Ömür-gün səhrasında,Səfil olan canımız.Qəzası, müsibəti,Qəfil olan canımız.

Həyat bir udum nəfəs,Dünya beşgünlük həvəs.Hər yanı zindan, qəfəs,Qıfıl olan canımız.

Enib dərdin şəhrinə,Düşüb qəmin qəhrinə,Sehrbazlar sehrinəTifil olan canımız.

Ölüm ahıl, biz çağa,Boğaz yemdi bıçağa.Axır beş arşın ağa,Təhvil olan canımız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов