Min-min kitab yazılır,Bir şamın işığında.Hər kitab bir ocaqdı,İlhamın işığında.

Halal sünbül, halal dən,Maya tutur halaldan.Qüvvət alır əl əldən,Salamın işığında.

Dönür sərvətə, zərə,Batır müşkə, ənbərə.Vəhy gəldi peyğəmbərə,Kəlamın işığında.

Dərd gəlsə qucaq-qucaq,Düşmə sevgidən qaçaq.İnsan xoşbəxtdir, ancaqİnamın işığında.

2005, 1 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов