Ruhumuza sığal vurar, rəndə çəkər,Kənd yerində korun-korun yanan ocaq.Duyğumuzu kökə bağlar, rəndə çəkər,Kənd yerində korun-korun yanan ocaq.

Söhbətini işlədərik qənd yerinə,Min illərlə möhür olan kənd yerinə.Dönər bizim dilimizin and yerinə,Kənd yerində korun-korun yanan ocaq.

Dövrəsində neçə oğul-qız saxlayar,Yaddaşında babalardan söz saxlayar.Yolçulara kül altında köz saxlayar,Kənd yerində korun-korun yanan ocaq.

Düz otuz il işığından düşdüm uzaq,Yurddan ayrı qəlbim şaxta, ruhum sazaq.Məni hər gün həsrətiylə yandıracaq,Kənd yerində korun-korun yanan ocaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке