınyaşatdığı havalar,Bir xalqın, millətin yox,bir dünyanın bəsiydi.Ruhum ölməz ruhlarınsağlamıydı, sağıydı.Götürdüyüm o torpaqBorçalı torpağıydı!

Qaladığım ocaqdayollar qızınmamışdı,Hələ Sınıq körpününürəyi sınmamışdı.Yağlıcadan Loruyadərdimizin dərmanı,Nə Nadir şah var idi,nə də şahın fərmanı.İndi mənim olmayano zaman mənim idi,Suyum, havam, çörəyim,sünbülüm, dənim idi.Qarayazı, Qaraçöpçölüm, çəmənim idi,Südüm, sümüyüm, mayam,ruhum, bədənim idi.Şeyx Sənan dağları,Başkeçid yaylaqları,Gümrünün bulaqları,Ürəyimin təpəri,gözlərimin yağıydı.Götürdüyüm o torpaqBorçalı torpağıydı!

Yolu uzun, dolaşıq,qisməti az, bəxti kəm,Canda yolların tozu,ürəkdə dərd, gözdə nəm.İllər həsrəti çəkdim,mən Qərib, o Şahsənəm,Qəlbimizin qubarı,sinəmizin dağıydı.Götürdüyüm o torpaqBorçalı torpağıydı!

Tarixə pərdə çəkib,adını dəyişdilər,Aşına ağı qatıb,dadını dəyişdilər.Doğmasına yad deyib,yadını dəyişdilər.Qəmgin edib, qəm verib,şadını dəyişdilər.Onda hələ o yurdunbəxtəvərlik çağıydı,Götürdüyüm o torpaqBorçalı torpağıydı!

Onda hələ Göyçətəkgözüm tökülməmişdi,Onda hələ Şuşatəkqəddim bükülməmişdi.Onda Qarabağ kimibağrım sökülməmişdi.Onda hələ yağılarüstümə gülməmişdi.Soyum Qıpçaq soyuydu,dağım Tanrı dağıydı.Götürdüyüm o torpaqBorçalı torpağıydı.

2003, 18 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине