Borçalı harda yerləşir
Bu sualı verən nadürüstə cavab
Arzumuzun nübarında yaşayır,Könlümüzün qubarında yaşayır,Əlimizin qabarında yaşayır,Alnımızın tərindədi Borçalı!
Can odu var ocağında, külündə,Göz nuru var günəş öpən gülündə.Çəmənlərin məxmərində, tülündə,Çiçəklərin zərindədi Borçalı!
Qoca gördüm, saçlarına qar dedim,Könül verdim, gözəlinə yar dedim.Yer üzündə səkkiz cənnət var dedim,O cənnətin birindədi Borçalı!
Taleyində bir qıcanmış diş görür,Sinəsini güllələrə tuş görür.Qazan asır, ocaq çatır, iş görür,Xeyrindədi, şərindədi Borçalı!
Beyni kütə, ağlı aza görünməz,O bir dərddi, kefi saza görünməz,Hər naşıya, hər dayaza görünməz,Könlümə bax, dərindədi Borçalı!
Həm özünə, həm adına qurbanam,Həm duzuna, həm dadına qurbanam.Neçə-neçə Fərhadına qurbanam,Neçə-neçə Şirindədi Borçalı!
Nə bir alçaq, nə bir yağı tərpədər,Nə bir kökü, nə bir tağı tərpədər,Bir nərəsi yeddi dağı tərpədər,Tərpənməyib, yerindədi Borçalı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-borcali-harda-yerlesir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könüllər titrədən nəğmələr oxu,Naxışlar tacından xalılar toxu.
Gözəllər gözəliİstanbula baxmağa,İki min göz gərəkdir, iki gözdən kar aşmaz.
İstanbul qızıİstanbul qızının teli darandı,Dedi: – Gözəldimi?
İstanbulda quşlar qondu çiyniməİstanbulda quşlar qondu çiynimə,Aman Allah! Quşlara bax, quşlara.
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır