Sənin müqəddəs adınbaşımın qızıl tacı,Baş qoyub ayağınagəlirəm, ay Borçalı.Qürbət mənə heç nə yox,acı göz yaşı verdi,Mən onu dəftərimdənsilirəm, ay Borçalı.

Sənə sarı gələndəhaqq evinə varmışam,Dünyanın hər yerinəsəndən eşq aparmışam.Dağdan ağır dərdləriparça-parça yarmışam,Mən Fərhadam, dərd qayadəlirəm, ay Borçalı.

Bəxtin tükdən asıldı,taleyin darda qaldı,Dondu çox arzuların,boranda, qarda qaldı.Gedənlərin dalıncagözün yollarda qaldı,Başın gör nələr çəkib,bilirəm, ay Borçalı.

Həyat eşqin sönməsin,ocağı, piri qalsın,Dodaqlarda saz-sözü,ürəkdə yeri qalsın.Təki sənin varlığınəbədi diri qalsın,Qəm yemə şair desəölürəm, ay Borçalı.

Almaniya, Hannover

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов