Səfərə çıxmağı sevirəm,Kərəm kimi yanımda birLələm ola.Uzaq yola körpü sala,Yol yoldaşım, könül dostumBir ayrıca aləm ola!

Cıdıra çıxmağı sevirəm,Atım təkcə at olmaya,Ürəyində çat olmaya,Yarışlarda mat olmaya,Sevgi dolu bir at ola!Qanadları əriməmiş,Qırat ola, Dürat ola!

Yaşamağı sevirəm,Ömrüm-günümdolu gələ, dolu keçə.Bir ömürdə minbir illikyolu keçə.

Xəstələnməyi sevirəm,Məni xəstələndirən,İlahi bir gözəl ola.Təpə-dırnaq işıq saça,Əl köz ola, köz əl ola!

Gözəl ölümü sevirəm,Əzrayılım nə dərd ola,nə ah ola.Gədə-güdə öldürməyə,Öldürənim Allah ola!

Yalta, 2010, 18 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви