Dünyadı
Qayğısı var, əzabı var,Öz haqqı, öz hesabı var.Oxunmamış kitabı var,Sirli-soraqlı dünyadı.
Qalaları qədim, ulu,Sandıqları sirlə dolu.Sona çatan deyil yolu,Min bir bucaqlı dünyadı.
Hər babanın nəvəsi var,Hər gedənin əvəzi var,Yaratmağa həvəsi var,Oğul-uşaqlı dünyadı.
“Bir atı var Alapaça”,Güclü cavan, aqil qoca.Yerdən dərin, göydən uca,Köklü-budaqlı dünyadı.
Məhəbbəti qışlı, yazlı,Gah dərinli, gah dayazlı,Buz baxışlı, sərt ayazlı,İsti bucaqlı dünyadı.
Göy yamaclı, qızıl yallı,Ağ çiçəkli, qara xallı.Köhlən atlı, gümüş nallı,Yaşıl yaylaqlı dünyadı.
Dağ uçurar, qaya çapar,Gözə girər, gözdən sapar.Gah itirər, gah da tapar,Əli çıraqlı dünyadı.
Soraq apar çağdan-çağa,Çıx zirvəyə, boylan dağa.Dəyər min il yaşamağa,Dünya maraqlı dünyadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dunyadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arzulara çatmaq üçünZaman bir at verdi mənə.
Zəlimxan, ruhun var güldə, çiçəkdəQabarıb çəkilən dəniz ömrümünDənizi çəkilər, adası qalar.
SözQarşımda varaqdı, əlimdə qələm,Sözün bölümündə, bölgəsindəyəm.
Yaddaşım mənim yox, yaddaşlarındıQələmim yük tutub halal mayadan,İlhamım nə sükut, nə lallıq bilir.
Стихи других поэтов
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Sərasər bir yerə yığılsa xublarSərasər bir yerə yığılsa xublar,Sənin bir muyinə tay ola bilməz.