Gedəndə
Qəlbi gizli-gizli yandırar-yaxar,Cavanlıq yan düşüb əldən gedəndə.Güldə güllük qalmaz, düzdə gözəllik,Baharın qoxusu güldən gedəndə.
Ha çalış, geriyə fırlanmaz təkər,Ömrə payız gəldi, qaranlıq çökər.Təbiət ağlayıb göz yaşı tökər,Yaşılbaş sonası göldən gedəndə.
Zəlimxan, itirmə vaxtı, vədəni,Anla ağsaqqalı, tanı gədəni.El yadda saxlamaz evdən gedəni,İnsan əzizlənər eldən gedəndə.
1972, 31 avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gedende
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.