Kökündən qopan ağac
Səs aparır beynimi,Səs aparır başımı.Şil-küt edir zərbələr,Duyğumu, yaddaşımı.Səs-küydən qulaq batır,Yaman taqqataraq var.Meşələri qırmağa,Yağıda bir maraq var.Elə bil ki, bu meşəQırılıb tükənəndə,Ağ günə çıxacaqlar.Daha bilən yoxdu ki,Qırqovulsuz, turacsızNecə darıxacaqlar!Qırılan budaqlara,Qaralan ocaqlara,Bir damcı sudan ötrü,Quruyan dodaqlara,Həsrət ilə baxanda,Ağı deyib, ağlayıb,Göz yaşı sıxacaqlar!Səs aparır beynimi,Baltalar işə düşür,Çökə əsir, titrəyir,Meşə təşvişə düşür.Qalıb burda hər ağacÖz başının hayına.Necə göz yaşı tökür,Baxın ağcaqayına!
Aparırlar fıstığı,Aparırlar vələsi.Palıdı yıxmaq üçün,Hər kəsin öz fəndi var,Hər kəsin öz tələsi.Çoxunun gözü qalıb,Minillik bir palıdda.Kökü dərinlərdədir,Budaqları buludda.Biri beldən yapışır,Torpağı eşmək üçün.Biri külüng gətirir,Köklə qolboyun olmuş,Qayanı deşmək üçün.Biri balta gətirir,Gövdəni didir, kəsir.Biri zəncir gətirib,Sürüməyə tələsir.Heç kəsin gücü çatmır,Bu dağlar nəhənginiYerindən oynatmağa!Görkəmiylə bənzəyirDağ döşündə bir dağa!Nə qədər vuruşurlar,Nə qədər əlləşirlər,Nə külüngdən, nə beldən,Nə baltadan kar aşmır.Əhsən! Qocaman palıd,Yollar boyu sürünmək,Ocaqlara çatılıb,Tüstülərə bürünməkŞöhrətinə yaraşmır!Palıd öz yerindədir,Mən səni düşünürəmKökündən qopan ağac!
Qolunu, budağını,Yağılar çapan ağac!Hər kəsilən şah budaq,Bir quruyan bulaqdır.Onu kəsən, doğrayanBu hisdən, bu duyğudan,Düşüncədən uzaqdır!Ağlayıram halına,Kökündən qopan ağac.Sən təkcə ağac deyil,Gözəlliksən, işıqsan,Yurduma yaraşıqsan.Nəğmənin şirinisən,havanın sərinisən,Köklərin dünənimdi,Budaqların sabahım!Səni sındıranların,Səni yandıranların,Əməlini görəndə,Göylərə çıxır ahım!Kökündən qopan ağac!Dinlə mənim dərdimi,Dinlə axıra kimi.Məni də bir zamanlarSənin gününə salıb,Torpağımdan, daşımdan,Qoparmaq istədilər.Sərvətimi, varımı,Karvan-karvan daşıyıb,Aparmaq istədilər.
Gördü bizim oğullar,Gedər-gəlməz yolları!Gördü bizim analar,Üzə gülməz yolları!
Hər insan taleyindənBir şah əsər yaranar,Əgər dindirən olsa,Bu danışmaz, bu dinməz,Bu dilbilməz yolları!Qanımızı içənlər,Şimşək olub çaxdılar,Doğradılar, kəsdilər!Bizə də sənin kimi,Külək olub əsdilər.Varım-yoxum nə varsa,Düşmən böldü, payladı.Özündən çox razıydım,Payı artıq düşəndə,Qonşunu da hayladı!Çox sağ olsun, mənə də,Mənim öz sərvətimdən,Dağ böldü, dərə böldü.Bu müqəddəs Vətəni,Biz min yerə bölmüşdük,Yad iki yerə böldü.Qoy çağırsın nəvələr,Bu gün babalarını.Sorğu-sual başlasın,Kim qoruyub VətəninQeyrətini, arını?Bu xalqın tarixindəKim olub qara ləkə?Hər kəs öz günahını,Boynuna ala, bəlkə.
Kimlər kimi qırdılar,Kimlər kimi əydilər?Nə qırğınlar olardı,Nə o qanlar düşərdi,Dünən uzağa baxıb,Bu günün taleyiniDüşünə bilsəydilər!Yığılsın bir məclisəFətəli xan Qubadan,İbrahim xan Şuşadan,Cavad xan da Gəncədən.Görək nə qazanıblar,Bir-birinə verilənƏzabdan, işgəncədən.Gəlsin Naxçıvan xanı,Gəlsin Lənkəran xanı.Dağ xanı, aran xanı,Baş qaldırsın məzardan,Qaldıranlar, yıxanlarAzərbaycan xalqını.Dilə gəlsin bu xanlar,Vaqifi də çağırın,Enib gəlsin Şuşadan.Görək o nə danışır,Bu qanlı tamaşadan.Şairin qəlbindədir,Sözün doğrusu, düzü,O desin həqiqəti,Kim başa töhmət olub,Xalqın, elin yanında,Kimin ağ olub üzü!Əl altından elçilərHardan hara gedirdi.Bir xanı saxlamaqçün,Bir xanlığın sərvətiYüz ölkəyə paylanır,Min diyara gedirdi.Pay-pay olan bu sərvətBabamın alın təri,Üzüyümün qaşıydı.
Bacımın alın təri,Anamın yaddaşıydı!Özümüz dura-dura,Özgələrdən umurduqHər köməyi, arxanı.Allah da qoruyammazÖz-özündən qorxanı!Nə zaman özümüzdənHürküb qorxuya düşdük,At oynatdı xəyanət.Kimimiz odda yandıq,Kimimiz suya düşdük.Yanmazdıq, yandırdılar,Donmazdıq, dondurdular.Savaşlar meydanındaTəklənmək nə deməkdir?“Mənəm”lik havasıylaYüklənmək nə deməkdir?Öz doğma qardaşındanŞəklənmək nə deməkdir?Çətin başa düşərdik,Yaxşıca başa salıb,Yaxşıca qandırdılar!Düşmənimin əliyləGecə kəsilən zamanİbrahim xanın başı,Üzürdü qan gölündə,Oğlu, qızı, arvadı,Özü ilə yanaşı!Baxıram qəmli-qəmli,Yenə əlim qələmdə,Yenə gözüm varaqda.Təbriz yaslı-yaralı,Dərbənd məndən uzaqda,Dərbənd məndən aralı.
Borçalı da uzaqda,Göyçə qarda, sazaqda.Özgələr ortadadır,Özümüzsə qıraqda!Qarşısında diz çöküb,Ziyarət eləsək dəBabaların qəbrini,Bu gün yaman çəkirikO səhvlərin altını,O günlərin cəbrini.Deyirəm bir işə bax,Tüstüsü göz çıxardanO rəzil keçmişə bax!Dünyanın düz vaxtındaKim mənə sahib olub,Kim mənə yiyə çıxıb.Mən ki, çağırmamışdım,Görəsən bu qonşularYuyulmamış qaşıqtəkOrtadan niyə çıxıb?!Gözlərim baxa-baxaMəzarımı qazanlar,Tariximi, bəxtimiQara xətlə yazanlar,Görən başa düşmürmüDoğmaca qardaş nədir?Qəlbi üzən intizar,Gözdən axan yaş nədir?!Təbriz! Təbriz deməkdənDillər qabar bağladı,Həsrət nə qədər olar?!Gözlə! – deyir gələcək,Möhlət nə qədər olar?!Səttarxanı öldürüb,Təbrizə qan qusduran,Şəhriyarın dilindəDanışanı susduranTəhqir nə qədər olar,Töhmət nə qədər olar?!Cinayətin köküylə,Əlbir olub canilər.Bu günün özündə dəBir-bir sıradan çıxırYeni Pişəvərilər,Yeni Xiyabanilər!Nə olsun yaşamışam,Nə olsun ölməmişəm,Aradan illər keçib,Hələ o zərbələrdənÖzümə gəlməmişəm!Ax dünənim, dünənim,Od əlində alışıb,Yad əlində sönənim!Tarix yazmaq istəyirBugünkü tarixçilər.Gəlsin, köməyə gəlsin,Yeddi arxa dönənim!Siz ey tarix yazanlar,Elə yazın yazanda,Həqiqətə, doğruya,Bir sərhəd qoyulmasın.Nəsiminin dərisi,Soyulub, tarix olub,Tariximin dərisiYenidən soyulmasın!Orda düz göstərilsinGünahımla savabım.Orda aydın görünsünSevincimlə əzabım.Hər kim düşmək istəsə,Bu sirrin sorağına,Düz gəlsin, dolaşmasın,Sualımla cavabım.Elə yazın yazanda,Qoy tanısın yeriniMənə diş qıcayanlar!Yaxşıma örtük olub,Yamanımı yayanlar!Dalğama ləpə deyən,Dağıma təpə deyən,Dənizimə göl deyən,Ocağıma kül deyən,Dünyanın harasındaAlçaq var, yaramaz var,Ağlı, fikri dayaz var,Bu kitabı görəndəQoy utansın özündən.Azərbaycan söhbətiOrtaya düşən kimi,Qara pərdə asmasınİnsanların gözündən!Yadınızdan çıxmasınKökündən qopan ağac.O ağac Müşfiqiydi,Ayırdılar bu gündən!O ağac Cavidiydi,Endirdilər baltanıGövdəsindən, kökündən!O ağac Cəfəriydi,Qəlbini sındırdılar!Barlı budaqlarınıŞaxladılar, qırdılar!O ağac Vurğunuydu,Getdi əlli yaşında!
Xərçəng yuva bağladıÜrəyinin başında!Təzələyək söhbəti,Kökündən qopan ağac.Elə bilirsən xataTək sənin başındadır.Xata başı bəlalıVətənin başındadır!Mənim doğma VətənimBayaq xatırladığımO qocaman palıddı!Bir tərəfi Günəşdi,Bir tərəfi buluddu.Bu palıdı kökündənQoparmaq istəyənlərQopara bilmədilər.Aparmaq istəyənlərApara bilmədilər!Kökünü də qazdılar,Qolunu da kəsdilər,Yerindən tərpətməyəNə qədər can atdılar,Nə qədər tələsdilər,Bacara bilmədilər!Böyük həqiqətimdənBac ala bilmədilər!Mənim qoca palıdım!Başımı kəssələr də,Mən daha innən beləSənin bir budağınıKəsilməyə qoymaram!Adını bircə pilləƏskilməyə qoymaram!İstər əli baltalı,Əli zəncirli gəlsin,İstər başı havalı,Ürəyi kirli gəlsin.Hər gələnin əlində,Külüng olsa, bel olsa,Hər qızışan siyasətTufan olsa, sel olsa,Qarşısında mən varam!Sənin bircə tükünüƏsib keçən yellərə,Pay olmağa qoymaram!Yadlar şimşəyə dönsəYurdumu çapa bilməz!Azərbaycan torpağıKökünün üstündədir,Kökündən qopa bilməz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kokunden-qopan-agac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
هیچ میدانی تو هر طفلی که آید در جهاناز چه توأم با عُوَیل و ضَجه و زاری بُوَد
Dünyada heç igid yoxsul olmasınDünyada heç igid yoxsul olmasın,Yoxsulluq igidə yaman ad olu.
AğlasınƏzrayıl gəlib canım alanda,Anam, bacım qara geyib ağlasın.