Bir fürsətdi ömür-gün,Getdisə, daha gəlməz.Heç bir şeyin qiyməti,İnsandan baha gəlməz.

Həmi qışdı, həmi yaz,Həm dərindi, həm dayaz.Ahı ölçüyə sığmaz,Ölçüsü aha gəlməz.

Min-bir sual bitirsən,Min-min cavab yetirsən,Nəyi izah edirsən,İnsan izaha gəlməz.

2010, 13 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов