Neçə gündü içimdə bir qaranlıq gecə var,Üzünə daş yamanıb, doğmur Ayı, Günəşi.Heç özüm də bilmirəm burda nə bilməcə var,Elə bil söndürüblər qəlbimdəki atəşi.

Yol versin sinəsində yeriyəndə yer mənə,Axtarım öz ömrümün ulduzunu, ayını.Gülüşü güllər saçan gündüzləri ver mənə,Allahım! Çox eyləmə gecələrin sayını!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов