Borc alaram
Baxışların şölə salsın üstümə,Üzdən gülmə, ürəkdən gül, ürəkdən.Ömrüm-günüm sevincinlə bəzənsə,Qorxum olmaz qasırğadan, küləkdən.
Gözü nurlu, qəlbi təmiz olanda,Ağlı dərya, eşqi dəniz olanda,Canan gəlib candan əziz olanda,Seçəmmirəm mən insanı mələkdən.
Yaraşıqdı gün bahara, gün yaya,Çay yaranıb dağa-daşa ün yaya.Matəm üçün gəlməmişəm dünyaya,Sevinc üçün açılmışam bələkdən.
Nemətimiz şirin-şirin yeyilsin,Bar altında bucağımız əyilsin,Elə yaşa, sən köçəndə deyilsin,Saray yapdı xoş arzudan, diləkdən.
Günəş ollam, sürünmərəm çən kimi,Üyünmərəm dəyirmanda dən kimi.Ölərəmmi, məni duysan mən kimi,Bir ömür də borc alaram fələkdən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-borc-alaram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bivəfa yarə könül versə vəfadar əbəs,Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən